Azərbaycan respublikasinin


Azərbaycan  Respublikasının



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə53/88
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#39764
1   ...   49   50   51   52   53   54   55   56   ...   88
AR Konsititusiyası

Azərbaycan 

Respublikasının 

Konstitusiyasında 

dəyişikliklər təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması 

Bu Konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər və 

ya  onların  ləğv  edilməsi  haqqında,  III  fəslində  nəzərdə  tutulmuş  insan  və  vətəndaş 

hüquqları  və  azadlıqlarının  ləğvi  və  ya  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 

beynəlxalq 

müqavilələrdə 

nəzərdə 

tutulduğundan 

daha 

artıq 


dərəcədə 

məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz. 

 

X I I   f ə s i l  



AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASINA ƏLAVƏLƏR 

M a d d ə   1 5 6 .   Azərbaycan  Respublikasının  Konstitusiyasına  əlavələrin 



qəbul edilməsi qaydası 

I. Azərbaycan Respublikası Konstitusiyasına əlavələr Azərbaycan Respublikasının 

Milli Məclisində 95 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir. 



II.  Azərbaycan  Respublikasının  Konstitusiyasına  əlavələr  haqqında  Konstitusiya 

qanunları  Azərbaycan  Respublikasının  Milli  Məclisində  iki  dəfə  səsə  qoyulur.  İkinci 

səsvermə birinci səsvermədən 6 ay sonra keçirilir. 

III.  Azərbaycan  Respublikasının  Konstitusiyasına  əlavələr  haqqında  Konstitusiya 

qanunları  həm  birinci,  həm  də  ikinci  səsvermədən  sonra  bu  konstitusiyada  qanunlar 

üçün  nəzərdə  tutulmuş  qaydada  Azərbaycan  Respublikası  Prezidentinə  imzalanmaq 

üçün təqdim olunur. 

IV.  Azərbaycan  Respublikasının  Konstitusiyasına  əlavələr  haqqında  Konstitusiya 

qanunları  Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən ikinci  səsvermədən  sonra 

imzalandıqda qüvvəyə minir. 

V.  Konstitusiya  qanunları  Azərbaycan  Respublikası  Konstitusiyasının  ayrılmaz 

hissəsidir  və  Azərbaycan  Respublikası  Konstitusiyasının  əsas  mətninə  zidd 

olmamalıdır. 

M a d d ə   1 5 7 .   Azərbaycan Respublikası Konstitusiyasına əlavələrin təklif 




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin