AZƏRBAYCAN RESPUBLİKASININ
STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ
DÖVLƏT KOMİTƏSİNİN KOLLEGİYASI
Q Ə R A R № 150111500003
Bakı şəhəri “09” iyun 2015-ci il
Dövlət standartının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 26 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq (regional) və dövlətlərarası standartların,
normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində
tanınması və tətbiq edilməsi Qaydaları”nın 2, 3, 6 və 7-ci bəndlərini və Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət
Komitəsi
haqqında”
Əsasnamənin 8.12
və 8.45-cibəndlərini
rəhbər
tutaraq qərara alınır
1. Beynəlxalq standartlar əsasında hazırlanmış aşağıdakı dövlət standartları
təsdiq edilsin.
1.1. AZS 731-1-2015 (OIC/SMIIC 1:2011) “Halal qida. Ümumi rəhbəredici
sənəd” (1 nömrəli əlavə).
1.2. AZS 731-2-2015 (OIC/SMIIC 2:2011) “Halal sertifikatlaşdırmanı həyata
keçirən orqanlar üçün rəhbəredici sənəd” (2 nömrəli əlavə).
2. Qanunvericilik və hüquq ekspertizası şöbəsinə (R.Vəliyev) tapşırılsın ki, bu
Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartının Azərbaycan Respublikasının
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gündən gec olmayaraq
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
3. Texniki tənzimləmə və standartlaşdırma şöbəsinə (N. Tağıyev) tapşırılsın
ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartının qeydiyyata alınmasını
təmin etsin.
4. Azərbaycan
Standartlaşdırma
və
Sertifikatlaşdırma
İnstitutuna
(S.Abdullayev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət
standartının texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi
aktların dövlət fonduna daxil edilməsini təmin etsin.
5. Ümumi şöbəyə (X.Həsənovaya) tapşırılsın ki, aidiyyəti struktur bölmələrini
bu Qərarla tanış etsin.
6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Kollegiyanın sədri,
Azərbaycan Respublikası Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinin
sədri
Ramiz Həsənov
Azərbaycan
Respublikası
Standartlaşdırma,
Metrologiya
və
Patent
üzrə
Dövlət
Komitəsinin
Kollegiyasının “09” iyun 2015-ci il
tarixli “150111500003” nömrəli Qərarı
ilə təsdiq edilmişdir.
1 nömrəli əlavə
AZƏRBAYCAN RESPUBLİKASININ
DÖVLƏT STANDARTI
___________________________________________________________________________
__
HALAL QİDA
Ümumi rəhbəredici sənəd
AZS 731-1-2015
(OIC/SMIIC 1:2011)
___________________________________________________________________________
__
MÜQƏDDİMƏ
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət
Komitəsinin
tabeliyində
olan
Azərbaycan
Standartlaşdırma
və
Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2.
Bu
standart OIC/SMIIC
1:2011
“General
guidelines
on
halal
food” standartının autentik tərcüməsi əsasında hazırlanmışdır.
3. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara,
norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli
standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını
müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama
müddəti 5 ildir.
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI
___________________________________________________________________________
__
HALAL QİDA
ÜMUMİ RƏHBƏREDİCİ SƏNƏD AZS 731-1-2015
(OIC /SMIIC 1:2011)
GENERAL GUİDELİNES
ON HALAL FOOD
___________________________________________________________________________
__
1 TƏTBİQ SAHƏSİ
Bu standart, islam qaydalarına uyğun qida məhsullarının hazırlanması
məqsədi ilə qida zəncirində xammalın alınması, hazırlanması, emalı, təsnifatı, təyin
edilməsi, qablaşdırılması, markalanması, işarələnməsi, nəzarəti, yüklənib-
boşaldılması, nəql edilməsi, paylanması, saxlanılması və xidmət edilməsi
mərhələlərində riayət edilməsi vacib olan ümumi qaydaları əhatə edir.
Bu standartdakı bütün qaydalar ümumi olub, ölçüsü və mürəkkəbliyindən
asılı olmayaraq qida zəncirində iştirak edən bütün müəssisələrə tətbiq olunması tələb
edilir. Bura xüsusən qida zəncirinin bir və ya daha çox mərhələsində işləyən
təşkilatlar da daxildir.
Bu
standartın
bütün
təşkilatlarda
tətbiqi
əsasları
Halal
qidanın
sertifikatlaşdırılması üzrə standartda göstərilmişdir.
2 NORMATİV İSTİNADLAR
Bu standartda aşağıdakı normativ sənədlərə istinad edilmişdir. Aşağıda
göstərilən, istinad edilən standartların tələbləri bu standartın tələbləri sayılır.
CAC/RCP 1 – 1969 Recomended International Code of Practice – General
Prinsiples of Food Hygienic. (Qida gigiyenasının ümumi prinsipləri - Tövsiyə edilən
beynəlxalq kodeks)
Codex Stan 1 – 1985 Codex general Standard for the Labeling of Prepackaged
Food (Qablaşdırılmış yeyinti məhsullarının markalanması üçün ümumi kodeks
standartı)
CAC/RCP 58, Code of hygienic practice for meat (Ət üçün gigiyenik tətbiq
kodeksləri)
ISO 22000, Food safety management systems - Requirements for any
organization in the food chain (Qida təhlükəsizliyi idarəetmə sistemləri-Qida
zincirindəki bütün təşkilatlar üçün tələblər)
ISO 22005, Traceability in the feed and food chain - General principles and
basic requirements for system design and implementation (Yem və qida zəncirinin
izlənilməsi - Sistemin layihələndirilməsi və tətbiqi üçün ümumi prinsiplər və əsas
tələblər)
3 TERMİN VƏ TƏRİFLƏR
Bu standartda aşağıdakı termin və təri flərdən istifadə edilmişdir.
Bu mətndə olmayan termin və təriflər üçün istinad edilən standartlarda
verilən termin və təriflər tətbiq edilir.
3.1 İslam qaydaları
Mənbəyini
Qurani-Kərimdən
və
Məhəmməd
peyğəmbərin
(s.ə.s.)
tətbiqlərindən (sünnə) alan və Allahın (c.c.) müsəlmanlar üçün əmr etdiyi bütün
qaydalar.
3.2 Halal qida
İslam qaydaları çərçivəsində istehlakına icazə verilən və bu standartda verilən
qaydalara uyğun olan qida və içkilər.
3.3 Zəruri proqramlar (PRP)
İnsanlar üçün istifadəyə yararlı, təhlükəsiz qidaların istehsalı, yüklənməsi -
boşaldılması və tədarükü zamanı gigiyenik şəraitin təmin edilməsi üçün zəruri
şərtlər və fəaliyyətlər.
3.3.1 Lazımi istehsalat praktikası (GMP)
Qidanın təhlükəsiz və sağlam istehsalı, saxlanılması və paylanması üçün
işləyən heyət və gigiyenanın yaradılması ilə əlaqəli fəaliyyətlər.
3.3.2 Lazımi gigiyena praktikası (GHP)
Qida zəncirinin hər mərhələs ində istehsala uyğun qida tədarükünü təmin
etmək məqsədilə görülən tədbirlər.
3.4 Qida təhlükəsizliyi
Qidanın istifadə məqsədilə hazırlanması və/və ya yeyiləcəyi təqdirdə
istehlakçıya zərər verməyəcəyini ifadə edən anlayış.
3.5 Qida zənciri
Xammal və mənşəyindən başlayaraq istehlak mərhələsinə qədər, emal,
istehsal, qablaşdırma, saxlanılma, daşınma, paylanma və marketinq də daxil olmaqla
qida istehsalındakı bütün mərhələlər.
3.6 Qida əlavələri
Qidanın istehsal, əməliyyat, rəftar, qablaşdırma və ya saxlanılmasında istifadə
edilən, təbii və ya süni, əsas xammallardan fərqlənən, qidanın istehsalında son
məhsulu inkişaf etdirmək üçün istifadə edilən qidanın dad, iy, görünüşü və ya bir
neçə xüsusiyyəti üzərində qoruyucu və inkişaf etdirici təsiri olan bütün maddələr.
3.7 Soyuq zəncir
Son istehlakçıya çatana qədər əsas keyfiyyətini qorumaq üçün soyuq zəncir
tələb edən qida məmulatları üçün zəruri olanı soyudaraq və donduraraq, payla nma
və oxşar fəaliyyətlərdən ibarət olan əməliyyatlar.
3.8 Geni modifikasiya olunmuş qidalar (GMQ)
Geni modifikasiya olunmuş məhsulları və/və ya məhsulları özündə
birləşdirən qida və içkilər. Geni modifikasiya olunmuş orqanizmlər başqa bir canlı
növünə aid genin bitkiyə, heyvana və mikrobioloji qaynağa gen quruluşu dəyişdirmə
texnikaları ilə ötürməsi ilə və xammalın DNT-sində (Dezoksiribonuklein turşusu)
edilən dəyişikliklərlə əldə edilir.
3.9 Su heyvanları
Suda yaşayaraq suyun xaricində həyatını davam etdirə bilməyən heyvanlar.
3.10 Amfibiyalar
Həm suda, həm də quruda yaşaya bilən heyvanlar.
4 MƏHSULLAR/XİDMƏTLƏR
Bu standart aşağıdakı məhsul və xidmətləri əhatə edir.
4.1. Ət və ət məhsulları;
4.2. Süd və süd məhsulları;
4.3. Yumurta və yumurta məhsulları;
4.4. Taxıl və taxıl məhsulları;
4.5. Bitki və heyvan mənşəli maye və qatı yağlar;
4.6. Meyvə-tərəvəzlər və onların məhsulları;
4.7. Qənd və qənnadı məmulatları;
4.8. İçkilər (Spirtsiz içkilər);
4.9. Bal və arıçılıq məhsulları;
4.10. Dietik əlavələr;
4.11. Qida əlavələri;
4.12. Fermentlər;
4.13. Mikroorqanizmlər;
4.14. Qablaşdırma materialları;
4.15. Qida sahəsində xidmət göstərən bütün təşkilatlar;
4.16. Balıq və balıq məhsulları;
4.17. Su;
4.18. Digəri.
5 QAYDALAR
5.1 Qidanın mənbəyi
5.1.1 Heyvan mənşəli qida
5.1.1.1 Halal heyvanlar
Aşağıdakılar halal heyvanlar olaraq qəbul edilir:
a) Mal, öküz, qoyun, keçi, dəvə, toyuq, qaz, ördək və hind toyuğu
əhliləşdirilmiş heyvanlar;
b) Maral, antilop, dağ keçisi, mal və bunlar kimi yırtıcı olmayan vəhşi
heyvanlar;
c) Göyərçin, sərçə, bildirçin, sığırçın və dəvəquşu kimi yırtıcı olmayan quşlar.
5.1.1.2 Halal olmayan heyvanlar
Aşağıdakılar halal olmayan heyvanlardır:
a) Donuz, it və oxşar növlər;
b) Allahın (c.c) adı anılmadan kəsilmiş heyvanlar;
c) İslam qaydalarına zidd olaraq kəsilmiş heyvanlar;
d) Öz-özünə ölmüş heyvanlar;
e ) Ovunu öldürmək və ya özünü müdafiə etmək üçün öndə buynuzu və ya
uzun iti dişləri olan ayı, fil, meymun, qurd, aslan, pələng, bəbir, pişik, çaqqal, tülkü,
sincab, kaftar, köstəbək, dələ, Amerika timsahı və timsah kimi heyvanlar ;
f) Qırğı, şahin, qartal, kərkəs, quzğun, qarğa, çalağan, bayquş kimi iti
pəncələri olan yırtıcı quşlar;
g) Siçovul, çayan, əqrəb, ilan, vəhşi arılar, siçan və buna bənzər həşəratlar və
zəhərli heyvanlar;
h) Kərtənkələ, ilbiz, böcək, sürfələr və oxşar iyrənc heyvanlar ;
i) İslamda öldürülməsi qadağan olunan balarısı və şanapipik kimi heyvanlar ;
j) Uzunqulaq və qatırlar;
m) Bilərəkdən və davamlı olaraq halal olmayan yemlə bəslənən ferma
heyvanları;
k) Halal olmayan heyvanlardan əldə edilən hər hansı məhsullar halal sayılmır.
5.1.2 Su heyvanları
a) Pulcuqlu balıq növləri, krevet (xırda dəniz xərçəngi) və pulcuqlu balıqların
kürüləri və onların məhsulları halaldır. Digər bütün su heyvanları və onların
məhsulları halaldır. (Baxın 12.1.2.1)
b) Sağlamlığa zərərli bütün zəhərli su heyvanları halal sayılmır. Zəhərli və
zərərli hissələri çıxarıldığı halda halaldır. (Baxın 12.1.2.1)
5.1.3 Amfibiyalar
Bütün amfibiyalar halal sayılmır.
5.1.4 Bitki mənşəli qidalar
Zəhərli və zərərli bitkilərdən başqa bütün bitkilər və onların məhsulları
halaldır. Zəhərli və zərərli bitkilərin zəhərli və zərərli hissə ləri çıxarıldığı halda
halaldır.
5.1.5 İnsan və heyvan mənşəli qan və digər maddələr
Hər növ qan və məhsulları halal sayılmır.
Sidik, ətənə, peyin, qusuntu, irin, məni (sperma) insanlardan və heyvanların
bədən dəliklərindən çıxan yumurta kimi hər növ çirkli maddələr halal sayılmır.
İnsan bədəninin hər hansı bir hissəsinin istehlakı halal sayılmır.
5.2 Kəsim qaydaları
5.2.1 Kəsim üçün nəzərdə tutulmuş heyvanda lazım olan şərtlər
a) Kəsim üçün nəzərdə tutulmuş heyvan halal heyvanlardan biri olmalıdır.
b) Kəsim üçün nəzərdə tutulmuş heyvanın sağlamlığını göstərən sənəd
baytarlıq xidmətlərinə cavabdeh təşkilat tərəfindən təşkil edilməlidir.
c) Kəsim üçün nəzərdə tutulmuş heyvan kəsim zamanı canlı olmalıdır. Kəsmə
prosesi heyvanların işkəncəsinə səbəb olmamalıdır.
d) Standartda baytarlıq əməliyyatına görə, yalnız halal yem ilə bəslənmiş
heyvanların kəsilməsinə icazə verilir.
e) Heyvanlar uzaq yol gəlibsə, kəsimdən qabaq istirahətlərinə icazə
verilməlidir.
5.2.2 Qəssab
a) Kəsim işləri aparan qəssab əqli sağlam və heyvan kəsiminin tələb etdiyi
əsas qaydaları və şərtləri tam olaraq anlayan yetkin bir müsəlman olmalıdır.
b) Kəsim işləri aparan qəssabın gigiyena-sanitariya və halal kəsim qaydaları
mövzusunda səlahiyyətli orqan (personalın sertifikatlaşdırılması üzrə akkreditasiya
olunmuş uyğunluğu qiymətləndirən qurum) tərəfindən verilmiş sertifikatı olmalıdır.
5.2.3 Kəsimdə istifadə olunan alət və vasitələr
a) Kəsim xətti, qidaya uyğun vasitələr təmiz olmalı və yalnız halal kəsim
məqsədilə istifadə edilməlidir.
b) Heyvanın başını kəsmək üçün nəzərdə tutulmuş alətlər iti olmalı və
poladdan (paslanmayan polad) hazırlanmalıdır.
c) Kəsmə vasitələri kütləsi ilə deyil, iti hissəsi ilə kəsməlidir;
d) Sümük, dırnaq və dişlər dən kəsmək məqsədilə istifadə edilməməlidir.
5.2.4 Sallaqxanalar
Sallaqxanalar yalnız halal heyvan və halal kəsimlərə və Codex CAC-RCP 1 və
ya İSO 22000 -də göstərilən zəruri proqramları təmin etməlidir. Sallaqxananın fiziki
şərtləri milli qanunvericiliyə uyğun olmalı və aşağıdakılar təmin edilməlidir:
a) Kəsim sahəsində sağlamlıq baxışın aparılmasına uyğun mühit;
b) Girişdə heyvanı qaldırmaq üçün elektriklə işləyən avtomatik və ya əllə
işləyən diyircəkli zəncir sistemi olan xüsusi bir sahə;
c) İşin davamlılığını təmin etmək üçün avtomatik, hərəkətli və ya əllə işləyən
diyircəkli zəncir relsli sistem;
d) Mal və qoyun-keçi üçün xüsusi hazırlanmış, işçilərin heyvanın dərisini
soymaq və cəmdək hazırlanmasına kömək edən, asan və məhsuldar işi təmin edən,
sabit və ya hərəkətli yükləmə platformaları və yükləmə sahələri;
e) Tərəzi qurğuları;
f) Cəmdək yuma qurğuları (əsasən avtomatik təzyiqli su);
g) Çirkli alətləri (bıçaq, asılqan və s.) yumaq, dezinfeksiya və sterilizə etmək
üçün hər zaman isti suyu olan qablar, antiseptik mayesi olan vannalar, ayaq, diz və
ya fotoelementlə işləyən su kranın a taxılmış əlüzyuyan;
h) Müntəzəm istifadə edilən təmiz və təzyiqli su.
i) Bütün dezinfeksiyaedicilər və antiseptik mayelər halal qida sektorunda
istifadəyə yararlı olmalıdır.
5.2.5 Sərsəmlətmə
a) Heyvana yönəldilmiş hər cür sərsəmlətmə və beyin zərbəsi (huşun
itirilməsi) qadağa olunmalıdır. Ancaq elektrik istifadəsi lazımi və tək çıxış yolu olsa
(heyvanı sakitləşdirmək və ya onun müqavimətini qırmaq kimi) müqavimətini
qırmaq üçün icazə verilən elektrik cərəyanı və tətbiq müddəti bu standartda
göstərilən Əlavə A-ya uyğun olmalıdır.
b) Qanadlı quşlara yönəldilmiş hər cür sərsəmlətmə və beyin zərbəsinin
(huşun itirilməsi) tətbiqi qadağa olunmalıdır, ancaq elektrik istifadəsi lazımi və tək
çıxış yolu olsa aşağıdakı şərtlər təmin edilməlidir:
i. Qanadlı quşlar sərsəmlədildikdən, sonra (huşun itirilməsi) və hətta kəsim
zamanında canlı və sağlam vəziyyətdə olmalıdır.
ii. Əgər zərurət yaranarsa, elektro-şokun cərəyanı və müddəti, əlavə A-da
göstərilən qaydada olmalıdır.
iii. Kəsimdən əvvəl ölən qanadlı quş ölü və haram kimi qəbul edilir. iv. İnsani
rəftarla tətbiq olunduğu sübuta yetirilməlidir.
V. Kəsimdən sonra axan qanın miqdarı azalmamalıdır
5.2.6 Kəsim əməliyyatları
5.2.6.1 Heyvanların kəsim əməliyyatları
Maddə 5.2.1-ə əlavə olaraq aşağıdakı qaydalar tətbiq edilir.
5.2.6.1.1 Kəsimdən əvvəl heyvana sağlamlıq baxışı
Kəsimdən əvvəl baxış ilə yanaşı aşağıdakı qaydalar tətbiq edilir:
a) Kəsim üçün nəzərdə tutulmuş heyvana bu standartda göstərilən qaydalara
uyğun ixtisaslaşdırılmış bir baytar tərəfindən nəzarət edilməlidir.
b) Hamiləlik müddətinin 1/3-ni başa vurmuş heyvanlar kəsilməməlidir.
5.2.6.1.2 Heyvanın təmizlənməsi və yuyulması
Kəsimə göndərilən heyvanlar nəcisdən, sidikdən və palçıqdan təmizlənmiş
olmalıdır. Çirkli heyvanlar yarış atlarının saxlandıqları yerlərdə və ya yuyulmaq
məqsədilə xüsusi ayrılmış sahələrdə təmizlənməlidir. Heyvan sulu olarkən
kəsilməməsi tövsiyə edilir.
5.2.6.1.3 Fərqli heyvanların qarışmağının qarşısının alınması
Fərqli heyvanların yarış atlarının saxlandıqları yerlərə gətirilməsi,
təmizlənməsi və sallaqxanaya gətirilməsi zamanı qarışmamağına xüsusilə diqqət
yetirilməlidir.
5.2.6.1.4 Heyvanın kəsim sahəsinə aparılması
Kəsiləcək heyvan dəhliz boyunca ixtisaslaşdırılmış heyət tərəfindən əziyyət
verilmədən kəsim sahəsinə aparılmalıdır.
Heyvanın kəsim üçün aparıldığı dəhlizin sonunda, sırada gözləyən heyvanın
əvvəlki heyvanın kəsilməsini görməyinin qarşısını alan hərəkətli pərdələr və ya
bölüm sistemləri olmalıdır.
5.2.6.1.5 Əməliyyat
a) Heyvan qaldırıldıqdan və ya üzü Qibləyə (Məkkə tərəfə) baxacaq şəkildə
çevrilərək sol tərəfinə yatırıldıqdan sonra kəsilməlidir. Heyvan qaldırıldıqda və ya
uzadıldıqda əziyyətin azaldılmasına qayğı göstərilməli və bu mövqedə çox
saxlanılmamaladır.
b) Heyvanın kəsimi zamanı qəssab “Allahın adı ilə” mənasını verən
“BİSMİLLAH” kəlməsini deməli və Allahın adından başqa ad deməməlidir, əks
təqdirdə kəsim halal sayılmaz. Sonra hər bir heyvanın kəsimində halal kəsim üçün
Allahın adı təkrar edilməlidir.
c) Kəsim hər heyvana sadəcə bir dəfə tətbiq edilməlidir. Heyvanın avtomatik
bıçaqla kəsilməsinə, kəsim əsnasında bıçağın geri çəkilməməsi şərti ilə icazə verilir.
d) Halal kəsim qırtlağın (adəm alması) bir az altındakı nöqtədən və uzun
boyunlu heyvanlar üçün daha yuxarıdan yarılmağa başlanılmalıdır.
e) Qanama və ölümü sürətləndirmək üçün, kəsim əsnasında nəfəs borusu
(halqum), qida borusu (mari), boyun arteriyası və şah damarı (wadajain)
kəsilməlidir. Qanama özbaşına olmalı və bitməlidir. Qanama müddəti qanamanın
bitməsinə və ölümün tam həyata keçirilməsi üçün kifayət etməlidir.
5.2.6.1.6 Cəmdək və içalata kəsimdən sonrakı baxış
Kəsimdən sonrakı baxış səlahiyyətli baytar tərəfindən aparılmalıdır. Cəmdək
və cəmdək hissələrinin sağlamlıq və gigiyena şərtlərini təmin etməsi üçün
qiymətləndirmə CAC/RCP 58-də göstərilən tələblərə uyğun olmalıdır.
5.2.6.1.7 Cəmdəyin yuyulması və möhürlənməsi
Yuyulma, qurutma, soyudulma və dondurulma müvafiq alət və cihazlarla
edilməlidir. Möhürlənmə halal tərkibli qidalarda istifadəyə yararlı mürəkkəblə
edilməlidir. Otağın ən aşağı temperatur həddi maksimum 4 ºC-də olmalıdır.
5.2.6.2 Quşların kəsilmə əməliyyatı
Maddə 5.2.1-ə əlavə olaraq aşağıdakı qaydalar tətbiq edilir.
5.2.6.2.1 Quşların sallaqxanaya aparılması və kəsimə verilməsi
Sallaqxanaya gətirilən quşlar mümkün olduqca ən qısa bir müddətdə kəsimə
verilməlidir.
5.2.6.2.2 Kəsimdən qabaq quşlara sağlamlıq baxışı
Kəsimdən qabaq baxışa əlavə olaraq aşağıdakı qaydalar tətbiq edilir:
a) Kəsiləcək quşlar bu standartda göstərilən qaydalara uyğun səlahiyyətli bir
baytar tərəfindən nəzarət edilməlidir. Ölü, xəstə olduğu təsdiq edilən və ya xəstə
olduğu şübhəsini daşıyan quşlar dərhal karantin sahəsinə çıxarılmalı və qanuni işlər
yerinə yetirilməlidir.
b) Ölmüş və ya ölmək üzrə olan quşların kəsim xəttinə girmədiyindən əmin
olmaq üçün nəzarət edilməlidir.
5.2.6.2.3 Əməliyyat
a) Qəssab qanadlı quşun başını bir əli ilə tutmalı, möhkəm aşağıya doğru
çəkməli və digər əlində tutduğu iti qəssab bıçağı ilə boynunu İslami qaydalara
uyğun kəsməlidir.
b) Bunlara əlavə olaraq Maddə 5.2.6.1.5-də verilən dini qaydalara riayət
olunmalıdır.
5.2.6.2.3.1 Mexaniki kəsim
Mexaniki kəsim avadanlıqlarından (mexaniki bıçaqdan) istifadə etməklə
kəsim aparıla bilməz.
5.2.6.2.3.2 Qanadlı quşun avtomatlaşdırılmış emalı ilə məşğul olan
əməliyyat müəssisələrində əl ilə kəsim
Əl ilə kəsim mövcud yoxlama sistemi olduqda istifadə ed ilə bilər.
Məhsulun üzərində əl ilə kəsim edildiyini ifadə edən xüsusi qeyd yer
almalıdır.
a) Qəssab yetkin bir Müsəlman olmalıdır;
b) Qəssab kəsimdən əvvəl hər bir qanadlı quş üçün “BİSMİLLAH” kəlməsi
deməlidir;
c) Quşun başını kəsmək üçün istifadə edilən bıçaq tək uclu, iti olmalı və
poladdan (paslanmayan poladdan) hazırlanmalıdır. Bıçaq üfüqi istiqamətdə hərəkət
etməli, kütləsi ilə deyil, iti hissəsi ilə kəsməlidir;
d) Qanamanı və ölümü sürətləndirmək üçün kəsim zamanı qanadlı quşun
nəfəs borusu (halqum), qida borusu (mari) və boyun arteriyası və şah damarı
(wadajain) kəsilməlidir;
e) Qəssab hər bir qanadlı quşun düzgün şəkildə kəsildiyinə nəzarət etməlidir;
f) Qanama müddəti ən azı 180 saniyə olmalıdır.
5.2.6.2.4 Tükdən təmizləmə əməliyyatı
Tükdən təmizləmə əməliyyatını asanlaşdırmaq üçün cəmdəklər par
əməliyyatından keçməlidir. Par əməliyyatında isti sudan və ya isti havadan istifadə
edilir.
5.2.6.2.5 Cəmdəyə sağlamlıq baxışı
Kəsimdən sonrakı nəzarətə əlavə olaraq aşağıdakı qaydalar tətbiq edilməlidir:
a) Hər cəmdəyə yuyulduqdan sonra baxış keçirilməlidir. Baxış üzv
ölkələrdəki ət nəzarəti qanunvericiliyi və baytarlıq xidmətləri standartlarına uyğun
olaraq aparılmalıdır;
b) Baxış nəticəsi şübhə yaradırsa, şübhəli nümunə analiz üçün laboratoriyaya
göndərilməlidir. Bu halda cəmdək xüsusi olaraq ayrılmış yerdə uyğun temperaturda
mühafizə edilməlidir. Laboratoriyanın analiz nəticələrinə əsasən qərar verilir.
5.2.6.3 Digər heyvanlar üçün kəsim
5.2.6.3.1 Balıqların kəsilməsinə ehtiyac yoxdur. Onlar canlı vəziyyətdə sudan
çıxarılmalı və ölümləri sudan kənarda həyata keçirilməlidir.
5.2.6.3.2 “BİSMİLLAH” kəlməsi deyərək ovlanmış və uyğun şəkildə
öldürülmüş halal heyvanlar halal kəsilmiş kimi qiymətləndirilir. Canlı tutulan
heyvanlar İslam qaydalarına uyğun olaraq kəsilməlidir. Yırtıcı ov heyvanları və ya
ov quşları tərəfindən ölü olaraq tutulan heyvanlar və ya ölü heyvanın hər hansı bir
parçası bu ov heyvanları tərəfindən yeyilmədiyi müddət də halal olaraq qəbul edilir,
əks halda "Halal olmayan" şəklində qiymətləndirilir .
5.3 Ət və ət məhsulları
a) Maddə 5.1.1.1-də göstərilən halal heyvanların cəmdəklərindən və maddə
5.2.6.1 və maddə 5.2.6.2-yə uyğun olaraq hazırlanmış ətlər Maddə 13-dəki qanuni
qaydalara uyğun olmalıdır.
b) Ət və ət məhsullarında qoruyucu kimi istifadə edilən qida əlavələri
tərkibində halal olmayan komponentlər ehtiva etməməli və ya İslam qaydalarından
kənar həyata keçirilən, əməliyyata köməkçi maddələr də daxil olmaqla, hər hansı bir
əməliyyatdan keçmiş olmamalıdır.
5.4 Süd və süd məhsulları
a) Maddə 5.1.1.1-də göstərilən heyvanlardan əldə edilən süd və süd
məhsulları halaldır.
b) Qursaq mayası və jel atin kimi qida əlavələri halal olmayan məhsullardan
emal edilməməlidir.
5.5 Yumurta və yumurta məhsulları
a) Maddə 5.1.1.1 və maddə 5.1.2-də göstərilən halal heyvanlardan əldə edilmiş
yumurta və yumurta məhsulları halaldır.
b) Yumurta məhsulları halal olmayan tərkibə malik olmamalıdır .
c) Balıq kimi kəsilməsinə ehtiyac olmayan heyvanlardan əldə edilən kürülər
istehlak üçün təhlükəsiz olduğu halda halaldır.
5.6 Taxıl və taxıl məhsulları, bitki və heyvan mənşəli piylər və duru yağlar,
meyvə-tərəvəzlər və ondan hazırlanan məhsullar, qənd və qənnadı məmulatlar
Bütün qidalar, halal əməliyyatlardan istifadə edilərək halal mənşəli
maddələrdən emal edilməlidir.
5.7 İçki
a) Zəhərli, bihuş edən və ya zərərli içkilərdən başqa hər növ su və spirtsiz içki
halaldır.
b) Spirti özündə birləşdirən hər növ məhsul və ya içki, bişirmə məqsədli ya da
şirniyyat qatışığı olaraq istifadə edilməsi belə İslam qaydalarına görə qadağandır.
c) İçkilərdə boyayıcı və qoruyucu kimi istifadə edilən qida əlavəli maddələri
qidada istifadəyə uyğun olmayan və halal olmayan tərkiblərdən emal edilməməlidir
.
5.8 Bal və arıçılıq məhsulları
a) Arıların bitkilərdən yığaraq ifraz etdikləri və insan sağlamlığına zərərli
olmayan arıçılıq məmulatları (bal, arı şanı, arı südü) halaldır. b) Balın içindən çıxan
bal arısının hissələri və qarşısı alınmayan digər parçalar halal olaraq xarakterizə
edilir.
5.9 Qida gücləndiriciləri
Qida gücləndiriciləri bitki və heyvanlar kimi halal qaynaqlardan emal
edilməli və halal olmayan komponenti özündə birləşdirməməlidir.
5.10 Geni modifikasiya olunmuş qidalar (GMQ)
Halal yeyinti məhsullarının istehsalında genetik modifikasiya olunmuş
bitkilərin genetik materiallarının istifadəsi qadağandır.
5.11 Qida əlavələri
Qida qatqı maddələri də qida olaraq qəbul edilir. Halal olmayan tərkiblə
hazırlanmış qida əlavələri halal sayılmır.
5.12 Fermentlər
Xammal, emala kömək edən maddələr və ya son məhsul olaraq istifadə edilən
fermentlər halal qaynaqlardan əldə edilməli və etiket məlumatlarında qeyd
edilməlidir.
5.13 Mikroorqanizmlər
İnsan sağlamlığı baxımından zəhərli və / və ya zərərli (insanlar üçün patogen
və toksiki) olanlardan başqa bakteriya, göbələk, maya kimi mikroorqanizmlər
halaldır. Qida və ya qida emalında istifadə edilən mikroorqanizmlər halal mühitdə
istifadə olunaraq istehsal edilməlidir. Mayanın çıxarışı və ya bunlardan əldə edilən
digər məhsullar üçün pivə mayası istifadə edilməməlidir.
5.14 Qablaşdırma vasitələri
a) Qablaşdırma vasitələri halal olmayan hər hansı bir maddədən
hazırlanmamalıdır.
b) Qablaşdırma vasitələri halal olmayan vəsaitlərə toxunmayan avadanlıqdan
istifadə edilərək hazırlanmalı, işl ənməli və ya emal edilməlidir.
c) Hazırlama, istehsal, saxlanma və daşınma zamanı yuxarıda göstərilən a) və
ya b) bəndindəki şərtləri təmin etməyən qablaşdırma vasitələri digər qidalardan və
ya halal olmayan digər vasitələrdən fiziki olaraq ayrılmalıdır.
d) Qablaşdırma vasitələri insan sağlamlığına zərərli olaraq qiymətləndirilən
maddələri özündə birləşdirməməlidir.
5.15 Digər məhsullar
Yuxarıda maddə 5.3 - 5.14-ə daxil olmayan məmulatlar halal olmayan
maddələrdən emal edilməməli, spirt və spirt məhsulları ilə işlənməməlidir (tərkibinə
daxil olmamalı və onla rla təmasda olmamalıdır).
5.16 Qida xidməti göstərən bütün təşkilatlar
Bütün qida xidməti və müəssisələri aşağıdakı qaydaları təmin edərlərsə ,
halaldır:
a) Yalnız Maddə 5-dəki məmulat, məmulat qrupları və vəsaitlərlə əlaqəli
qaydaları təmin edirsə;
b) Məhsulların xidmət və satışı zamanı və yalnız halal qida üçün istifadə
edilən tamamilə ayrı vasitə və vəsaitlər;
d) Qidaların heç bir şəkildə spirtli içki ilə paylanmasına icazə verilmirsə;
c) Əgər bir müəssisədə halal olmayan məhsul istehsal edilirsə və halal
istehsala keçmək planlaşdırılırsa, halal istehsala başlamadan İslam qaydalarına
(Əlavə B) görə təmizlik əməliyyatları aparılmalıdır. İstehsalın əvvəl halal olmayan
sonra yenidən halal istehsala çevrilməsinə icazə verilməməlidir.
6 QİDA EMALI
Bütün emal edilmiş qidalar aşağıdakı qaydaları təmin etdiyi halda halal
sayılır:
a) İslam qaydalarına görə məmulatlar və ya onların komponentləri halal
olmayan ünsür əks etdirmirsə;
b) Məmulatlar islam qaydalarına görə halal olaraq qəbul edilməyən hər hansı
bir miqdarda hər hansı bir maddə özündə birləşdirmirsə;
c) Məmulat və komponentləri təhlükəsizdirsə;
d) Halal olmayan vəsaitlərə dəyməmiş avadanlıq və vasitələrlə hazırlanmış,
işlənmiş və ya emal edilmişsə.
e) Hazırlama, istehsal, saxlanma və daşınma zamanı İslam qaydalarına görə
halal olmayan və ya yuxarıda a), b), c) və d) bəndindəki şərtləri təmin etməyən
qidalar digər vəsaitlərdən fi ziki olaraq ayrılmalıdır.
7 AVADANLIQLAR, VASİTƏLƏR VƏ İSTEHSAL
XƏTLƏRİ
a) Halal qida əməliyyatında istifadə edilən avadanlıqlar, vasitələr və istehsal
xəttləri İslam qaydalarına görə halal olaraq qəbul edilməyən vəsaitlərdən
hazırlanmamalı və ya bunları özündə birləşdirməməli və yalnız halal qidalar üçün
istifadə edilməlidir.
b) Halal olmayan məmulat çirklənmiş bir istehsalat xəttinin halal istehsal
xəttinə çevrilməsi halında, gigiyena və sanitariya qaydalarına görə yuyulmalı və
təmizlənməlidir. Dəyişdikdən sonra istehsal xətti yalnız halal qida üçün
işlədilməlidir. İstehsal xəttinin əvvəl halal olmayan istehsala, sonra yenidən halal
istehsal xəttinə qaytarılmasına icazə verilməməlidir.
c) Qida ilə təmasda olan avadanlıq ların və cihazların baxışı zamanı istifadə
edilən yağlar qidada istifadəyə yararlı yağlar olmalı və halal olmayan component
ehtiva etməməlidir.
d) məmulatın keyfiyyətinə və ya yararlığına təsir edən əməliyyatlarda istifadə
edilən ölçmə və təcrübə cihazları kalibrlənməlidir.
8 SAXLANMA, NÜMAYİŞ, PAYLANMA VƏ DAŞINMA
a) Yığılan, nümayiş edilən, satılan və ya müştəriyə paylanan məhsul və bütün
halal qidaların saxlanmasında, daşınmasında halal olaraq təsnifləşdirilməli və
arkalanmalı, hər mərhələdə halal olmayan maddələrlə qarışması və yoluxmasının
qarşısı alınması üçün ayrı saxlanmalıdır.
b) Daşınma qidanın xüsusiyyətinə uyğun olmalıdır. Nəqliyyat vasitələri
gigiyena və sanitariya qaydaların a cavab verməlidir.
9 GİGİYENA SANİTARİYA VƏ QİDA TƏHLÜKƏSİZLİYİ
a) Halal qida hazırlığının əsas şərtlərindən biri gigiyena sanitariya və qida
təhlükəsizliyidir.
b) Halal qidaların hazırlanması, istehsal prosesi, qablaşdırılması, daşınması və
saxlanılması Codex CAC / RCP 1-ə və digər müvafiq kodeks və beynəlxalq
standartlardakı gigiyena və sanitariya qaydalarına uyğun şəkildə həyata
keçirilməlidir.
c) Gigiyena və sanitariya üçün istifadə edilən kimyəvi maddələr və vasitələr
halal qida sektorunda istifadəyə uyğun olmalıdır.
d) Qida təhlükəsizliyilə əlaqədar bütün tədbirlər halal qida sektoruna uyğun
olmalıdır.
10 YOXLAMA VƏ TƏSDİQLƏMƏ
10.1 Metodların yoxlanması və təsdiqlənməsi
Halal olmayan mənbələrin və tərkibin qiymətləndirilməsi məqsədilə aparılan
müayinə və təcrübələr milli və beynəlxalq səviyyədə tanınan yoxlama və təsdiqləmə
müayinə və təcrübə metodlarına uyğun olaraq həyata keçirilməlidir.
10.2 Proseslərin yoxlanması və məmulatın təsdiqi
a) Halal qidanın istehsal prosesləri müvafiq beynəlxalq standartlarda
göstərildiyi kimi yoxlanmalı və halal qida məmulatları Maddə 10.1-də təyin olunan
metodlara görə təsdiqlənməlidir.
b) Qablaşdırılma maddə 12.1.2-də göstərilən markalanma şərtlərinə uyğun
olmalıdır.
11 EYNİLƏŞDİRMƏ VƏ İZLƏNMƏ
a) İstehsalın bütün mərhələlərində müvafiq yerlərdə halal qida uyğun
vasitələrlə eyniləşdirilməlidir. Halal qidanın statusu monitorinq və ölçmə
qaydalarına görə təyin olunmalıdır.
b) İzlənmə lazım olduğu hallarda, məhsula nəzarət edilməli və ona xas
xüsusiyyəti qeydə alınmalıdır.
c) Halal qida üçün izlənmə sisteminin işlənib hazırlanmasına və həyata
keçirilməsinə dair əsas tələblər və prinsiplər ISO 22000, ISO 22005 və ya Codex CAC /
RCP 1-də təyin edilib. Qida zəncirinin hər hansı bir mərhələsində işləyən
təşkilatlarda tətbiq oluna bilər .
12 BAZARA ÇIXARILMA
a) Saxlanılan, nümayiş edilən, satılan və ya müştəriyə paylanılan məhsullar və
bütün halal qidalar halal olaraq təsnifləşdirilməli və markalanmalıdır.
b) Hər mərhələdə halal olmayan maddələrlə qarışması və yoluxmasına maneə
törətmək üçün ayrı saxlanılmalıdır.
12.1 Qablaşdırılma və markalanma
12.1.1 Qablaşdırılma
a) Halal qidalar maddə 5.14-dəki şərtləri təmin edən qablaşdırma vəsaitlərilə
lazımi şəkildə qablaşdırılmalıdır.
b) Qablaşdırılma əməliyyatı təmiz və gigiyenik bir şəkildə, məmulatın
təhlüksizliyin və keyfiyyətini qoruyacaq sağlam bir mühit və münasib temperaturda
aparılmalıdır.
c) Cəmdəklər, ətin keyfiyyət və təhlükəsiziliyinə hər hansı bir mənfi təsiri
olmayacaq təmiz, yeni, möhkəm və qoxusuz qablar da münasib bir şəkildə
qablaşdırılmalıdır.
12.1.2 Markalanma
12.1.2.1 ISO 22000 və ya Codex CAC / RCP 1 və CODEX STAN 1-də verilən
qaydalara əlavə olaraq aşağıda verilən məlumatlar oxunula bilən və silinməyən
şəkildə işarələnməli və ya qaba bu məhsulları özündə birləşdirən bir etiket
vurulmalıdır:
a) Məhsulun adı;
b) Tərkibi;
c) Son istehlak tarixi;
d) Netto kütləsi (kq, q) (Сİ sistemi);
e) Firmanın adı və ya ünvanı, idxal və / və ya paylayıcı və ticarət markası;
f) Tədqiqat üçün istehsal və partiya nömrəsini ifadə edən kod nömrəsi;
g) Ölkə;
h) Tələb olunan hallarda istifadə təlimatı;
i) Məhsul qursaq mayası və jelatin kimi heyvan mənşəli yağ, ət əvəzləyiciləri
və tərkiblərini özündə birləşdirirsə, heyvan mənşəli bu tərkiblər məhsulun
üzərindəki etiket məlumatlarında göstərilməlidir ;
j) Məhsulda GMO varsa, bu hal açıq şəkildə göstərilməlidir;
k) Halal işarəsi varsa, sənədin və sertifikatın nömrəsi məhsulun üzərində
göstərilməlidir;
l) Məhsulun vəziyyəti (qurudulmuş, təzə, dondurulmuş, hislənmiş və s.);
m) Hər cür pulcuqlu balıq, krevet (xırda dəniz xərçəngi) və pulcuqlu balıq
kürüsü və ondan hazırlanan məhsullar və onların əlavə məhsulları "pulcuqlu balıq"
kimi münasib bir şəkildə markalanmalıdır. Digər bütün su heyvanları və onlardan
hazırlanan məhsullar "pulcuqsuz balıq və digərləri" kimi münasib bir şəkildə
markalanmalıdır.
12.1.2.2 İlkin xammal üçün ISO 22000 və Codex CAC / RCP1- də göstərilən
qaydalara əlavə olaraq etiket və ya işarələmə aşağıdakı məlumatları əks etdirməlidir.
a) Kəsim tarixi;
b) İstehsal tarixi;
c) Cəmdə yin üzərində müvafiq məlumatları daşıyan baytarlıq sağlamlıq
hesabatı / sertifikat nömrəsi;
d) Möhür dəyişdirilə bilinməməli və möhürdə istifadə edilən mürəkkəb
silinməyən və qidadan istifadəyə yararlı olmalıdır;
e) Xüsusi kəsilmiş hər cəmdəyin (soyudulmuş və ya dondurulmuş) son paketi
səlahiyyətli təşkilatın rəsmi möhürü və səlahiyyətli bir adam tərəfindən kəsimin
nüfuzlu orqan tərəfindən nəzarət edildiyini ifadə edən şəkildə möhürlənməlidir;
f) Halal işarəsi istifadə edildikdə sənədin və sertifikatın nömrəsi məmulatın
üzərində göstərilməlidir.
13 QANUNİ QAYDALAR
Məmulat bu standartda verilən qaydalardan başqa ölkədə hal-hazırda
qüvvədə olan müvafiq qanunvericiliyə uyğun olmalıdır.
Əlavə A
(məcburi)
Şəkil 1 – Elektriklə sərsəmlətmək üçün rəhbəredici parametrlər
Heyvan növü
Cərəyan
(Amper)
Müddət (Saniyə)
Toyuq
0,25-0,50
3,00-5,00
Quzu
0,50-0,90
2,00-3,00
Keçi
0,70-1,00
2,00-3,00
Qoyun
0,70-1,20
2,00-3,00
Dana
0,50-1,50
3,00
Cöngə
1,50-2,50
2,00-3,00
İnək
2,00-3,00
2,50-3,50
Buğa
2,50-3,50
3,00-4,00
Kəl
2,50-3,50
3,00-4,00
Dəvəquşu
0,75
10,00
Qeyd: Elektrik cərəyanı və müddəti heyvanın növü, kütləsi və digər
dəyişən faktorlar nəzərə alınmaqla müəssisə tərəfindən təsdiqlənməli
və təyin olunmalıdır.
Əlavə B
(Məcburi)
İslam qaydalarına görə təmizlik üsulu
B1. Ümumi qaydalar
İstənilən halda nəcis görünən və ya görünməz olsa da təmizlənməlidir. Nəcisi
təmizləmək üçün:
a) Biri torpaqla qarışıq su olmaqla yeddi dəfə yuyulmalıdır;
b) Bir neçə dəfə yumaq lazım olsa belə, ilk yuyulmadan sonra nəcis
qalmamalıdır.
İlkin təmizlikdən sonra su qalmamalı və sonrakı yuyulma ikinci yuma olaraq
qəbul edilməlidir;
c) İstifadə edilən torpağın miqdarı yalnız bir suspenziya əmələ gətirməyə
çatacaq qədər olmalıdır;
d) Üzərində torpaq olan məhsulların istifadəsinə icazə verilir.
B2. Torpaq ilə əlaqəli şərtlər
a) Nəcisdən kənar olmalı,
b) Müstəməl (təyəmmüm üçün istifadə edilmiş) torpaq olmamalıdır. Şiddətli
yağışın altında qalıbsa, istifadə edilə bilər.
B3. Su ilə əlaqəli şərtlər
a) Təbii olmalı,
b) İstifadə edilmiş
1
olmamalı, c) Nəcisdən kənar olmalıdır.
1
İstifadə edilmiş su iki qullahtan (təxmini 192 L) daha az təmizlik üçün istifadə
edilmiş sudu
Azərbaycan
Respublikası
Standartlaşdırma,
Metrologiya
və
Patent
üzrə
Dövlət
Komitəsinin
Kollegiyasının “09” iyun 2015-ci il
tarixli “150111500003” nömrəli Qərarı
ilə təsdiq edilmişdir.
Dostları ilə paylaş: |