Azərbaycan III-VII əsrlərdə



Yüklə 22,46 Kb.
səhifə1/3
tarix22.10.2022
ölçüsü22,46 Kb.
#65862
  1   2   3
Azəbaycan Tarixi sərbəst iş


Azərbaycan III-VII əsrlərdə


III-V əsrlərdə Azərbaycanda tədricən feodalizmə xas olan ictimai-iqtisadi münasibətlər yaranmağa başlamışdır.Torpaq sahibkarlığının yeni səciyyəvi cəhətləri meydana gəldi. Dövlət torpaqları göstərdiyi yaxşı xidmət müqabilində hərbiçilərə,dövlət işçilərinə paylanır və bəzən ayrı-ayrı xüsusi xildməti olan şəxslərə hədiyyə verilirdi.Belə torpaqlar mülk,torpaq sahibi mülkədar,yəni feodal adlanırdı.Feodalizm cəmiyəti adı buradan yaranmışdır.Kəndli feodaldan asılı olub,onun torpağını becərməli,məhsulun müəyyən hissəsini ona verməli idi.Erkən orta əsrlərdə Azərbaycanda təsərrüfatın natural forması (malikanə daxilində istehsal) üstün mövqe tuturdu.Feodalizmin ilk mərhələsində kəndlilərin istismar edilməsinin əsas forması vergilər və dövlət mükəlləfiyyətlərinin icrası idi.Vergi məhsul və pul formasında verilirdi. Azərbaycanda feodal münasibətlərinin yaranması məhsuldar qüvvələrin inkişafının nəticəsi idi.
Erkən orta əsrlərdə Azərbaycanda gedən ictimai-siyasi və iqtisadi proseslər Sasanilər dövləti ilə bağlı idi.Odur ki,Sasanilərdə tədbiq edilən feodal torpaq mülkiyyəti formaları və vergilər Azərbaycanda da tədbiq edilirdi.Feodal torpaq sahibliyinin iki forması var idi: dastaqerd – irsi, xostak-şərti torpaq.
Sasani dövlətində əhali 4 təbəqəyə bölünmüşdü: kahinlər,döyüşçülər, mirzələr,vergi verənlər.Vergi verənlər can (gezit) və torpaq (xaraq)vergisi verirdi.Avropadan fərqli olaraq Azərbaycanda feodalların şəxsi təsərrüfatı yox idi.Çünki süni suvarma üçün böyük xərc qoymaq lazım gəlirdi. Kəndlilər asılı olsalar da, təhkimli deyildilər.Feodal,əsasən,öz xüsusi təsərrüfatında məşğul olan kəndlidən məhsul və ya pul ödənişi almaqla kifayətlənirdi.Onu kəndlidən ödəniş almaq daha çox maraqlandırırdı. Avropada feodal münasibətləri gec yaranıb (V əsr), tez süqut etdiyi (XVII əsrin ortaları) halda, Azərbaycanda bu cəmiyyət III-XIX əsrlərdə mövcud idi.
Sasanilərin Azərbaycanı işğal etməsi və ona qarşı üsyanlar.Sasanilər sülaləsinin nümayəndəsi Ərdəşir Babəkan (224-241) Parfiya dövlətini süquta uğratdı və 226-cı ildə Sasanilər dövləti yarandı. Parfiya dövlətindən asılı olan Atropatena yenidən öz müstəqilliyini itirərək,227-ci ildə Sasanilər dövlətinin tərkibinə qatıldı.Atropatena iqtisadi səviyyəsinə görə irəlidə gedirdi,həm də əlverişli strateji mövqeyə malik idi.IV əsərdən Atropatena iqtisadi yüksəliş keçirirdi.İran, Çin və Hindistana gedən ticarət yolları buradan keçirdi.Sasanilər Atropatenadan öz orduları üçün əsgər də toplayırdılar.Zərdüştilik onların hakimiyyəti dövründə hakim dinə çevrilmişdi.Şahənşah I Şapur (241-272) itaət altına alınmış ölkələrdə Zərdüştiliyi zorla yaymaq haqqında əmr vermişdi.Ən mühüm Zərdüştilik məbədləri Atropatenada,baş məbəd isə Qazakada yerləşirdi.Şahənşahlar taxta çıxdıqdan sonra dövlətin paytaxtından bu məbədə piyada ziyarətə getməli idi.Ona görə də Atropatena Zərdüştiliyin ideoloji və təlim mərkəzi idi.Zərdüşt ruhaniləri Qazakada dini təlim keçdikdən sonra imperiyanın başqa dini mərkəzlərinə göndərilirdi.
Zərdüşt kahinlərinin ixtiyarında çoxlu torpaq sahələri var idi.Əhalinin çox hissəsini əkinçilər təşkil edirdi.Feodalların əksəriyyəti torpaqlarını onlara icarəyə verirdi.Atropatenada əsas vergi xaraq və gezit adlanırdı.Xaraq torpaq vergisi idi.Hər bir mahalın əkin sahələrinin şəhərə yaxın və ya uzaqlığından asılı olaraq məhsulun 1/3-dən 1/6-nə qədər təşkil edirdi.Gezit can vergisi idi, sənətkarlardan ildə 1 dəfə yığılırdı. Sasani şahı I Xosrov vergi yığan məmurlardarın özbaşınalığını azaltmaq, vəsaitin xəzinəyə daxil olmasını təmin etmək üçün vergi islahatı keçirdi. Bütün torpaqlar ölçüldü, zeytun və xurma ağacları hesaba alındı.Vergilər ildə 3 dəfəyə verilməli idi. İslahata görə xaraq torpağın sahəsinə görə alınmağa başlandı.
IV əsrdə Albaniya dövlətinin ərazisi şimaldan Qafqaz dağlarından Araz çayınadək,qərbdən İberiyadan Xəzər dənizinədək uzanırdı.Ölkənin vilayətləri:Çola,Lpina,Şəki,Kambisena,Həcəri,Uti,Arsax,Paytakaran və Syünik daxil idi.İndiki Dərbənd şəhərinin yerləşdiyi ərazidən təxminən Beşbarmaq dağına qədər Xəzər dənizi böyunca Çola vilayəti uzanırdı. Üzüm, meyvə və taxılla zəngin idi.“Dəmir qapı” və ya alban qapıları keçidi burada yerləşirdi.Albaniyanın şimal-şərqində dağlıq Şəki vilayəti yerləşirdi.Toxuculuq,ipək parça istehsalı mərkəzi hesab olunurdu.Çola ilə Şəki arasında Lpina vilayəti başdan-başa qoz-fındıq ağaclarından ibarət olan meşələrlə əhatə edilmişdi.Albaniyanın paytaxtı Qəbələ burada yerləşirdi.Tarixi vilayət sayılan Uti Kürün sağ sahilində şəqrdən Paytakaranla,cənubdan isə Arsaxla,şimalda Kür çayı ilə,qərbdə isə İberiya ilə həmsərhəd idi.Uti vilayətində dənli bitki becərilir, qaramal saxlanılır,yun və pambıq parçalar hazırlanırdı.Çoxlu zeytun ağacı bitirdi. Paytakaran vilayəti indiki Azərbaycan Resplikasının cənub-şərqində yerləşib,Xəzər dənizinin sahillərinə qədər uzanırdı.Mil və Muğan düzlərinin bir hissəsini əhatə edirdi.Çoxlu qoyun sürüləri saxlanılır,Kür və Araz çaylarından balıq tutur,duzlayır,qurudurdular.Tarixi Arsax vilayəti sağsahil Albaniyanın (inliki Qarabağın dağlıq hissəsi və Mil düzü) vilayətlərindən ibarət idi.Əhalisi türksoylu albanlar,qarqarlar,hunlar və xəzərlərdən ibarət idi. Məhsuldar düzənliklərində və çay vadilərində dənli və texniki, bostan-tərəvəz bitkiləri becərilir, üzümçülük inkişaf etdirilirdi. Albaniyada azad sənətkarlar meydana gəlirdi.Toxuculuq üçün başlıca xammal yun,kətan,ipək və pambıq sayılırdı.Albaniya sənətkarları metaldan müxtəlif silahlar, bəzək əşyaları,məişət avadanlığı hazırlayırdılar.Ağac və dəri emalı, daşyonma sənəti də inkişaf etmişdi.

Yüklə 22,46 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin