AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 359,34 Kb.
səhifə1/4
tarix30.11.2016
ölçüsü359,34 Kb.
#517
  1   2   3   4





AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
İxtisas 050647- Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi
Qrup ____2324_______________________________________________

B U R A X I L I Ş İ Ş İ

Mövzu Keyfiyyətin qiymətləndirilməsində ekspertlərin__________



fəaliyyətinin kəmiyyət və keyfiyyətcə təhlili_____________

___________________________________________________________________


Tələbə: _____________________________ Abbasova S. N.____


Rəhbər: _____________________________ dos. Hüseynov A.Ə._
Kafedra müdiri: _______________________dos. Aslanov Z.Y.__

B A K I - 2015


AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ



AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ


Fakültə “Distant, qiyabi və əlavə Təhsil Mərkəzi” Kafedra“Standartlaşdırma və sertifikasiya”


İxtisas 050647- Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi
Təsdiq edirəm:

Kafedra müdiri

«_____» _____________2015

BURAXILIŞ İŞİ ÜZRƏ

T A P Ş I R I Q
Qr.№ __2324, Abbasova Süriyyəxanım Naib ___________________________

(soyadı, adı, atasının adı)

1. Mövzunun adı: Keyfiyyətin qiymətləndirilməsində ekspertlərin__________

fəaliyyətinin kəmiyyət və keyfiyyətcə təhlili_____________

2. Mövzu üzrə tapşırıq: Keyfiyyət göstəricilərinin qiymətləndirilməsi metodlları, ekspert qiymətləndirilməsinin mahiyyəti, növləri, ekspert qiymətləndirilməsində nəticələrin işlənməsi_haqqında məlumatları toplamaq, təhlil etmək və öyrənmək

3. Hesabat-izahat yazısının məzmunu / işlənəcək sualların siyahısı/1. Keyfiyyət göstəricilərinin qiymətləndirilməsi metodlları haqqında ümumi məlumatlar. 2. Ekspert qiymətləndirilməsinin mahiyyəti və təşkili. 3. Ekspertizanın növləri . 4. Ekspert qiymətləndirilmə metodlarının obyektivlik xüsusiyyətləri. 5. Qiymətləndirmənin nəticələrində müxtəlifliyin subyektiv səbəbləri. 6. Ekspert qiymətləndirilməsində etalon sırasının tərtibi. 7. Ekspertlərin fərdi xüsusiyyətlərinin qiymətləndirilməsi. 8. Ekspert məlumatlarının uzlaşmasının təhlili
4. Qrafiki materiallar___________4 şəkil 7 cədvəl__________________

5. Tapşırığın verilmə tarixi______27 yanvar 2015-ci il__________________

6. İşin təhvil verilmə müddəti____11 may 2015-ci il __________________

TƏLƏBƏ ______________________

/ imza /

RƏHBƏR_____________________

/ imza/

R E F E R A T
Buraxılış işi “Keyfiyyətin qiymətləndirilməsində ekspertlərin fəaliyyətinin kəmiyyət və keyfiyyətcə təhlili” mövzusuna həsr edilmişdir. O, giriş hissədən, səkkiz bölmədən, nəticə və təkliflərdən, istifadə olunan ədəbiyyatın siyahısından ibarətdir.

Giriş hissədə mövzunun aktuallığı əsaslandırılır. Birinci bölmədə keyfiyyət göstəricilərinin qiymətləndirilməsi metodları ümumi şəkildə şərh edilir. Sonrakı bölmələrdə ekspert qiymətləndirilməsinin mahiyyəti, ekspertizanın növləri, ekspert komissiyasının strukturu, ekspert qiymətləndirilməsi zamanı istifadə edilən metodlar, obyektivlik nöqteyi nəzərindən onların xüsusiyyətləri araşdırılır, qiymətləndirmənin nəticələrində müxtəlifliyin olması səbəbləri, ekspertlərin mülahizələrini əsaslandırmaq üçün etalon sırasının tərtib edilməsi qaydaları, ekspertlərin fərdi xüsusiyyətlərinin, onların rəylərinin uzlaşmasının qiymətləndirilməsi məsələləri təhlil edilir.

Buraxılış işi nəticə və təkliflərlə yekunlaşır və 55 səhifə əlyazmasını, o cümlədən 4 şəkli, 7 cədvəli özündə birləşdirir.

G İ R İ Ş
Daxili və dünya satış bazarlarında rəqabətin kəskinləşdiyi şəraitdə keyfiyyət bir çox sahələrdə dövlətin nüfuzunu müəyyən edir, hər bir insanın və bütövlükdə cəmiyyətin təlabatının təmin olunmasına xidmət edir. Ancaq onun əsəsında müəssisə rəqabət şəraitində qalıb kimi fəaliyyət göstərə bilər, lazımi mənfəəti əldə edə bilər. Inkişaf etmiş ölkələrdə yüksək keyfiyyət strateji kommersiyanın qəti, qeyri-şərtsiz tələbi və milli sərvətlərin ən əhəmiyyətli mənbəyi kimi qəbul edilir. Keyfiyyət istehlakçının gözlədiyidir, istifadə üçün yararlılıqdır, standartlara, texniki şərtlərə uyğunluqdur. Bununla yanaşı, buraxılan məhsulun keyfiyyətinin təmin edilməsi personalın müvafiq peşə hazırlığı səviyyəsində, yəni həm onun xüsusi biliyi səviyyəsində, həm də keyfiyyətin qiymətləndirilməsi metodları və vasitələri sahəsindəki yüksək biliyi səviyyəsində mümkündür.

Məhsulun keyfiyyətinin qiymətləndirilməsinin nəzəri müddəalarını və metodlarını, keyfiyyətin göstəicilər sistemini və bu göstəricilərin təyin edilməsi üsullarını bilmədən keyfiyyətlə bağlı məsələlərin müvəffəqiyyətli həlli qeyri-mümkündür. Kvalimetriyada ekspert metodu keyfiyyət göstəricilərinin ölçülməsi və çəki əmsallarının təyin edilməsi üçün tətbiq olunur. Lakin bu metod digər sahələrdə də tətbiq olunur: tibbdə, incəsənətdə, sosial-siyasi həyatda, dövlət və təsərrüfat idarəetməsində. Qeyd edilməlidir ki, bir sıra məhsulların çox sayda keyfiyyət göstəricilərinin qiymətləndirilməsi üçün bu, yeganə metod olub, kifayət qədər geniş tətbiq olunur və qiymətləndirmənin obyektivliyini, informativliyini, dəqiqliyini artırmaq üçün müvafiq metodikalar da işlənib hazırlanmışdır.Bu məsələlərin aktuallığı nəzərə alınaraq buraxılış işinin mövzusu keyfiyyətin qiymətləndirilməsində ekspertlərin fəaliyyətinin kəmiyyət və keyfiyyətcə təhlilinə həsr edilmişdir.


1. Keyfiyyət göstəricilərinin qiymətləndirilməsi metodlları haqqında ümumi məlumatlar
Fiziki kəmiyyətlər keyfiyyəti təyin edən xassələrin ifadəsi kimi istifadə olunur. Lakin «fiziki kəmiyyət» və «keyfiyyət göstəricisi» bir-biri ilə eyni deyildir. Belə ki, fiziki kəmiyyətlər təbiətin obyektiv xassələrini əks etdirir, keyfiyyət göstəriciləri isə konkret şəraitdə ictimai tələbatı xarakterizə edir. QOST 15467-79 «Məhsulun keyfiyyətinin idarə edilməsi. Əsas anlayışlar. Terminlər və təyinlər» standartına uyğun olaraq məhsulun keyfiyyət göstəricisi – məhsulun keyfiyyətinə daxil olan bir və ya bir neçə xassələrin kəmiyyət xarakteristikasıdır. Keyfiyyət göstəriciləri də fiziki kəmiyyətlər kimi ölçüyə malik ola bilər və ya ölçüsüz ola bilər.

Məhsulun keyfiyyət səviyyəsinin qiymətləndirilməsi üçün, bütün keyfiyyət göstəriciləri qruplaşdırılmışdır. Keyfiyyət göstəricilərinin qruplarının təsnifatı aşağıdakı kimidir [3,8]: təyinat göstəriciləri; etibarlıq göstəriciləri; xammal, material, yanacaq və enerjidən səmərəli istifadə göstəriciləri; texnolojililik göstəriciləri; nəqletməyə yararlılıq göstəriciləri; erqonomik göstəricilər; ekolojililik göstəriciləri; təhlükəsizlik göstəriciləri; estetik göstəricilər; standartlaşdırma və unifikasiya göstəriciləri; patent-hüquq göstəriciləri; iqtisadi göstəricilər.

Texniki ölçmələrdə fiziki kəmiyyətlər necə rol oynayırsa, kvalimetriyada da keyfiyyət göstəriciləri həmin rolu oynayır. Lakin bu kəmiyyətlərin qiymətləri ölçmə obyekti (keyfiyyət) haqda hələ bir şey demir. Keyfiyyətin ölçülmə sxemlərindən biri iki mərhələdən ibarətdir:

1) keyfiyyət göstəricilərinin qiymətlərinin təyin edilməsi;

2) keyfiyyət göstəricilərinin qiymətlərinin müqayisə edil­məsi.

Əgər keyfiyyət göstəricilərinin qiymətləri hesabat yolu ilə tapılmırsa, onda bu məqsədlə ölçmələr aparılır. Ölçmələr aləti və ekspert metodları vasitəsilə aparılır. Orqanoleptik və sosioloji ölçmə metodları ekspert metoduna aiddir.

Aləti ölçmələr texniki ölçmə vasitələrindən istifadəyə əsaslanır. Bu metodla məhsulun kütləsi, məmulatın qabarit ölçüləri, imtinaya qədər iş payı və s. təyin olunur. Ölçmələr hər hansı bir ölçü şkalası üzrə yerinə yetirilir, əksər hallarda isə nisbətlər şkalasından istifadə olunur.

Aləti ölçmələr xalq təsərrüfatının bütün sahələrində və, ələlxüsus, sənayedə geniş yayılmışdır. Özünün obyektivliyinə, yüksək dəqiqliyinə və ölçmələrin avtomatlaşdırılması imkanlarına görə bu metod daha üstündür.

Keyfiyyət göstəricilərinin ekspert metodu ilə ölçülməsi o zaman tətbiq olunur ki, texniki ölçmə vasitələrindən istifadə mümkün deyil, çətindir və ya iqtisadi cəhətdən əlverişli deyildir. Bu metod ən çox erqonomik və estetik göstəriciləri təyin edən zaman istifadə olunur. Ekspertlər tərəfindən bütün ölçü şkalaları, əksər hallarda isə cərgə və intervallar şkalaları istifadə olunurlar.

Ölçmələrin orqanoloptik metodunda ilkin ölçmə dəyişdiricisi kimi ekspertlərin hissiyat orqanlarından istifadə olunur – görmə, eşitmə, dad, daxilən hissetmə. Orqanoleptik metod tibbdə, yeyinti və ətriyyat sənayesində geniş yayılmışdır.

Aləti və orqanoleptik ölçmələrin birləşməsi olan kombinator metodu da məhsulun keyfiyyətini təyin etmək üçün istifadə olunur.

Keyfiyyət göstəricilərinin sosioloji ölçmə metodu əhalinin və ya onun ayrı-ayrı sosial qruplarının kütləvi dindirilməsinə əsaslanır. Burada hər bir dindirilən şəxs ekspert rolunu oynayır. Dindirmə anketləşdirmə, səsvermə və s. yolu ilə aparılır. Bu metod elmi əsaslandırılmış informasiya yığımı sisteminin yaradılmasını, avtomatik vasitələrin və hesablama texnikasının geniş tətbiqini tələb edir. Sosioloji metod xalq istehlakı mallarının keyfiyyət göstəricilərinin qiymətlərinin təyin edilməsi, ictimai rəyin öyrənilməsi və sair üçün tətbiq olunur.

Ölçmələrin köməyi ilə adətən keyfiyyətin fərdi göstəricilərinin qiymətləri təyin edilir. Patent-hüquq və iqtisadi göstəricilər, məhsulun eynicinslilik göstəriciləri, standartlaşdırma və unifikasiya göstəriciləri hesabat yolu ilə təyin edilir. Hesabat vasitəsilə həmçinin kompleks göstəricilərin qiymətləri tapılır. Burada çəki əmsallarının təyin olunması adətən ekspert və yaxud aləti metodlar vasitəsilə aparılır. Bütün hallarda ölçmələrin nəticələri təsadüfi qiymətlər olduğundan burada ehtimal nəzəriyyəsindən istifadə olunmalıdır.

Keyfiyyət göstəricilərinin müqayisəsi intervallar şkalasına və yaxud nisbətlər şkalasına görə aparıla bilər [2].

Keyfiyyətin intervallar şkalasına və ya nisbətlər şkalasına görə ölçülməsi daha çox informasiya verir və «nə qədər» və ya «neçə dəfə» bir əşyanın keyfiyyəti digərindən yüksəkdir və ya aşağıdır sualına cavab verir. Bunun üçün keyfiyyətin ümumiləşmiş kompleks göstəricilərini müqayisə etmək lazımdır.

Keyfiyyətin nisbətlər şkalası üzrə ölçülməsi o zaman mümkündür ki, keyfiyyət göstəricilərinin bütün qiymətləri nisbətlər şkalası üzrə təyin edilmiş olsun. Əgər bu göstəricilərdən birinin qiyməti intervallar şkalası üzrə təyin edilmişdirsə, onda keyfiyyət ancaq intervallar şkalası üzrə ölçülə bilər. Əgər bircə qiymət də cərgə şkalası üzrə ölçülmüşdürsə, onda keyfiyyətin ölçülməsi ancaq cərgə şkalası üzrə mümkündür.

Kyefiyyətin ölçülməsinin nəticəsi müqayisə üçün seçilmiş nümunədən asılıdır. Əgər bu nümunənin keyfiyyəti aşağıdırsa, onda onunla müqayisə olunan məmulatın keyfiyyəti də aşağı olur və əksinə. Müqayisə üçün nümunənin seçilməsi (ona baza və ya etalon deyilir) kvalimetriyada çox çətin məsələdir və böyük məsuliyyət tələb edir. Çünki nümunəni çox yüksək və ya çox aşağı keyfiyyətli seçdikdə o, müəyyən çətinliyə gətirir. Belə ki, birinci halda o, keyfiyyətin daha da yüksəldilməsi üçün xərclərin lazımsız artmasına, ikinci halda isə məhsulun keyfiyyətinin yüksəldilməsi üçün stimulun aşağı düşməsinə gətirib çıxaracaq.

Etalon nümunələr (keyfiyyət etalonu) özünün təyinatına görə 3 qrupa bölünür:

1. Keyfiyyətin nail olunmuş səviyyəsini əks etdirən etalonlar (sahədə, xalq təsərrüfatında, dünyada və i.a.). Bu etalonların əsas vəzifəsi seriyalı istehsal olunan məhsulun attestasiyası zamanı onun keyfiyyətini qiymətləndirməkdir.

2. Keyfiyyətin perspektiv səviyyəsini əks etdirən etalonlar. Onlar qabaqlama xarakteri daşıyır və elmi-texniki tərəqqini stimullaşdırmaq üçündür. Bu etalonlar texniki tapşırıqların işlənməsi və verilməsi, həmçinin texniki və işçi layihələrin tərtib olunması zamanı istifadə olunur.

3. Xüsusi etalonlar. Bu etalonlar xüsusi məsələləri həll etmək üçündür. Məsələn, keyfiyyətin dinamikasının təyin olunması və təhlili, ayrı-ayrı kompleks göstəriciləri müqayisə etmək və s. Etalonun müqayisə üçün istifadə olunan keyfiyyət göstəriciləri (fərdi və kompleks) baza adlanır. Ölçmələrin vəhdətini təmin etmək üçün etalonun və keyfiyyətin baza göstəricilərinin seçilməsi normativ sənədlə qanuniləşdirilməlidir: dövlət və ya beynəlxalq standartla, texniki şərtlərlə və s. Elmi-texniki tərəqqinin durmadan inkişafı baza göstəricilərinin tez-tez yenidən baxılmasını tələb edir. Etalonun təsir müddəti adətən 3 ildən artıq olmur.

Etalon müqayisə vahidi rolunu oynayır və bununla məhsulun keyfiyyəti müqayisə olunur. Əgər məhsulun nisbi göstəricilərinin bütün qiymətləri vahiddən çoxdursa, onda məhsulun keyfiyyəti etalonun keyfiyyətindən yüksəkdir, əgər azdırsa – onda aşağıdır.

Əgər nisbi göstəricilərin bir hissəsi vahiddən böyük, bir hissəsi isə kiçikdirsə, onda nisbi göstəriciləri keyfiyyətin ümumiləşmiş kompleks göstəriciləri ilə xarakterizə edirlər.

Göstəricilərin geniş nomenklaturasını yeganə bir keyfiyyət göstəricisinə çevirmək böyük informasiya itgisi ilə bağlıdır. Bu itginin böyük təsirinin olmaması üçün göstəricilərin ümumi sayından elələrini seçirlər ki, onlar keyfiyyətin hər hansı bir tərəfini xarakteririzə etsin (estetik, ekonomik və digərini). Bu cür göstəricilərin köməyi ilə, məsələn, məhsulun hazırlanma keyfiyyətinin səviyyəsi, onun normativ, texniki və texniki-iqtisadi səviyyəsi təyin edilir.

Məhsulun hazırlanmasının keyfiyyət səviyyəsi onun keyfiyyət göstəricilərinin faktiki qiymətlərinin (istismara başlayana qədər) normativ-texniki sənədlərin tələblərinə uyğunluq dərəcəsini xarakterizə edir.

Məhsulun keyfiyyətinin normativ səviyyəsi hər cür hüquqi məsələlərin həlli zamanı istifadə olunur.

Texniki səviyyə məhsulun keyfiyyət göstəricilərinin elə məcmuudur ki, oraya iqtisadi göstəricilər daxil olmur. Bu göstərici adətən məhsulu xarici ölkələrin məhsul nümunələri ilə müqayisə edən zaman lazım olur. Belə ki, iqtisadi göstəriciləri xarici ölkə məhsulunu müqayisə edən zaman istifadə etmək mümkün olmur, çünki xaricin məhsulun layihələndirilməsi, hazırlanması və istismarının iqtisadi göstəriciləri əksər hallarda məlum deyildir.

Məhsulun keyfiyyətinin ən geniş və ümumiləşmiş xarakteristikası onun texniki-iqtisadi səviyyəsidir. Bu səviyyəyə iqtisadi göstəricilər də daxildir. O, məhsulun attestasiyası zamanı keyfiyyətin kateqoriyasını təyin etmək üçün istifadə olunur.


2. Ekspert qiymətləndirilməsinin mahiyyəti və təşkili
«Ekspert» – verilmiş məsələni həll etmək qabiliyyəti olan səriştəli mütəxəssisdir («expertus» latın sözü olub təcrübəli deməkdir). Tədqiq olunan obyektə münasibətdə ekspertin səriştəliliyi - peşə səriştəliliyi, tədqtq olunan məsələyə qərar vermək metodologiyasına görə isə ekspertin səriştəliliyi – ekspert səriştəliliyidir. Ekspert tədqiqat obyektini qiymətləndirərkən qərəzsiz, ədalətli və obyektiv olmalıdır [3].

Baxılan məsələlər üzrə mütəxəssis-ekspertlərin müxtəlif vasitələrlə alınmış rəylərinin orta qiymətinin tapılması bütün sahələrdə ekspert metodlarının mahiyyətini təşkil edir.

Məsələlərin həllinin ekspert metodu mütəxəssis-ekspertlərin ümumiləşdirilmiş təcrübəsindən və peşə duyumundan (intuisiyasından) istifadəyə əsaslanır. Məhsulun keyfiyyət səviyyəsinin ekspert qiymətləndirilməsi metodu o hallarda istifadə olunur ki, ayrı-ayrı və ya kompleks keyfiyyət göstəricilərin qiymətlərinin aləti, empirik və ya hesabat metodları ilə obyektiv təyin edilməsi çox çətin və ya qeyri-mümkün olsun.

Ekspert qiymətləndirilməsi (və ya ekspert metodu) ekspertiza metodunun növmüxtəliflikləri, modifikasiyaları olan bir neçə müxtəlif metodların məcmusudur. Ekspert metodunun məlum növmüxtəliflikləri səriştəli mütəxəssislərin (ekspertlərin) kollektiv qərarları əsas götürülən bütün sahələrdə tətbiq olunur. Məsələn, müxtəlif şuraların, konfransların, müşavirələrin, komissiyaların qərarları, həmçinin imtahan götürənlərin təhsil alanların biliklərin qiymətləndirilməsi üzrə qərarları və s. – bütün bu qərarlar ekspert metodu ilə qəbul edilir.

Məhsulun keyfiyyətinin qiymətləndirilməsinin ekspert metodları məhsulun keyfiyyət səviyyəsinin birbaşa ümumi (detallaşdırmadan) qiymətinin formalaşdırılması, həmçinin nəyinsə keyfiyyət göstəricilərinin təyin edilməsi ilə əlaqədar bir çox xüsusi məsələlərin həlli vaxtı istifadə edilə bilər.

Beləliklə, ekspert metodları aşağıdakı hallarda tətbiq olunur:



    1. Məhsulun keyfiyyətinin ümumi qiymətləndirilməsində.

    2. Qiymətləndirilən məhsulun təsnifatlaşdırılmasında.

    3. Qiymətləndirilən məhsulun keyfiyyət göstəricilərinin nomenklaturasını təyin etdikdə.

    4. Məhsulun keyfiyyət göstəricilərinin çəki əmsallarının təyinində.

    5. Orqanoleptik metodla (hiss üzvləri ilə təyin edilən) məhsulun keyfiyyət göstəricilərinin qiymətləndirilməsində.

    6.`Baza nümunələrinin və baza keyfiyyət göstəricilərinin ölçüsüz qiymətlərinin seçilməsində.

    7. Kompleks (ümumiləşmiş, qruplar üzrə) və ya ayrı-ayrı göstəricilərin əsasında yekun kompleks keyfiyyət göstəricisinin müəyyən edilməsində.

    8. Məhsulun attestasiyası və sertifikatlaşdırılmasında.



Məhsulun keyfiyyətini daha az məsrəflərlə və böyük dəqiqliklə analitik və ya eksperimental metodlarla təyin etmək mümkündürsə, məhsulun keyfiyyət səviyyəsi qiymətləndirilərkən ekspert metodundan istifadə edilə bilməz.

Məhsulun keyfiyyəti çox mürəkəb xassələr kompleksi olduğundan keyfiyyətin ümumi ekspert qiymətləndirilməsinin nəticələrində həmişə qeyri-müəyyənlik və əsaslandırılmamış elementlər iştirak edir. Odur ki, məhsulun keyfiyyətinin ekspert qiymətləndirilməsi bütövlükdə ilkin qiymətləndirmədir, informativliyi azdır, qiymətləndirilən məmulatın keyfiyyətini ancaq birinci yaxınlaşmada və təxminən xarakterizə edilir. Keyfiyyətin belə ekspert qiymətləndirilməsi əsasında, aydındır ki, hansısa mühəndis-texniki qərarların qəbul edilməsi qeyri-mümkündür. Lakin bu metod, məsələn, kommersiya sövdələşmələri zamanı, alınan məhsulun keyfiyyət səviyyəsi haqqında konkret (ədədlə ifadə olunan) məlumatlar olmadıqda istifadə oluna bilər.

Baxdığımız halda ekspertiza obyekti (ekspert qiymətləndirməsi obyekti) kimi məhsulun istehlak xassələrinin cəmi, yəni keyfiyyəti çıxış edir.

Başqa fəaliyyət növləri kimi, ekspert qiymətləndirilməsi də özünün strukturuna malikdir. Bu struktur bir neçə əsas komponentləri özündə birləşdirir: subyekt (ekspert), obyekt, kriteriya, metodlar, nəticə [2].

Ekspert fəaliyyətinin subyekti dedikdə əmtəə mallarının dəyəri üzrə fəaliyyəti həyata keçirən istehlakçılar qrüpü - ekspertlər başa düşülür. Bu qrup yüksək peşə hazırlığına malik olan ekspertlərdən ibarətdir. Ekspertlər tədqiq olunan məmulatlar qrupunu yaxşı bilməli, onların keyfiyyətinin qiymətləndirilməsi üzrə təcrübəyə malik olmalıdırlar. Ekspertlər malların keyftiyyət səviyyəsini təhlil edir və qiymətləndirirlər.

Ekspertiza obyekti məmulatların istismarı prosesində meydana çıxan istehlak xassələridir. Əmtəə mallarının istehlak xassələrinin ekspertizasını aparmaq üçün ekspert bir sıra əməliyyatlar aparmalıdır: təhlil, ölçmə, qiymətin alınması və s. Iş prosesində ekspertlərə hər mərhələnin aparılmasının müxtəlif proqramları təklif olunur.

Əmtəə mallarının istehlak xassələrinin təhlili və qiymətləndirilməsi zamanı istifadə olunan kriteriyalar ümumi və konkret kriteriyalara bölünür.

Ümumi kriteriya – cəmiyyətdə toplanmış (əldə olunmuş) qiymətli normalardır. Bu normaları rəhbər tutaraq ekspertlər malların istehlak qiyməti haqda mülahizə yürüdürlər.

Konkret kriteriya - verilmiş növ malların keyfiyyətinə ölkədə və xaricdə istifadə olunan normativ-texniki sənədlərdə nəzərdə tutulmuş real tələblərdir, həmçinin layihələndirilən və ya istehsala planlaşdırılan məhsulun, buraxılmış real mövcud məmulatların keyfiyyətini xarakterizə edən göstəricilərin baza qiymətlərinin məcmuudur.

Ekspertizanın məqsədindən və ya təhlil edilən göstəricilərdən asılı olaraq ekspertlər bir və yaxud bir neçə müxtəlif kriteriyalar qəbul edə bilərlər.

Ekspertizanın aparılma metodları kompleks və operativ metodlara bölünür. Bu metodların hər biri isə ekspert, sosioloji və hesabat-aləti metodlara bölünə bilər. Ekspertiza obyektləri aşağıdakılardır: texniki tapşırıq; layihə-konstruktor sənədləri; təcrübi nümunə (təcrübi partiya); sənaye nümunəsi; seriyalı buraxılan məmulatlar.

Ekspertizanın operativ metodla aparılması zamanı sosioloji tədqiqatlar ekspert qiymətləndirilməsi ilə əvəz olunur və ya ümumiyyətlə aparılmır. Bu zaman hesabat aləti metodların istifadəsi ilə təcrübi nümunənin və kütləvi istehsal olunan məmulatların istismarı prosesində onların təhlili ilə məhdudlaşır. Kompleks ekspertiza apardıqda, ekspert və hesabat – aləti metodlarla yanaşı, istehlak prosesinin tədqiqi, istehlakçıların dindirilməsi aparılır, istehlak şərtləri öyrənilir və s.

Kompleks ekspertiza kütləvi istehsal olunan eyni tipli əmtəə malları qrupunun hərtərəfli öyrənilməsi və keyfiyyətinin qiymətləndirilməsi üçün aparılır. Odur ki, bu cür ekspertizanın aparılması ekspertləri obyektlərin təhlilinə sistemli və kompleks yanaşmağa istiqamətləndirir. Ekspertiza prosesində qiymət kriteriyaları formalaşır, baza nümunələri və keyfiyyət göstəriciləri seçilir. Ona görə də kompleks ekspertiza nəinki elmi, həmçinin müəyyən metodik və normativ materialların alınmasına kömək edir. Bu materiallar isə digər növ ekspertizaların aparılması üçün də istifadə olunur.

Operativ ekspertiza əvvəlcədən aparılmış kompleks eksperitizanın nəticələrinə əsaslanır, bu isə ekspertizanın nəticələrinin tələb olunan səviyyədə saxlanması ilə ekspert işlərinin aparılma müddətini qısaldır.

Operativ ekspertizanın əsas xüsusiyyəti ondan ibarətdir ki, onun aparılması həm yeni malların yaradılmasının əsas mərhələlərində (texniki tapşırıq, layihə-konstruktor sənədləri, təcrübi nümunə), həm də məhsulun kütləvi istehsalı və istehlakı proseslərində məmulatın keyfiyyət kateqoriyasına görə attestasiya olunmasına şərait yaradır.

Ekspert fəaliyyətinin nəticəsi məmulatların keyfiyyətinin qiymətləndirilməsidir. Bu, həmçinin yüksək keyfiyyətli məmulatların istehsalının genişlənməsindən və realizə olunmasından alınan iqtisadi səmərədir.

Ekspertizanın əsas metodoloji prinsipi ekspertiza obyektinə kompleks yanaşma prinsipidir. Burada keyfiyyətin qiymətləndirilməsi funksional, erqonomik və estetik xassələri xarakterizə edən göstəricilərin diqqətli və hərtərəfli təhlilinə əsaslanır.

Ekspert qiymətləndirilməsi üçün ekspert komissiyası və ona sədr təyin edilir. Komissiyanın tərkibində iki qrup – işçi və ekspert qrupları yaradılır (şəkil 1).

Işçi qrupun rəhbərinin tabeçiliyində eksperlər üçün materialların texniki cəhətdən hazırlanmasını, alınmış nəticələrin işlənməsini və s. həyata keçirən texniki işçilər, həmçinin həll edilən problemlər üzrə mütəxəssislər olur.

S Ə D R



Yüklə 359,34 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin