Ana maral əfsanəsinin tədrisi.........................................................................7
Ədəbiyyat siyahısı............................................................................................12
Giriş
Ədəbiyyat nəzəriyyəsi məktəbdə ədəbiyyat fənninin məzmununun tərkib hissəsidir. Ədəbiyyat nəzəriyyəsi üzrə sistemli elmi biliklər şagirdlərin bədii əsərin ideya-bədii məzmununu dərindən qavraması, onlarda əsərin təhlili, qiymətləndirilməsi üzrə bacarıqların formalaşdırılması baxımından çox əhəmiyyətlidir.Aydın məsələdir ki, hər hansı elmi, fənni dərindən bilmək üçün ilk növbədə onun nəzəri məsələlərini mənimsəmək zəruridir. Şagirdlər söz sənətinin qanunları ilə tanış olmalı, nəzəri biliklər bədii əsəri dərk etmək vasitəsinə çevrilməlidir. Ədəbiyyat nəzəriyyəsi üzrə zəruri bilik və bacarıqlara yiyələnməklə şagird əsərin məzmun
və forma özünəməxsusluğunu, yazıçı sənətkarlığını dərk edir, qiymətləndirir.
Ədəbiyyat nəzəriyyəsini öyrənmədən söz sənətinin dərindən qavranılması mümkün deyildir. Ş. Mikayılov yazır: “Ədəbiyyat nəzəriyyəsindən verilən bilik ona görə vacib şərtdir ki, o, şagirdləri bədii əsəri təhlil etməyə, qavramağa hazırlayır, daha doğrusu onun üçün “açar” rolunu oynayır. Bu xüsusiyyətinə görə Şərq ədəbiyyatında buna bəzən “kilidi - ədəbiyyə” (ədəbiyyatın açarı) deyilir.”1
Şagirdlərin təlim materialını şüurlu mənimsəməsində,söz sənətindən
baş çıxarmalarında ədəbiyyat nəzəriyyəsi üzrə biliklərin əhəmiyyəti böyükdür. Ədəbi-nəzəri anlayışların formalaşdırılması üzrə iş bədii əsərlərin öyrədilməsi, nitq inkşafı üzrə işlərlə üzvi vəhdətdə aparılır. Orta məktəbdə ədəbiyyat nəzəriyyəsinin öyrədilməsinin məqsəd və vəzifələri aşağıdakılardır:
1. İncəsənətin bir növü kimi söz sənətinin özünəməxsusluğu,
ədəbiyyatın idrak, tərbiyə vasitəsi olması, əhəmiyyəti haqqında
şagirdlərdə təsəvvür yaradır.
2. Bədii əsərin forma, janr xüsusiyyətləri, yazıçı sənətkarlığı
ilə şagirdləri tanış edir.
3. Şagirdlərin nitqinin inkişafına, obrazlı, dəqiq söz seçməyə
kömək edir.
4. Məktəblilərin bədii əsərin ideya-məzmununu dolğun şəkildə
qavramalarına, müstəqil təhlil etmələrinə imkan verir.
5. Şagirdlərin bədii təfəkkürünü, estetik zövqünü inkişaf etdirir.
Deməli Ədəbiyyat nəzəriyyəsi üzrə bilik və bacarıqlar üzrə iş sinifdənsinfə
keçdikcə sistemli şəkildə davam və inkişaf etdirilir.V sinifdə məktəblilər bədii ədəbiyyatın söz sənəti olması, incəsənətin digər növləri ilə bağlılığı, şifahi və yazılı ədəbiyyat haqqında biliklərə yiyələnir.
Dostları ilə paylaş: |