[25] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 10-cu maddənin üçüncü abzasında “hərbi tədris” sözləri “hərbi təhsil” sözləri ilə əvəz edilmişdir.
[26] 7 oktyabr 1997-ci il tarixli 378-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 15) ilə 10-cu maddənin birinci, ikinci və üçüncü hissələrində “müddətli hərbi xidmətə”, “müddətli hərbi xidmətin” sözləri “müddətli həqiqi hərbi xidmətə”, “müddətli həqiqi hərbi xidmətin” sözləri ilə əvəz edilmiş və birinci hissəsinin beşinci abzasında “hərbi xidmətdə” sözlərindən əvvəl “həqiqi” sözü əlavə edilmişdir.
Dostları ilə paylaş: |