Kurs: II fakültə:İqtisadiyyat



Yüklə 70,76 Kb.
səhifə1/2
tarix23.03.2020
ölçüsü70,76 Kb.
#30710
  1   2
biommm

Sərbəst is № 1

AD:Cabir

Soyad:Məmmədli

Kurs:II

Fakültə:İqtisadiyyat



İxtisas:Ekologiya

Fənn:Biomüxtəliflik və onun qorunması

Müəllim:Tarverdiyev Tahir

Sərbəst iş: Bitkilər aləminin qorunması.



Təbiət və cəmiyyətin inkişafında bitkilərin əhəmiyyəti böyükdür. Onlar daim Günəş enerjisini müxtəlif yanacaq enerjisinə və yüksək kalorili qida maddələrinə çevirir. Bitkilərin insanlara xidməti misilsizdir, bu xidmətdə onların havatəmizləyici rolu, insanların sağlamlığı keşiyində durması xüsusi yer tutur.
Planetin bitki örtüyü zəngin və müxtəlifdir. Dün­yada 560 min bitki növü mövcuddur ki, onların 300 350 mini mədəni bitkilərdir.Bitkilərin əmələ gəlməsi görkəmli alim K.A. Timiryazevin kəşf etdiyi fotosintez prosesinin nəticəsidir. Fotosintez prosesində günəş enerjisinin köməyi ilə atmosfer havasındakı karbon qazı, torpaqdakı su və mineral maddələr yaşıl kütləyə çevrilir. Fotosintez zamanı ilk maddə kimi qlükoza və oksigen qazı alınır.
Yayın isti günlərində yer səthi çoxlu günəş enerjisi alır. Lakin onun az bir hissəsi fotosintezə sərf edilir. Bu enerjini alimlər fizioloji radiasiya adlandırırlar. Bu ümumi günəş radiasiyasının 1 - 5 faizinə bərabərdir. Fotosintezdə daha çox karbon qazı mənimsənilir. Bir ton bitki kütləsinin yaranması üçün 2 ton karbon qazı sərf edilir. Bitkilərin tərkibinin 50 faizi karbondan ibarətdir. Planetin yerüstü bitkiləri hər il 20 milyard ton, su bitkiləri isə 155 milyard ton karbon qazı mənimsəyir. Lakin atmosferdə karbon qazının miqdarı tükənmir. Çünki təbiətdə onun dövranı daimidir.
Fotosintez prosesinin getməsində torpaqdakı su və mineral duzların da əhəmiyyəti böyükdür. Bir ton bitki kökləri torpaqdan 500 - 1000 ton suyu mənimsəyirlər. Lakin onun az bir hissəsi fotosintez prosesinə sərf olunur. Qalan hissə transpirasiya zamanı havaya buraxılır. Bitki kütləsinin 3 - 15 faizini mineral maddələr təşkil edir. Bitkilər kökləri ilə torpaqda mövcud olan 45-dən artıq elementin əksəriyyətini mənimsəyir. Bir ton bitki kütləsinin yaranması üçün 100 - 120 kq mineral maddə sərf olunur.
Bitkilər təbiətdə qeyri-bərabər paylanmışdır. Planetin quru mühitində 1 trilyon 725,4 milyard ton bitki kütləsi yayılmışdır. Bitkilərin insanlar üçün xammal kimi, qiymətli yanacaq və tikinti materialları olması kimi böyük xidməti vardır. Məsələn, bir kubmetr ağac 200 kq sellüloza, yaxud 165 kq lif, yaxıd 1500 metr ipək parça, ya da 60 kubmetr selofan, ya da 20 litr sirkə turşusu, ya da 70 litr adi spirt istehsalı üçün kifayət edir.
Lakin bitkilərin bundan daha böyük xidməti bütün canlıları boğulmaqdan qorumasıdır. Havanın bir kubmetrində 20 mq karbon qazı olarsa, insanın yaşaması təhlükəli sayılır. Onun ölümü baş verə bilər. Elm və texnikanın inkişafı, avtomobillərin sayının artması atmosferdə karbon qazını durmadan artırır. Bitkilər onu azaltmaqla canlıların ölüm təhlükəsinin qarşısını alır. Bir hektar bitki sahəsi saatda 8 kq karbon qazı mənimsəyir. Bu miqdar həmin müddətdə 200 nəfərin tənəffüsündən alınan karbon qazının miqdarına bərabərdir. Beləliklə, bitkilər havada olan oksigen qazının miqdarının daim normada qalmasına kömək edir, havanın oksigen qazı balansını daim tənzimləyir.
Havaya insan fəaliyyəti nəticəsində daim zərərli və zəhərli maddələr daxil olur. Onlarla mübarizədə də bitkilər, xüsusilə ağaclar insanların köməyinə gəlirlər. Özlərinin hazırladığı və havaya buraxdığı fitonsidləri ilə havanı zəhərli mikroorqanizmlərdən təmizləyirlər.

Bitkilər yer kürəsinin hər yerində yayılmışlar. Onlarda gedən fotosintez nəticəsində:
1) Təbiətdə daim üzvi maddə sintez edilir;
2) Canlıların yaşaması üçün vacib olan oksigen qazının miqdarını tənzimləyir;
3) Atmosferdə karbon qazının təhlükəli vəziyyətə qədər qalxmasının qarşısını alır;
4) Günəş enerjisini konservləşdirib canlı orqanizmlərin istifadəsinə verir.
İnsanlar hazırda 23 minə qədər bitki növündən istifadə edirlər ki, onun 20 mini çiçəkli bitkilərdir. Becərilən, istifadə edilən 1500-ə yaxın mədəni bitkilərin demək olar əksəriyyəti çiçəkli bitkilərə aiddir.
Yer kürəsinin müəyyən sahəsində məskunlaşmış bitkilər yaşadıqları ekoloji şəraitə uyğunlaşmaqla öz xarici görünüşü və həyat proseslərində müəyyən əlamətlər qazandıqlarından, yaşayış formalarına, quruluşlarına görə bir-birindən fərqlənirlər. Onlar morfoloji quruluşlarına görə ağac, kol, yarımkol və ot formasına bölünürlər. Bitkilər ömürlərinə görə birillik, ikiillik və çoxillik olurlar. Onlar yaşama müddətinə görə bir neçə dəqiqədən, saatdan bir neçə ilə və ya min illərə qədər ola bilər. Bitkilər böyüklüklərinə görə də fərqlənirlər.
Bitkilər suya münasibətinə görə ekoloji qruplara bölünürlər:
1) Sulu mühit bitkiləri - hiqrofitlər;
2) Normal rütubətli mühit bitkiləri - mezofitlər;
3) Quraqlıq bitkiləri - kserofitlər;
4) Bataqlıq mühitdə yaşayanlar - oksilofitlər;
5) Soyuq torpaq və küləkli yerdə bitənlər - psixrofitlər;
6) Duzlu torpaqda yaşayanlar - hallofitlər;
7) Qumlu yerlərdə bitənlər psammofitlər
İşıq şəraitinə görə bitkilər işıqsevən və kölgəyədavamlı olmaqla iki yerə bölünürlər. Bitki orqanları müxtəlif olub, daşıdıqları funksiyaya görə vegetativ (kök, gövdə, yarpaq) və generativ (çiçək, meyvə və toxum) olurlar. Onların hər biri bitki hüceyrələrindən təşkil olunmuş toxumalardan ibarətdir.
Bitkilər canlı aləmin xüsusi forması olub, heyvanlarla ümumi bir mənşəyə malikdir. Onlar quruda və suda yayılmışdır. Qidalanmasına görə avtotrof və heteretrof (saprofit və parazit) qruplarına bölünürlər. Təbiətdə və insan həyatında bitkilərin böyük rolu və əhəmiyyəti vardır.



BİTKİLƏRİN QORUNMASI – bitki növlərinin populyasiya növ tərkibini və sayını qoruyub saxlamaq üzrə kompleks beynəlxalq, dövlət və regional, inzibati-təsərrüfatı və ictimai tədbirlər kompleksi. 

BİTKİNİN MÜHAFİZƏ METODLARI – xəstəliklərə  və zərərvericilərə qarşı mübarizədə bioloji, aqrotexniki, kimyəvi və mexaniki üsullardan istifadə olunur. Bioloji üsulla bitki mühafizəsi zamanı faydalı quş, cücü, göbələk, bakteriya və s. canlıların köməyi ilə zərərvericilər və  xəstəlik törədicilər məhv edilir. Aqrotexniki tədbirlər sisteminə düzgün növbəli əkin dövriyyəsi, alaq otlarının məhv edilməsi, mineral və üzvi gübrələrin tətbiqi, bitki qalıqlarının məhv edilməsi, zərərvericilər və  xəstəliklərə qarşı davamlı sortlardan, sağlam  əkin materialından istifadə zamanı müxtəlif pestisidlər vasitəsilə zərərvericilər və  xəstəlik törədicilər məhv edilir. Mexaniki üsulla bitki mühafizəsi zamanı  zərərvericilər tutucu tor, tutucu kəmər və müxtəlif mexaniki vasitələrlə məhv edilir. 


Yüklə 70,76 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin