Azərbaycan III-VII əsrlərdə


Sasani-Bizans müharibələri



Yüklə 22,46 Kb.
səhifə2/3
tarix22.10.2022
ölçüsü22,46 Kb.
#65862
1   2   3
Azəbaycan Tarixi sərbəst iş

Sasani-Bizans müharibələri.260-cı ildə Sasani şahı I Şapur (241-271) Roma ordusunu məğlubiyyətə uğratdı.Roma imperatoru Valerian əsir düşdü.Albaniya hökmdarı I Vaçe (255-262) Roma ilə ittifaqı Sasanilərə tabe olmaqdan üstün tutmuşdu.262-ci ildə Albaniya Sasani imperiyasının tərkibinə daxil edildi.I Şapurun ölümündən sonra 272-ci ildə Albaniya yenə də müstəqilliyini qazandı.Roma imperatoru Avrelianın hakimiyyəti dövründə (270-275) Albaniyada Romaya meylli siyasət aparılırdı.İranda II Şapurun hakimiyyəti dövründə (309-379) Albaniyada daxili vəziyyət mürəkkəbləşdi.Bu dövrdə Albaniyanın Paytakaran vilayətində hökmdar Sanatürk (290-338) müstəqilliyi qoruyub saxlamaq,ermənistan və ona arxa olan Romanın işğalçılıq niyyətinin və xristianlığın Albaniyada yayılmasının qarşısını almaq siyasəti yeridirdi.Sanatürk 337-ci ildə albanlardan ibarət 30 minlik ordu toplayıb ermənistana hücum etdi. Paytaxt Valarşapatı tutdu,1 il əlində saxladı.erməni hökmdarı Xosrov qaçıb gizləndi.338-ci ildə yunan və iber qoşunlarının köməyi ilə erməni sərkərdəsi Vaçe Mamikonyan Sanatürkün dəstələrini Paytakarana sıxışdırdı.II Sapur Sanatürkə kömək etmədi.Sanatürkün bu döyüşdə həlak olduğu göstərilir.Sanatürk həlak olsa da,onun ermənilərə vurduğu zərbə onların xristianlığı yaymaq yolu ilə Azərbaycan torpaqlarını işğal etmək planlarını birdəfəlik iflasa uğratdı.Sanatürklə bağlanmış sazişə görə şimal tayfalarından biri olan hunlar Albaniyanı 4 il erməni müdaxiləsindən qorudular. Sasani hökmdarı II Şapur öz qohumu Arşaki nümayəndəsi Urnayrı (343-371)hakimiyyətə gətirdi.Albaniya daxildə qismən müstəqillik siyasəti,xarici siyasətdə isə Sasani şahı II Şapurla müttəfiqlik münasibətləri saxlayırdı.II Şapur ermənistanın havadarı olan Romaya qarşı yürüş təşkil etdi.359-cu ildə Amid yaxınlığında başlanan döyüş II Şapurun qələbəsi ilə başa çatdı.Albaniyanın Qarabağ, Marlar ölkəsi (Naxçıvan), Kaspiana və s. vilayətləri geri qaytarıldı.Sasani şahı II Şapur xristian dininə qarşı təqibi gücləndirdi.Roma imperatoru Valent (364-378) ermənistanda Roma təsirini bərpa etmək üçün 371-ci ildə Dzirav döyüşünə başladı.Döyüşdə romalıların köməyi ilə ermənilər qalib gəldi. Urnayr ağır yaralandı.Azərbaycan Uti, Şakasen, Girdiman vadisi və Kolt (Albaniyanın qərb vilayəti) vilayətlərindən məhrum oldu.İtirilmiş vilayətlər 387-ci ildə Roma ilə İran arasında bağlanmış müqaviləyə əsasən geri qaytarıldı.ermənistan hər iki dövlət arasında bölüşdürüldü, erməni qurumuna son qoyuldu.
IV əsrin əvvəlində Albaniyada xristianlıq yayılmağa başladı.Lakin bu dini yalnız Qarabağın dağlıq hissəsində yaşayan feodal əyanları qəbul etdilər. Sasani şahı I Yezdəgerd xristianlığa imkan verir,II Yezdəgerd (438-457) xristianlığa qarşı mübarizəni gücləndirir.Şah Albaniyanın və başqa ölkələrin hakimlərini Ktesifona çağırtdıraraq onları atəşpərəstliyi qəbul etməyə məcbur edir.Yezdəgerdin bacısı oğlu alban hökmdarı II Vaçe (440-463) dayısının təzyiqi ilə xristianlıqdan imtina edir, atəşpərəstliyi qəbul edir.Sünik hökmdarı Vasak Albaniyada Sasani dini uğrunda mübarizə aparır.
Albaniyada feodallar 2 qrupa bölünürdü: iri feodallar patriklər, 2-ci qrupa isə xırda və orta feodallardan ibarət azadlar (farsca nəcib) daxil idilər(patriklərin vassalı hesab olunurdular).Onlar ruhanilər kimi can vergisindən azad idilər, alban və Sasani hökmdarlarına xidmətə görə torpaq payı alırdılar.V-VII əsrlərdə Albaniyada feodal münasibətləri hakim mövqe qazandı.Feodal torpaq sahibliyi 2 yolla formalaşdı: 1) feodalın şəxsi mülkü olan torpaq üzərində irsi mülkiyyət olub dastakert adlanırdı; 2) xostak-şərti torpaq mülkiyyəti, hakim nümayəndələrə vassal xidməti müddətində dövlət tərəfindən müvəqqəti verilən torpaq.
Əhalinin əsas hissəsini istehsalçılar-kəndlilər təşkil edirdi.Adsız-sansız adamlar sırasında sənətkarlar,dəmirçilər,daşyonanlar, dülgərlər,xarratlar,zərgərlər daxil idilər.V əsrdə əsirlərlə yanaşı caniləri də qula çevirirdilər.Albaniyada da xaraq və gezit vergiləri toplanırdı.
Azərbaycanda bütün inzibati və məhkəmə hakimiyyəti Sasani mərzbanlarının əlində toplanmışdı.Onların ölüm hökmü çıxarmaq hüququ var idi.Sasani şahları köçürmə siyasəti aparırdılar.Bu siyasət etnik dayaq yaratmaq və torpaqsız İran kəndlilərini münbit torpaq sahələri ilə təmin etmək məqsədini güdürdü.Fars ləhcələrində danışan əhali-tatlar strateji əhəmiyyəti olan ərazilərdə məskunlaşdırılırdı.Əsl mənası “yad, özgə” deməkdir.“Tat” anlayışı həm İrandan çıxmış farsları,həm də türk mənşəli etnosları (uyğur, tabqacları) bildirirdi.
Dini zəmində Sasani hakimiyyətinə qarşı narazılıqlardan birinə Vardan Mamikopyan başçılıq edirdi.O, ilk növbədə Sasani hakimiyyətinə meyl göstərən vilayətləri tutdu.erməni dəstələrindən biri Atropatenaya çatdı.Alban hökmdarı II Vaçe Sasanilərə qarşı mübarizəyə qoşulmamışdı. 450-ci ildə Xalxal (Qazax bölgəsində)yanında döyüşdə Sasani dəstələri məğlub oldu.Qafqaz dağlarından Bürk başda olmaqla lpinlər albanlara köməyə gəldi.ermənilər, gürcülər, xristian albanlar Qafqaz dağlarındakı “Hun keçidinə” gəlib çatdılar.Yezdəgerd tərəfindən tikilmiş qalanı tutub,əhalini taladılar.Alban sülaləsindən olan Vahan qalaya rəis təyin edildi.Vasaq Albaniyaya və arsax(Qarabağ) vilayətinə məktubla elçilər göndərdi və Vardan Mamikonyanın tərəfdarlarına sığınacaq verilməməsini tələb etdi.Albaniya Sasanilərə qarşı mübarizəyə qoşulmadı, yalnız arsax(Qarabağ) vilayətinin xristianları Vardan Mamikopyana qoşuldu.II Yezdəgerd Ön Qafqaza Mihr-Nerseyin başçılığı altında ordu göndərdi.Xristianlığa qarşı təqibi dayandırdı.Albaniyanın Aran hissəsində köhnə dinlərə,atəşpərəstliyə ibadət bərpa edildi.451-ci ilin may ayının 26-da Maku yaxınlığındakı Avarayr çölündə Mamikopyanın dəstəsilə Sasani ordusu arasında döyüşdə Vardan Mamikopyan öldürüldü, xristianlar Aranı tərk edib,arsax(Qarabağ)meşələrinə və dağlara qaçdılar.
457-ci ildə II Yezdəgerdin vəfatından sonra II Vaçe atəşpərəstlik dinindən imtina edib,xristianlığı qəbul etdi.O, Albaniyada xristianlığı yaymaqla Sasani hakimiyyətinin tabeçiliyindən çıxmaq istədi.II Vaçe Çora dərəsini tutdu,maskutları öz tərəfinə çəkdi.O,Qafqazın 11 hökmdarı ilə ittifaqa girdi.İlk dövrdə Sasani şahı Firuz qohumu II Vaçeni xoşluqla yola gətirmək istəyir,lakin Vaçenin dönüklüyündən sonra Firuz Haylandur (Onoqur) hunlarını alban hökmdarına qarşı müharibəyə qaldırdı.Onlar 462-ci ildə Albaniyaya daxil oldular və 463-cü ildə II Vaçenin hakimiyyətdən əl çəkməsi ilə bitdi.Vaçenin xahişi ilə atasının miras qoyduğu mülk,min evdən ibarət təsərrüfat şah Firuz tərəfindən onun sərəncamına verildi.O, adi zahid həyatı sürməyə başladı.Vaçedən Mömin Vaçaqana kimi 30 il Albaniya hökmdarsız qaldı.Sasani hakimiyyətinə tabeliyində idi.Sasani şahı Balaş (484-488) III Mömin Vaçaqanın Albaniyada hökmdar olmasına razılıq verdi.İranda hakimiyyətə I Qubad gəldi.III Vaçaqan hakimiyyətə müvəqqəti olsa da arsax(Qarabağ) ərazisində,493-cü ildə isə (493-510) Albaniyada tam sahib oldu.O,xristian dinin təbliğinə başladı.III Mömin Vaçaqan 498-ci ildə Aquen kilsə məclisini çağırdı və xristian dininə aid qanunlar qəbul etdi.O, vergilərin miqdarını müəyyənləşdirdi.
510-cu ildə Sasanilər Ön Qafqazda müstəqil dövlət qurumlarını ləğv etdi.Albaniyada Sasani məzrbanlığının uzunmüddətli hökmranlığı dövrü (510-629) başlandı.
III əsrdə Maninin başçılığı ilə Sasani dövlətində azadlıq hərəkatı yayıldı.Bu hərəkat yüksək zümrələrin ağalığına qarşı yönəlmişdi və məzdəkilər hərəkatına güclü təsir göstərmişdi.481-529-cu illərdə başlanan Məzdəkilər hərəkatının əsas təlimi ədalətli cəmiyyət qurmaq,insanlar arasında əmlak bərabərliyi yaratmaq idi.Bu təlimə görə Xeyirin Şər üzərində qələbəsini Allahın və işıqlı qüvvələrin köməyi ilə təmin etmək olar.I Qubadın (488-531) hakimiyyəti dövründə məzdəkilər hərəkatı genişləndi.I Qubad məzdəkiləri himayə etməyə başladı.O, iri feodalların gündən-günə artan təsirinə qarşı mübarizədə bu hərəkatdan istifadə etdi, lakin məzdəkilər hərakatı təhlükəyə çevrildiyindən I Qubad və onun oğlu Xosrov (531-579) məzdəkilərə qanlı divan tutdu.Məzdək 529-cu ildə edam edildi,80 mindən artıq adamı öldürüldü.ermənilər Bizansa arxalanır, xristian dini pərdəsi altında Sasani hakimiyyətinə qarşı çıxır, Azərbaycan torpaqlarını işğal etmək siyasəti yeridirdilər.Bizans və İrandakı siyasi hərc-mərclik Azərbaycanda,xüsusilə Albaniyada xristianlığın mövqeyini zəiflədir,türk etnosların siyasi üstünlüyü şəraitində birləşməsini təmin edirdi.

Yüklə 22,46 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin