Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə7/94
tarix02.01.2022
ölçüsü0,71 Mb.
#2727
1   2   3   4   5   6   7   8   9   10   ...   94
müasir dövrün qlobal problemləri” kursunun başlıca 
vəzifələrini aşağıdakı kimi qruplaşdırmaq olar: 
 
tələbələri bəşəriyyəti narahat edən, böhran 
səviyyəsinə çatmış neqativ sosial-təbii proseslərlə 
tanış etmək; 
 
gənclərin bu problemlərin qlobal xarakter aldığını  və 
onların həlli üçün bütün ölkələrin və xalqların, 
beynəlxalq təşkilatların öz qüvvələrini birləşdir-
mələrinin vacibliyini dərk etmələrindən ötrü bütün 
lazımi tədbirləri görmək; 
 
ölkədə hüquqi dövlətin, demokratik cəmiyyətin 
əsaslarının və bazar iqtisadiyyatının yaradıldığı bir 
şəraitdə özünü kəskin  şəkildə büruzə verən daxili 
problemlərin bu proseslərlə  nə  dərəcədə  əlaqəli 
olduğunu göstərmək; 
 
böhran vəziyyətindən bəşəriyyətin necə  çıxacağının 
yollarını  və bu prosesdə jurnalistikanın yerini və 
rolunu dəqiq təsəvvür etməkdə  tələbələrə kömək 
göstərmək; 
 
əhalinin qlobal problemlərlə, onların yaranma 
səbəbləri və  həlli yollarının müəyyən edilməsi ilə 
bağlı  KİV-in fəaliyyət istiqamətlərinə diqqət 
yetirmək; 
 
gələcək jurnalistləri müasir dövrün qlobal 
problemlərinin həllində  KİV-in iştirakının pozitiv 



 
təcrübəsi, eyni zamanda, cəmiyyətdə qeyri-sabitlik 
yarada bilən neqativ tendensiyalarla tanış etmək; 
 
jurnalistikaya özünün konkret-tarixi vəzifələrini 
uğurla yerinə yetirməsinə 
şərait yaradan 
məsuliyyətlilik və kompetentlik faktorlarının 
müəyyən edilməsində gənclərə kömək göstərmək. 
Yuxarıda sadalanan vəzifələrin KİV tərəfindən 
yüksək səviyyədə yerinə yetirilməsi üçün ilk növbədə 
jurnalistika və pablik rileyşnz ixtisası  və s. sahə ixtisasları 
üzrə  təhsil alan tələbələr, KİV işçiləri – jurnalistlər özləri 
qlobal problemlərlə, onların mahiyyəti, tarixi, yaranma 
səbəbləri və amilləri, həlli yolları  və s. ilə  dərindən tanış 
olmalı, onları  dərk etməlidirlər. Bu zaman Azərbaycan 
gerçəkliyinin aktual problemlərinin (siyasi, iqtisadi, sosial, 
mənəvi sahələrdə baş vermiş transformasiyalarla şərtlənən), 
eyni zamanda dəyərlər sistemindəki dəyişikliklərin təhlil və 
müqayisə yolu ilə izlənilməsi və  nəzərdən keçirilməsi 
müəyyən elmi və praktik nəticələrin əldə olunmasına, əsasən 
də Azərbaycan jurnalistikasının sözügedən sahədə 
nəzərəçarpacaq effektlər  əldə etməsinə  şərait və imkan 
yaradacağına ümid edirik. Beynəlxalq və yerli tədqiqat 
mərkəzlərinin apardıqları araşdırmaların və  cəmiyyətdəki 
müasir sosial-təbii proseslərin monitorinqlərinin nəticələrinin 
jurnalistikaya tətbiqi, onun xarici və daxili qanunauy-
ğunluqları prizmasından öyrənilməsi də bir fəaliyyət sahəsi 
kimi həm jurnalistika üçün, həm də  bəşəriyyətin təhlükəsiz 
gələcəyinin təmin olunması üçün faydalı ola bilər. 
Kursda qlobal problemlərin mahiyyəti, yaranma 
səbəbləri, neqativliyi, müasir vəziyyətləri, onların həlli 
yollarının araşdırılması ilə yanaşı, bu sahədə  KİV-ə xas 
aşağıdakı  fəaliyyət özəllikləri də daim dəqqət mərkəzində 
saxlanılır: 



 
 
qlobal problemlərin dərk olunmasında, öyrənilmə-
sində  və  həlli sahəsində jurnalistikanın vəzifələri və 
KİV-in real praktikası; 
 
ictimai inkişaf sahəsində mövcud olan qlobal 
problemlərin (geosiyasi, etnik və dini konfliktlər, 
iqtisadi kataklizmlər, ekoloji fəlakətlər və s.) aradan 
qaldırlmasında KİV-in pozitiv iştirakı təcrübəsi; 
 
KİV-in fəaliyyətində  cəmiyyətdə qeyri-sabitlik 
yaradan proseslərin dərinləşməsinə  və  mənəvi 
dəyərlərin parçalanmasına  şərait yaradan neqativ 
ənənələr  (müəyyən sosial qüvvələrin mənafeyi 
naminə real hadisələrin qeyri-obyektiv işıqlandırıl-
ması, cəmiyyət üçün həyati  əhəmiyyətli informasi-
yaların gizlədilməsi, qəsdən dezinformasiya və s.) və 
onların aradan qaldırılması; 
 
KİV-də müasir dövrün qlobal problemlərinin adekvat 
işıqlandırılmasına və onların həllində  KİV-in  əməli 
iştirakına imkan yaradan amillər – jurnalist 
məsuliyyəti və kompetentliyi; 
 
qlobal problemlərin həllində  KİV-in iştirakının 
səmərəliliyini təmin edən yaradıcılıq amilləri – 
jurnalist sənətkarlığı. 
 
1.3.  KURSUN TƏŞKİLATİ-METODİK 
QURULUŞU 
 
Kurs mühazirələrdən və seminar (praktik) 
məşğələlrindən ibarətdir. Seminar məşğələsinin formatını 
öyrənilən mövzunun tapşırılan  ədəbiyyat  əsasında izah və 
müzakirə edilməsi təşkil edir. Seminar məşğələsi 
çərçivəsində  əvvəlcədən tələbələrə paylanılmış seminarın 
planına daxil olan suallara aid kiçik məruzələrin,  şərhlərin 
dinlənilməsi və onların  ətrafında tələbələrin fəal müzakirə 
aparmaları, bəzən isə  fərdi yazılı tapşırıqların yerinə 


10 
 
yetirilməsi (semestr ərzində 2 dəfədən çox olmamaqla) 
tövsiyə olunur. 
Həmçinin, kursun tədrisi çərçivəsində  hər bir tələbə 
ilə fərdi iş aparılır və bu zaman kursa aid keçilmiş material və 
əlavə ədəbiyyat əsasında ona daha konkret mövzuda şifahi və 
ya yazılı çıxış hazırlaması həvalə olunur. 
Kursun təşkilati-metodik  quruluşunun səciyyəvi 
cəhətlərindən biri də odur ki, məruzə, çıxış və ya elmi məhsul 
hazırlanarkən, başlıca olaraq sahə alimlərinin, həmçinin 
jurnalist ictimaiyyətinin qəbul etdiyi digər müəlliflərin 
jurnalistikanın nəzəriyyə  və  təcrübəsinə, beynəlxalq 
təcrübəyə aid elmi araşdırma və  əsərlərinə, dövlət təhsil 
internet-portallarında (məsələn, Təhsil Nazirliyi - 
http://www.edu.gov.az; Bakı Dövlət Universiteti - 
http://bsu.edu.az; Azərbaycan Milli Kitabxanası - 
http://www.anl.az və s.) sosial-humanitar və siyasi təhsilə aid 
verilmiş material və  mənbələrə istinad etmələri tövsiyə 
olunur. Dövlət təhsil internet-portalında,  şəxsi saytda və bir 
sıra qeyri-kommersiya internet-saytlarındakı hiperistinadların 
müddətinin 5 ildən artıq olmaması daha məqsədəuyğundur.
 
 
1.4.  KURSUN STRUKTURU 
 
Kursun strukturuna daxildir: 

mühazirə – 14 saat, 

seminar –  10 saat, 

məsləhət –  1 saat, 

imtahan – 12 saat. 
 
 
 
 
 


11 
 
1.5.  JURNALİSTLƏRİN PEŞƏ HAZIRLIĞI 
SİSTEMİNDƏ KURSUN YERİ 
 
 
Dünya jurnalistika məktəblərində qlobal problemlərin 
işıqlandırılması üzrə peşəkar məzunların hazırlanması 
sistemində “Jurnalistika və müasir dövrün qlobal 
problemləri” kursunun tədrisinə xüsusi əhəmiyyət verilir. 
Hətta bəzi təhsil müəssisələrində qlobal problemlərin ayrı-
ayrı istiqamətləri üzrə xüsusi dərs vəsaitləri hazırlanaraq, 
ixtisas kursları kimi tədris olunur. Məsələn, ABŞ-ın 
Pensilvaniya  ştatındakı Vifleemdə Lixay Universiteti 
jurnalistika fakültəsinin dekanı, ekoloji və elmi jurnalistika 
sahəsində dünya səviyyəsində tanınmış professor Şaron 
Fridmanın həmin fakültənin adyunkt-professoru, əri Kennet 
Fridmanla birlikdə hazırladıqları “Reporting on Environment: 
Handbook for Journalists” vəsaitiini buna nümunə göstərmək 
olar. Vəsait ilk dəfə 1988-ci ildə, 1996-cı ildə isə düzəlişlər 
və  əlavələrlə  təkrar çap olunmuşdur. Dünyanın bir çox 
dillərinə tərcümə edilmişdir. 
 “Jurnalistika 
və müasir dövrün qlobal problemləri” 
kursu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində on 
ildən artıqdır ki, tədris olunur. Kursun proqramı  (bu tədris-

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin