Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti


UŞAQ VƏ YENİYETMƏLƏRƏ QARŞI MƏİŞƏT ZORAKILIĞI SOSİAL PROBLEM KİMİ



Yüklə 300,9 Kb.
səhifə42/61
tarix02.01.2022
ölçüsü300,9 Kb.
#1045
1   ...   38   39   40   41   42   43   44   45   ...   61
UŞAQ VƏ YENİYETMƏLƏRƏ QARŞI MƏİŞƏT ZORAKILIĞI SOSİAL PROBLEM KİMİ

Hacıyeva Nərminə Rafail qızı,

BDU-nun II kurs magistrantı
Son onilliklər ərzində məişət zorakılığı bir çox digər sosial və fərdi problemləri yaradan, ciddi və iri miqyaslı problem kimi qəbul edilir. Xüsusilə, bu illər ərzində belə bir fikir formalaşmışdır ki, yalnız günahkarları cəzalandırmaqla kifayətlənmək doğru deyil, eyni zamanda onunla sosio-psixoloji iş aparmaq lazımdır ki, cinayətin təkrarlanmasının qarşısı alınsın. Zorakılıq qurbanı olan insanlarla da reabilitasiya işi aparmaq lazımdır, onlara sosial, psixoloji, hüquqi və hətta iqtisadi yardım göstərmək lazımdır.

Tədqiqatçılar belə qənaətə gəlmişdirlər ki, ailə daxilində uşaq və yeniyetmələrə qarşı zorakılığa yol açan ən başlıca səbəb valideynlərin şəxsi keyfiyyətlərindən irəli gəlir. Övladlarına qarşı zorakılıq göstərən valideynlər əsasən, psixi pozğunluğu olan və güclü emosional stress yaşayan insanlardır [1, səh. 248]. Zorakılığa məruz qalmış uşaq və yeniyetmələrdə yaşadıqları hadisənin nəticələri ilkin və davamlı fiziki və psixoloji travmalar olaraq görünə bilər. İlkin nəticələrə fiziki zədələr, göyərmələr, evdən qaçma, gizlənmə, özünə qapanma və s kimi psixoloji pozuntular aiddir.

Davamlı nəticələrə isə uşağın fiziki və psixoloji inkişafında yaranan ləngimələr, pozuntular daxildir.

Zorakılıq mühitində yaşayan və zorakılıqdan zərər çəkmiş şəxslər dəhşət, təlaş, acizliyik, ümidsizlik və ya gücsüzlük, təhlükəsizliklə bağlı narahatlıq, günahkarlıq hissi, ruh düşkünlüyü, dəhşətli qarabasmalar, özündə əminlik hissinin itirilməsi, xoşagəlməz xatirələr, həyəcan hissləri, depressiya, fobiyalar, kədər, intihara meylilik, özünü günahlandırma, inam hissinin itirilməsi, ruhi sarsıntılar, spirtli içkilər və narkotik vasitələrdən asılılıq, qisas hissi və s. kimi hissləri keçirə bilər.

Hazırda sosial işin nəzəriyyə və praktikasında məişət zorakılığının yaranma səbəblərinin izahına dair bir neçə müxtəlif yanaşmalar mövcuddur. Bir istiqamətin nümayəndələri burada əsas diqqəti psixoloji (zorakılıq edən şəxsin xroniki psixi problemləri, daxili gərginlik, stress ) və ya ya psixososial amillərə (ailədaxili münasibətlər və ailə tarixçəsi) mərkəzləndirilməsinin tərəfdarlarıdır. Digər bir yanaşmalara görə isə, narkotik və ya spirtli içkilərdən asılılıq, maddi çətinliklər, qurbanın cinayətkardan asılılığı (sosial və ya iqtisadi), xarici mühitin stabilliyi pozan (yaş həddi, işsizlik, cinayətkarın digər sosial problemləri,onun sosial təcridi) təsiri və s. kimi situativ amillərin təsiri zorakılığın yaranmasını şərtləndirən amillərdir [3, səh. 92].

Bu və ya digər yanaşmaların tətbiqi nəticəsində yerli və xarici tədqiqatçıların təcrübələrinə əsaslanaraq məişət zorakılığının bəzi xüsusiyyətlərini qeyd etmək olar. Qeydə alınan, məişət zorakılığı hallarının keyfiyyət və kəmiyyət təhlilinə əsasən aşağıdakı nəticələri göstərmək olar:

– Zorakı davranış daha çox qadınlara və uşaqlara qarşı törədilir;

– Psixoloji və fiziki zorakılıq ən çox yayılmış zorakılıq formasıdır;

– Zorakılıq daha çox yad, kənar şəxslər tərəfindən deyil, qohumlar və tanışlar tərəfindən törədilir;

– Zorakılıq qurbanları əksər hallarda zorakılığa məruz qaldıqlarını dərk etmir, bunu normal ailədaxili münasibətlər olaraq qəbul edir.

– Zərərçəkənlər və onların qohumları polisə şikayət etmir, əsasən dostlar və ya xüsusi müəssisələrdən dəstək axtarırlar;

– Zorakılığa məruz qalmış insanlar əksər hallarda hüquqlarını bilmir, şikayət edə və ya yardım ala biləcəkləri qurumlar haqqında məlumatsızdırlar;

– Zorakılıq təkrarlanan haldır;

– Zorakılıq etnik mənsubiyyət ilə bağlı deyil;

– Məişət zorakılığı cins fərqi ilə bağlı deyil;

– Məişət zorakılığı dövri xarakter daşıyır.

Bütün bu fikirlər onu göstərir ki, cəmiyyətdə mövcud problemlə bağlı kifayət qədər maarifləndirmə işləri aparılmır.

Zorakılığın müxtəlif formaları mövcuddur. Məişət zorakılığı fiziki, cinsi, emosional, iqtisadi zorakılıq və etinasızlıq formalarını özündə birləşdirir. Araşdırmalar sübut edir ki, məişət zorakılığının ayrı-ayrı formalarının uşaq və yeniyetmələrə olan təsiri də müxtəlifdir. Həmçinin, fərqli yaş kateqoriyalarından olan uşaq və yeniyetmələr zorakılığın təsirini müxtəlif şəkildə yaşayır. Belə ki, zorakılığın nəticələri fərqli yaş dövrlərində müxtəlif cür təzahür edə bilər.

Məişət zorakılığına məruz qalmış uşaq və yeniyetmələrin profilaktikası ilə məşğul olan sosial iş mütəxəssislərinin qarşısında aşağıdakı vəzifələr durur:


  1. Sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların və onların ailələrinin aşkar edilməsi;

  2. "Risk qrupuna daxil olan" uşaq və yeniyetmələrin ailələrinə sosial yardımın göstərilməsi üzrə fərdi reabilitasiya proqramı və planı hazırlamaq;

  3. Yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası ilə məşğul olan müxtəlif idarə və qurumları çətin həyat şəraitində yaşayan uşaq və yeniyetmələrin problemlərinin profilaktikasının təşkil edilməsi prosesinə cəlb etmək;

  4. Sosial təhlükəli vəziyyətdə olan ailələrə kömək etmək, onları normal sosial fəaliyyətə qaytarmaq.

Ədəbiyyat




  1. Психология подростка /Под ред. А.А. Реана. – СПб.: «прайм-ЕВРОЗНАК», 2003. – 480 с.

  2. Социальная работа. Ростов н/Д., Феникс, 2003, 576 с.

  3. Холостова Е.И.Настольная книга специалиста: социальная работа с семьей. М.; Тул

SOSİAL İŞ SFERASINDA SOSİAL ƏDALƏTİN YERİ VƏ ROLU



Yüklə 300,9 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin