Roy Baumayster və Lirinin fikrincə, insanların təkamül keçmişində onların arasında rabitələrin yaranması, yaşamaq üçün son dərəcə zəruri idi. İnsanlar bir-biri ilə birləşəndə, ovçuluq etmək və yeməli bitkiləri yetişdirmək, partnyorlar tapmaq və uşaqlara qayğı göstərmək onlar üçün asan idi. Bunun da nəticəsində müəlliflərə görə, hər hansı bir qrupa daxil olmaq tələbatı anadangəlmə olmuşdur və hər bir cəmiyyətdə özünü göstərir. Onların qənaətinə görə , bütün mədəniyyətlərdə adamlar başqa adamlarla qarşılıqlı münasibətlər formalaşdırmağa və bu münasibətlərinpozulmasının qarşısını almağa tələbat hiss edirlər. ( E.Aronson)
Sosial qrupun funksiyaları seçimlidir. N.Smelzer qrupun aşağıdakı funksiyalarını ayırd edir:
Sosializasiya funksiyasının məziyyətləri aydındır: şəxsiyyətin sosial təcrübəni mənimsəməsində sosial qrupun rolu həlledicidir. Onun instrumental funksiyası insanların birgə fəaliyyətinin bu və ya digər şəkildə həyata keçirilməsndə ifadə olunur. A.N.Sventsitkinin qeyd etdiyi kimi, fəaliyyətin bir çox növlərinin təklikdə həyata keçirilməsi mümkün deyil. Konveyer briqadası, futbol komandası, xilasedicilər dəstəsi, xoreoqrafik ansambl-bunların hamısı cəmiyyətdə instrumental rol oynayan qruplara misal ola bilər. Bundan başqa, insanın belə qruplarda iştirak etməsi, onu həyati üçün zəruri olan vasitələrlə təmin edir və ona A.Maslounun termini ilə desək, özünü reallaşdırmaq imkanı verir.
Qrupun ekspressiv funksiyası insanın rəğbətləndirmə, hörmət və etimada tələbatının təmin olunmasında ifadə olunur. Qrup psixoterapiyası bu funksiyasının tətbiqi məsələlərinin dərk olunması zəmnində əmələ gəlmişdir.
Qrupun müdafiedeici funksiyasının da əhəmiyyəti böyükdür. İnsanlar həmişə çətin məqamlarda birləşməyəmeyl edirlər. Onlar xoşagəlməz hissləri gizlətmək üçün qrupda psixoloji kömək arayırlar. Eksperimental tədqqatlar da bunu sübut edir. Amerika psixoloqu S.Şaxterin eksperimentləri məşhurdur: eksperimentdə universitet tələbələri iştirak edirdi. Onları iki qrupa ayırdılar. Birinci qrupdakı tələbələrə deyirlər ki, onlar elektrik tokunun nisbətən güclü zərbəsinə məruz qalacaqlar. İkinci qrupdakı tələbələrə deyirlər ki, onları yüngül elektrik toku ilə qıcıqlandıracaqlar, elə biləcəksiniz ki, eksperiment bir qədərdən sonra keçiriləcək. Kim istəyir eksperimentin başlanmasını təklikdə gözləsin, kim istəyir qrupla birlikdə gözləsin. Müəyyən edildi ki, birinci qrupdakı tələbələrin təxmini üçdə iki hissəsi qrupla birlikdə qalmağı arzuladı. İkinci qrupdakı tələbələrin təxminən üçdə iki hissəsi isə dedi ki , onlar üçün əhəmiyyəti yoxdur, eksperimentin başlanılmasını təklikdə də, başqa tələbələrlə birlikdə də gözləyə bilərlər.
Göründüyü kimi, fərdlər hər hansı təhlükəli faktlarla rastlaşanda , onlar bir-birilərinə psixoloji cəhətdən yaxınlaşmağa cəhd edirlər. Şaxter eksperiment materialları kökündə bu qənaətə gəlmişdi. Insan ayrı-ayrı qrupların üzvləri kimi müxtəlif sosial funksiyalar yerinə yetirir. Bunun şəxsiyyət üçün iki mühüm əhəmiyyəti vardır: o, bir tərəfdən, sosial fəaliyyət sistemində şəxsiyyətin obyektiv yerini müəyyən edir, digər tərəfdən, onun şüurunun formalaşmasını şərtləndirir.Bu, prosesin qanunauyğunluqlarını aydınlaşdırmaq üçün . hər şeydən əvvəl, belə bir suala cavab vermək lazımdır ki, psixoloji mənada qrup insan üçün nə deməkdir. Onun hansı xarakteriskaları qrupun hər bir üzvü üçün çox əhəmiyyətlidir?
Qrup insan üçün nə deməkdir? Bu sual ilk dəfə qrup dnamikası nəzəriyyəsinin banisi kimi məşhur olan Kurt Levinin əsərlərində səslənib. Kurt levin bu sualı belə açıqlayıb: