Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti


AZƏRBAYCANDA GƏNCLƏR SİYASƏTİNİN TƏŞKİLİ



Yüklə 300,9 Kb.
səhifə44/61
tarix02.01.2022
ölçüsü300,9 Kb.
#1045
1   ...   40   41   42   43   44   45   46   47   ...   61
AZƏRBAYCANDA GƏNCLƏR SİYASƏTİNİN TƏŞKİLİ
Şəfibəyli Rübabə

BDU-nun II kurs magistrantı
Gənclər cəmiyyətin sosial strukturunda mühüm yerlərdən birini tuturlar. Müasir dövrdə hər bir dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri məhz gənclər siyasətinin lazımi səviyyədə həyata keçirilməsidir. Azərbaycanda da gənclər siyasəti dövlətin sosial siyasətinin əsas tərkib hissələrindən biri hesab olunur və bu istiqamətdə əsaslı islahatlar həyata keçirilir.

Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin əsas istiqamətlərinə birinə çevrilmişdir. Dövlət gənclər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə aşağıdakı kimi müəyyənləşdirilib:



  • gənclərin mənəvi-əxlaqi tərbiyəsi və ictimai proseslərə cəlb olunması;

  • qabiliyyətli gənclərə dövlət qayğısı;

  • gənclərin sağlığının qorunması və fiziki inkişafı;

  • gənc ailələrə dövlət yardımı;

  • gənclər təşkilatlarına dövlət yardımı.

Mərhum prezidentimiz ulu öndər Heydər Əliyevin gənclərin sosium inkişafında rolunu artırmaq, paytaxt və regionlarda yaşayan gənclərin ölkə miqyasında cərəyan edən proseslərdə iştirakını və məsuliyyətini yüksəltmək məqsədi ilə islahatlara start vermişdir. “Hər bir Azərbaycan gənci hər şeydən çox müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deyən Ümummilli lider 1994-cü ildə Gənclər və İdman Nazirliyinin əsasını qoydu. Bu siyasi dövlət institutu qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirdi və reallaşdırmağa başladı. Mərhum prezidentimizdən sonra isə cənab prezident İlham Əliyev H.Əliyevin siyasətini uğurla həayata keçirir. Eyni zamanda Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliye Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın da gənclərə xüsusi qayğısı qeyd olunmalıdır. Məhz Mehriban Əliyevanın sədrliyi ilə Bakıda “Gənclərin məşğulluq sammiti”nin keçirilməsi buna sübutdur.

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında” Azərbaycan Respublikası Prezidentinin1994-cü il 26 iyul tarixli fərmanı, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli 1621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və gənclər siyasəti sahəsində digər normativ hüquqi aktlar, habelə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərlə iş sahəsinin hüquqi əsaslarını və icra müxanizmini müəyyən etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” dövlət gənclər siyasətinin həyata keçirilməsi yolunda mühüm fəaliyyət sənədi olmuşdur. Bu Dövlət Proqramının icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər olmuş və uğurlar əldə olunmuşdur. Ölkəmizin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmış və bu sahədə irəliləyişlərə nail olunmuşdur. Dövlətin qayğısı nəticəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilmiş, onların layihə və proqramlarına mütəmadi dəstək verilmişdir. 2002-ci il aprelin 9-da qəbul edilmiş “Gənclər siyasəti haqqında” qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir. Qanunla müəyyən edilir ki, gənclər siyasəti dedikdə gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin yaradılmasına yönəldilmiş tədbirlər sistemi başa düşülür.

Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına da olduqca müsbət təsir göstərir. Azərbaycan gənclərinin xaricdə təhsilinin həyata keçirilməsi Azərbaycanda intellekt kapiatlının inkişafına xidmət edən mühüm amillərdən hesab olunur. Xarici ölkələrin nüfuzlu ali məktəblərində azərbaycanlı gənclərin təhsil almalarını və onların müstəqil Azərbaycanın inkişafı üçün güclü amilə çevrilmələrini təmin etmək məqsədi ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.

Gənclər siyasətinin tərkib hissələrindən biri də onların məşğulluğunun lazımi səviyyədə həyata keçirilməsidir. Bu gün gənclərin dövlət quruculuğu işlərinə cəlb olunması prosesi həyata keçirilir ki, bu da məşğul gənclərin sayını artırır.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 515 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi Qaydaları” gənc ailələrin və hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması üçün hazırlanmış və yaşayış sahəsinin alınması məqsədi ilə verilən ipoteak kreditləri üzrə güzəştlərin edilməsi qaydalarını müəyyən edir.


Ədəbiyyat


  1. Nağıyev Ə., Mürşüdov R. Sosial müdafiənin təkmilləşdirilməsinin əsas istiqamətləri , Bakı, Səda, 2002, s.138

  2. Rəcəbli H. Azərbaycan Respublikasının sosial siyasətinin transformasiyası və komporativ təhlili , Bakı, Gənclik, 2003, s.372

  3. Rəcəbli H. Azərbaycan Respublikasının Sosial Müdafiə Sistemi , Bakı, MBM, 2012, s.408




Yüklə 300,9 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin