Mövzu 12. Jurnalistika və qlobal narkomaniya problemi
Narkomaniya müasir dövrün qlobal sosial problemi
və
KİV-in əsas mövzularından biri kimi. Narkomaniya
41
anlayışı. Müasir dünyada və Azərbaycanda narkomaniya ilə
bağlı vəziyyət. Narkomaniyanın yayılmasının miqyas və
tempinin yüksək olmasının bəşəriyyətin mənəvi və fiziki
sağlamlığını, insanların böyük bir hissəsinin gələcəyini,
qlobal sosial sabitliyi və bir sıra ölkələrin milli
təhlükəsizliyini sual altında qoyması.
Narkomaniyaya qarşı qlobal mübarizə aparılmasının
vacibliyi. Narkomaniyanın cəmiyyətdə cinayət kimi deyil,
xəstəlik və sosial təzahür kimi qəbul edilməsinin zəruriliyi.
Narkomanların hüquqi, tibbi, sosial və digər reabilitasiya
təminatı sistemlərinin, eyni zamanda paralel olaraq
narkomaniyaya qarşı güclü təbliğat kampaniyaları
sistemlərinin yaradılması.
Narkomaniyaya qarşı güclü təbliğat kampaniyaları
sistemlərinin yaradılmasında və aparılmasında KİV-in böyük
rol oynaması. Bu sahədə dünya mətbuatının təcrübəsi. Qəzet
və televiziya çıxışlarının səciyyəvi xüsusiyyətləri.
Qlobal “İnternet” informasiya şəbəkəsinin narko-
maniya sahəsində
istifadəsinin ikili xarakteri: “İnternet”
narkomaniya və narkobiznes mənbəyi kimi; “İnternet”
narkomaniyaya qarşı təbliğat kampaniyalarında ən imkanlı
vəsitə
kimi. Narkomaniya mövzusunda materialların eyni
zamanda həm antinarkotik, həm də narkogen xarakter
daşıması.
Narkomaniya mövzusunun işıqlandırılması sahəsində
Azərbaycan KİV-nin təcrübəsi. Narkomaniyaya qarşı
mübarizə sahəsində qəbul olunmuş hökumət direktivlərinə
uyğun olaraq, narkomaniya mövzusunun mətbuatda
işıqlandırılması dövrləri: 1986-1991-ci illər; 1991-1999-cu
illər; 1999-cu ildən sonrakı dövr. Bu dövrlərdə
KİV-in
fəaliyyətinin təhlilindən əldə olunan nəticələr. Bu sahədə
KİV-in çıxışlarının səmərəliliyini artırmaq üçün əsas
vəzifələr. Narkomaniya mövzusunda yazan jurnalistlərin
qarşısında qoyulan sənətkarlıq tələbləri. Bu sahədə təbliğat-
42
çılıq işinin forma və metodları, mövzu və janrlardan
istifadənin çoxşaxəliliyi.