Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 50,49 Kb.
səhifə1/9
tarix02.01.2022
ölçüsü50,49 Kb.
#43291
  1   2   3   4   5   6   7   8   9
referat 6335


AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

SOSİAL ELMLƏR VƏ PSİXOLOGİYA FAKÜLTƏSİ

PSİXOLOGİYA KAFEDRASI

Əyani şöbənin III kurs tələbəsi (qrup 1648)

Ezilmez Betül Mehmet Selim qızı

MÜXTƏLİF HİSSLƏRİN XARAKTERİSTİKASI
“Ümumi psixologiya” fənni üzrə

KURS İŞİ


Elmi rəhbər: prof. T.T.Babayeva

Kafedra müdiri: prof. B.H.Əliyev


BAKI-2018



Mündəricat

Giriş……………………………………………………………………………..….…3

Fəsil I. Hisslər. Emosional hallar. Hisslərin xarakteristikası…………………………4

1.1. Hisslər haqqında anlayış……………………………………………….…..….…4

1.2. Hisslərin xarici ifadəsi və əsas keyfiyyətləri……….……….…….….……….…7

1.3. Hisslərin fizioloji əsasları və funksiyaları……………………………….………9

1.4. Hisslərin keçirilməsi formaları…………………………………………………12

1.5. Ali hisslər…………………………………………………………………….…15

Fəsil II. İnsanda formalaşan müxtəlif hisslərin xarakteristikasının eksperimental

tədqiqi…………………………………………………………………….……….…20

2.1. Tədqiqatın təşkili və keçirilməsi…………………………………….……….…20

2.2. Alınmış nəticələrin işlənilməsi……………………………………………….…21

Nəticə……………………………………………………………………………..…23

İstifadə olunmuş ədəbiyyat siyahısı…………………………………………………24

Giriş

Mövzunun aktuallığı. Müasir cəmiyyətimiz istənilən məsələni effektiv və qeyri- adi həll etməyi bacaran yaradıcı, fəal şəxsiyyətlərin olmasını tələb edir. Buna uyğun olaraq təhsil müəssisələrinə inkişaf edən nəslin yaradıcı potensialını daha da inkişaf etdirmək vəzifəsi qoyurlar.

Müxtəlif hisslərin xarakteristikası ona görə aktualdır ki, o insanların fəaliyyət formasının əsasını təşkil edir.

Tədqiqatın obyekti. İnsanlarda müxtəlif hisslərin xarakteristikalarının onların ümumi inkişafına nə dərəcədə təsir etdiyini müəyyənləşdirməkdir. 

Tədqiqatın məqsədi. İnsanlarda müxtəlif hisslərin xarici ifadəsi, əsas keyfiyyətləri, fizioloji əsasları və funksiyaları, xarakteristikalarını təyin etməkdir.

Tədqiqatın vəzifələri. İlk olaraq insanlarda müxtəlif hisslərin xarakteristi-kalarının təyini və onların insanın xarakterinə təsirindən ibarətdir.

Tədqiqatın əsas fərziyyəsi. Tədqiqatda irəli sürdüyümüz əsas fərziyyə ondan ibarətdir ki, insanın təbiət hadisələrinə, cəmiyyətə və cəmiyyətdəki əxlaq normalarına, qanunlara, başqa insanlara, millətlərə, eləcə də təbiət və insan gözəlliklərinə, bir sözlə gerçəkliyə olan münasibəti onun ali hisslərinin obyektini təşkil edir. İnsanların davranışı, qruplar arasındakı qarşılıqlı münasibətlər, insan mədəniyyətinin məhsulları, incəsənət əsərləri, cəmiyyətin idarə olunması və birgəyaşayış qaydaqanunları, dərk olunması vacib olan problemlər və s. həmişə insanlarda müəyyən hisslər doğurur.

Tədqiqatda istifadə edilən metodlar. Tədqiqatda insanlarda müxtəlif hisslərin xarakteristikalarının təyini metodundan istifadə olunub.

Tədqiqatın strukturu. Tədqiqat işi giriş, fəsil I, fəsil II, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir


Yüklə 50,49 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin