19
11 oktyabr 2016-cı il 20/83 nömrəli
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
(“Azərbaycan” qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə 47-ci maddənin III hissəsində “sosial” sözündən
sonra “və hər hansı digər meyara əsaslanan” sözləri əlavə edilmişdir.
20
30 mart 2009-cu il tarixli 19/86 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum)
Komissiyasının Qərarı (“Azərbaycan” qəzeti 31 mart 2009-cu il, № 66, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009-cu il, № 03, maddə 158) ilə 48-ci maddəyə yeni məzmunda V hissə əlavə
edilmişdir.
KM1
Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin II hissəsi, 24-cü maddəsinin II
hissəsi, 71-ci maddəsinin II hissəsi, 72-ci maddəsinin II hissəsi, 155-ci maddəsi, «Azərbaycan
Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında»
Konstitusiya Qanununun 3-cü maddəsi və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında
Konvensiyanın 11-ci maddəsinin II hissəsinin müddəaları baxımından Azərbaycan Respublikası
Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulan sərbəst toplaşmaq azadlığı hüququna demokratik
cəmiyyətdə zəruri olan və qanunla müəyyən edilmiş məhdudiyyətlər qoyula bilər. («Azərbaycan»
qəzeti, 22 oktyabr 2002-ci il, № 245 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı
Dostları ilə paylaş: |