Mövzu 14.
Qlobal problemlərin həlli beynəlxalq
təşkilatların və jurnalistikanın fəaliyyət sferasında
Qlobal problemlərin qarşılıqlı əlaqələri, əhatəliliyi,
uzunmüddətli olması, bəşəriyyətin qarşısında bu problemlərin
neytrallaşdırılmasının və zəifləməsinin yeni şəkildə
qoyulması. Bu problemlərin kəskinləşməsinin irəlicədən
proqnozlaşdırılması
və
həlli yollarının birlikdə
müəyyənləşdirilməsi.
Yeni dünya qaydaları və onların həllinin ümumi
prinsiplərinin bütün planetdə sülh və ədaləti bərqərar etmək
vəzifəsinin qarşıya qoyulması. Bu vəzifələri yerinə yetirmək
üçün adamların həyat tərzində və şüurunda köklü
dəyişikliklərin edilməsi zərurəti. Təcavüzkarlığın hər cür
təzahür formalarının qarşısının alınması üçün birgə sülh
tədbirlərinin həyata küçirilməsi. Bəşəriyyətin öz səylərini bu
problemlərin həllinə doğru birləşdirməsi zərurəti dövrün
tələbi kimi.
Yerin təkinin vahidliyi, onun ehtiyat mənbələrindən
elmi cəhətdən əsaslandırılmış ümumi istifadə edilməsi
prosesinin uzaqgörənliklə idarə olunması bacarığı. Bunun
üçün sülhün və dinc yanaşı yaşamagın bərqərar olması, hərbi
xərclərin kəskin şəkildə azaldılmasının gərəkliyi. Bütün
dövlətlərin hərtərəfli əməkdaşlığı, mənafelərinin qarşılıqlı
nəzərə alınması, elmin inkişafı və onun nailiyyətlərinin
zənginləşdirilməsi.
44
Ən müxtəlif səviyyələrdə ikitərfli və çoxtərəfli,
məhəlli və ümumdünya miqyasında müxtəlif beynəlxalq
institutlardan, hər şeydən əvvəl BMT-nin imkanarından isti-
fadə etməklə, beynəlxalq əməkdaşlığın hər vasitə ilə geniş-
ləndirilməsi.
Regional münaqişələrin həllində, müxtəlif fəlakətlə-
rin – ekoloji böhranların, aclığın, ağır xəstəliklərin və s. ara-
dan qaldırılmasında beynəlxalq səylərin birləşdirilməsi.
Müxtəlif ölkələrin mənafe balansı əsasında yeni
beynəlxalq siyasi qaydaların qurulması və dünyanın idarə
olunması tədbirlərinin gücləndirilməsi. Yeni dünya nizamının
bütün dövlətlərin mənafeyinin nəzərə alınması əsasında
formalaşması.
Qlobal problemlərin həllində beynəlxalq təşkilatların
rolu. Sülhün qorunub saxlanılmasında, beynəlxalq təhlü-
kəsizliyin təmin olunmasında BMT-nin xidməti.
Qlobal problemlərin həlli üçün ilkin şərt olan
beynəlxalq şəraitin yaradılması. Ətraf mühitin qorunması,
ərzaq və səhiyyə vəziyyətinin normal hala salınması, canlı
mühitin qorunması, atmosferin, məhəlli dənizlərin, yerüstü
canlı ehtiyat mənbələrinin qorunması, müxtəlif energetika
növlərinin mühitə təsirinin öyrənilməsi.
Qlobal problemlərin araşdırılmasında, təbii mühitin
vəziyyətini izləyən ümumdünya xidmətinin təşkilində, ətraf
mühitin mühafizəsi üzrə beynəlxalq hüququn müxtəlif
aspektlərinin işlənib hazırlanmasında BMT və digər
beynəlxalq təşkilatların rolunun öyrənilməsi.
Qlobal problemlərin beynəlxalq xarakterinin açılma-
sında və beynəlxalq təşkilatların onların həllinə cəlb edil-
məsində, bu sahədə onların fəaliyyətinin işıqlandırılmasında
KİV-in rolu. Bu mövzuda materialların tematik və janr
xüsusiyyətləri.
45
Qeyd: Kursun proqramı Azərbaycan Respublikası Təhsil
nazirinin 21.02.2008-ci il tarixli 235 saylı əmri ilə
proqram kimi təsdiq edilmiş və çap olunmuşdur.
|