Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti Fakültə: Biologiya



Yüklə 0,88 Mb.
səhifə1/6
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#41570
  1   2   3   4   5   6
“Azərbaycanda Çılpaqçalar (Balitoridae) fəsiləsinin növ tərkibi, ekologiyası və qorunması”


AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

Fakültə: Biologiya

İxtisas: Su bioehtiyatlaı və akvabitkilər

II kurs 135A qrup tələbəsi Quliyeva Aytac Hicran qızının

Azərbaycanda Çılpaqçalar (Balitoridae) fəsiləsinin növ tərkibi, ekologiyası və qorunması”

mövzusunda

KURS İŞİ

Təhvil verildi:_____________

Müdafiə tarixi:____________

Qiymət:___________________

Kafedra müdiri­­­­­­­­­­­___________________  b.e.n., dos.Mədətova Validə Mütəllibovna

Elmi rəhbər____________________________ b.e.n.,dos.Tağıyev Əbülfəz Nağı

B AKI 2021

MÜNDƏRİCAT

Giriş...............................................................................................................................3

Fəsil 1. Çılpaqçalar (Balitoridae) fəsiləsinin ümumi xarakteristikası və növ tərkibi....4

Fəsil 2. Çılpaqçalar (Balitoridae) fəsiləsinin ekologiyası və qorunması......................9

Nəticə...........................................................................................................................16

İstifadə olunmuş ədəbiyyat..........................................................................................17



Giriş

Balıqlar (lat. Pisces) – Orqanizminin bütün mərhələsində qəlsəmə ilə tənəffüs etmək xüsusiyyətinə malik olan çənəağızlı onurğalı su heyvan qruplarının sinifüstü.Balıqların əksəriyyəti bütün ömrü boyu qəlsəmələrlə, az qismi isə həm də atmosfer havası ilə tənəffüs edir. Bəzi növlərdə əlavə tənəffüs orqanları inkişaf etmişdir. Balıqlarda hərəkətli çənələr, tək və cüt üzgəclər əmələ gəlmişdir. Tək üzgəclərə bel, quyruq və anal üzgəcləri, cüt üzgəclərə isə döş və qarın üzgəcləri aiddir. Başın üstündə öndə bir cüt qoxu dəliyi yerləşir. Dərinin üzəri, adətən, pulcuqlarla örtülü olur. Bədən forması çox müxtəlifdir.

Balıqların çoxu kürü tökməklə çoxalır.Kürü xaricdə-suda mayalanır. Bəzi növlər diri balıq doğur. Deməli, bunların yumurta hüceyrəsi daxildə mayalanır. Çoxalmalarına görə balıqlar 2 qrupa ayrılır.Ömründə bir neçə dəfə nəsil verənər və ömründə bir dəfə nəsil verənlər.Balıqlar müxtəlif yaşlarda nəsil verir. Məsələn,qambuziya 1-2 aylığında bala doğur;Xəzər kilkələri,şəmayı,Xəzər siyənəklərinin çoxu 1-5 yaşlarında kürü tökür.Xəzər nərələri 10-20 ildən sonra nəsil verməyə başlayır. Cinsiyyət dimorfizmi(erkəklə dişinin bir-birindən fərqlənməsi) balıqlarda da var.Bir qayda olaraq dişilər erkəklərdən iri olur,erkəklərin isə rəngi əlvandır.Sakit okeanda qızıl balıqların cırtdanerkəkləri var.Balıqlarda yalnız nəsilvermə zamanıəmələ gələn Cinsiyyət dimorfizmi qərni törəmələri əmələ gəlir.Atlantik və Sakit okeanda qızıl balıqların nəsilvermə dövründə qozbellik,alt çənənin uzanması olur. Çoxalma hadisəsi balıqların həyatında müxtəlif vaxtda olur.Durna baliğı həşəm,külmə yazda kürü tökür.Şəmayı,nərələrin bir qismi bu işi yayda yerinə yetirir.Qızıl balıq və qızılxallı payızın axırlarında,qışda kürüləyirlər.Kürünü xaricdən nazik pərdə əhatə edir.Bu pərdədə çox kiçik dəlik var.Spermatozoid bu dəlikdən kürüyə daxil olub onu mayalayır.Mayalanmış kürü şişir və həmin dəlik bağlanır.Mayalanmadan az sonra kürünün bölünməsi başlayır,çoxhüceyrəli rüşeym əmələ gəlir.Rüşeymin qarın tərəfindən sarılıq kisəsi yerləşir.Rüşeym sarılıq hesabına qidalanır.Müəyyən vaxtdan sonra kürüdən çıxır.Mayalanmadan sürfələr çıxana qədər keçən vaxta inkubasiya müddəti deyilir.Bu müddət yayda və yazda 1 həftəyə qədər,payızda-qışda isə 2 ay davəm edir.Kürüdən çıxmış sürfələr 2-3 gün sarılıq hesabına qidalanır.Buna daxili qidalanma deyilir.Tədricən körpələr yaşlı fərdə oxşayır.

Balıqların hamısı su heyvanlarıdır və buna görə də su onların əsas mühitidir.Onlar müxtəlif olaraq, dənizlərdə, okeanlarda, çaylarda, və s. kimi u mühitlərində yaşıyırlar. Balıqların yaşayış şəraitləri: şirin və ya duzlu suların dərinliyi, temperaturu, düşmənlarin az və ya çoxluğu və s. aslıdır.Onlar müxtəlif ekoloji qruplara bölünürlər: dəniz balıqları, şirin su balıqları, keçici balıqlar və yarımkeçici balıqlar.Hər bir balıq növünün istifadə etdiyi müəyyən qida mənbəyi vardır. Bu baxımdan balıqlar: yırtıcalara və dinclərə ayrılırlar.Və bununla yanaşı onlar: tək halda və sürü halda qidalanan hissələrə bölünür.Və həmdə balıqlar miqrasiyaya malikdirlər.Balıqlar qidalanmaq,çoxalmaq və qışlamaq üçün bəzən uzaq məsafələrə köç edir.Balıqların çoxalma miqrasiyası iki mühüm səəbəbdən baş verir.Miqrasiyaya səbəb balıq növünün mənşəyi və yem ehtiyatının azlığı ile bağlıdır.Əcdadı şırın sularda yaşamış balıqların sürfələri duzlu sularda yaşaya bimirlər. (1).




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin