Azərbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan memarliq və İNŞaat universiteti



Yüklə 64,09 Kb.
səhifə3/19
tarix02.01.2022
ölçüsü64,09 Kb.
#2603
1   2   3   4   5   6   7   8   9   ...   19
4. Fənnin təsviri və məqsədi:

“Landşaft memarlığı” anlayışı ilə birləşən insan fəaliyyəti əsrlərin uzaq dərinliyinə gedir. Həqiqətdə landşaft memarlığı maddi və bədii memarlığın bütün növləri ilə eyni axında inkişaf edirdi. Hər bir tarixi dövrün özünə məxsus ideologiyası, özünün memarlıq və incəsənət anlayışı və təyinatı olmuşdur. Hər bir formasiya şəraitində: qədim quldarlıq dövründə, feodal mərhələsində, kapitalizmin təşəkkül tapdığı və inkişafı dövründə və s. landşaft memarlığı fərqli spesifikaya malik idi.

Hər bir dövr, hər bir ölkə insanın onu əhatə edən təbii mühitlə fasiləsiz və canlı əlaqəsini təcəssüm edən landşaft memarlığı əsərlərini yaratmış və çoxaltmağa davam edir. Bu müxtəlif növlər cəmində landşaft memarlığı təkamülü öz ifadəsini tapır.

Bu rəngarəngliyin sistemləşdirilməsi və onun dinamikliyinin öyrənilməsi landşaft memarlığı təkamülünün qanunauyğunluqlarını, onun inkişafına təsir edən əsas amilləri müəyyən etməyə, müasir mərhələdə bu yaradıcılıq növünün istiqamətlərini düzgün qiymətləndirməyə və beləliklə, mütəxəssislərin qarşısında duran əsas məsələləri dəqiq formalaşdırmağa imkan yaradacaq.

Landşaft memarlığı indi özünün yeni inkişaf mərhələləsinə daxil olur. O, sərbəst memarlıq ixtisası kimi mühüm vəzifə qazanmışdır və onun qarşısında insan həyatı üçün məkan mühitinin yaradılması və təkminləşdirilməsi üzrə bu problemin ən geniş mənasında çox böyük bir iş durur.


Yüklə 64,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin