Qrupun 2 növü var: şərti və real qruplar. Şərti qrup dedikdə bir-biri ilə real surətdə əlaqəsi olmayan , lakin müəyyən bir şərti əlamətə, məsələn, cins, yaş və ya peşə əlamətinə görə tədqiqatçı tərəfindən ayırd edilən adamlar kateqoriyası nəzərdə tutulur. Sosial psixologiyada real qrupların öyrənilməsinə xüsusi diqqət yetirlir. Real qrupların iki növünü-real labarator və real təbii qrupları fərqləndirirlər. Təbii real qrupların böyük və kiçik qruplar olmaq üzrə iki növü məlumdur. Böyük qrupların üzvləri bilavasitə təmasda olmurlar, hətta bir-birilərinin mövcd olduğunu bilməyə bilərlər. Böyük qrupların aşağıdakı növləri fərqləndirilir:
*siniflər, ictimai təbəqələr və sosial peşə qrupları;
*Millət və xalqlar;
*Sosial-demoqrafik qruplar;
*ərazi-region qrupları;
*təşkilat qrupları (siyasi və ictimai təşkilatlar) ;
*qısamüddətli qruplar (mütəşəkkil və qeyri-mütəşəkkil) ;
*auditoriya-qruplar;
Böyük qruplar sosail-psixoloji baxımdan bir-birindən nəinki özlərinin psixi siması, həm də emosional sahəsi, xüsusilə tələbatları və mənafeləri ilə fərqlənirlər.Kiçik qrupların üzvləri nəinki bir-birilə müxtəlif formalarda gündəlik ünsiyyət və rabitəyə girir, bir-biri haqqında müəyyən təsəvvürə malik olur, həm də onların arasında müəyyən rəsmi və qeyri-rəsmi münasibətlər formalaşır. Kiçik qrupların 50-dən artıq təsnifatı var.Kiçik qrupları formal və qeyri-formal qruplara bölürlər. Formal qrupda münasibətlər inzibati-hüquqi yolla müəyyən olunur və tənzim edilir.Qeyri-formal qruplar isə ünsiyyət prosesində təbii yolla təşəkkül edir: onun strukturu bilavasitə inzibati-hüquqi qaydalarla tənzim edilmir. Formal kiçik rupun üzvləri arasında da tədricən qeyri-formal münasibətlər yaranır: bu zaman formal kiçik qrupun müvəffəqiyyətlə fəaliyyət göstərməsi bir çox cəhətdən onun formal və qeyri-formal strukturlarının bir-birinə uyğun gəlməsində asılıdır.