BÜRCƏLİyev tural biologiya fənnindən Bitkilərin və heyvanların təbiətdə və insan həyatında əhəmiyyəti mövzusunda t ə q d I m a t



Yüklə 7,39 Mb.
tarix31.01.2017
ölçüsü7,39 Mb.
#6937
Gəncə şəhəri N.Hüseynov adina 38 nomrəli tam orta məktəbin 6 sinif şagirdi

BÜRCƏLİYEV TURAL

Biologiya fənnindən Bitkilərin və heyvanların

təbiətdə və insan həyatında əhəmiyyəti

mövzusunda

T Ə Q D İ M A T

Təbiət və cəmiyyətdə bitkilərin əhəmiyyəti

Təbiət və cəmiyyətin inkişafında bitkilərin əhəmiyyəti böyükdür. Onlar daim Günəş enerjisini müxtəlif yanacaq enerjisinə və yüksək kalorili qida maddələrinə çevirir. Bitkilərin insanlara xidməti misilsizdir, bu xidmətdə onların havatəmizləyici rolu, insanların sağlamlığı keşiyində durması xüsusi yer tutur.



Planetin bitki örtüyü zəngin və müxtəlifdir. Dünyada 560 min bitki növü mövcuddur ki, onların 300-350 mini mədəni bitkilərdir.Bitkilərin əmələ gəlməsi görkəmli alim K.A. Timiryazevin kəşf etdiyi fotosintez prosesinin nəticəsidir. Fotosintez prosesində günəş enerjisinin köməyi ilə atmosfer havasındakı karbon qazı, torpaqdakı su və mineral maddələr yaşıl kütləyə çevrilir. Fotosintez zamanı ilk maddə kimi qlükoza və oksigen qazı alınır.

Yayın isti günlərində yer səthi çoxlu günəş enerjisi alır. Lakin onun az bir hissəsi fotosintezə sərf edilir. Bu enerjini alimlər fizioloji radiasiya adlandırırlar. Bu ümumi günəş radiasiyasının 1 - 5 faizinə bərabərdir. Fotosintezdə daha çox karbon qazı mənimsənilir. Bir ton bitki kütləsinin yaranması üçün 2 ton karbon qazı sərf edilir. Bitkilərin tərkibinin 50 faizi karbondan ibarətdir. Planetin yerüstü bitkiləri hər il 20 milyard ton, su bitkiləri isə 155 milyard ton karbon qazı mənimsəyir. Lakin atmosferdə karbon qazının miqdarı tükənmir. Çünki təbiətdə onun dövranı daimidir.

Fotosintez prosesinin getməsində torpaqdakı su və mineral duzların da əhəmiyyəti böyükdür. Bir ton bitki kökləri torpaqdan 500 - 1000 ton suyu mənimsəyirlər. Lakin onun az bir hissəsi fotosintez prosesinə sərf olunur. Qalan hissə transpirasiya zamanı havaya buraxılır. Bitki kütləsinin 3 - 15 faizini mineral maddələr təşkil edir. Bitkilər kökləri ilə torpaqda mövcud olan 45-dən artıq elementin əksəriyyətini mənimsəyir. Bir ton bitki kütləsinin yaranması üçün 100 - 120 kq mineral maddə sərf olunur.

Bitkilər təbiətdə qeyri-bərabər paylanmışdır. Planetin quru mühitində 1 trilyon 725,4 milyard ton bitki kütləsi yayılmışdır. Bitkilərin insanlar üçün xammal kimi, qiymətli yanacaq və tikinti materialları olması kimi böyük xidməti vardır. Məsələn, bir kubmetr ağac 200 kq sellüloza, yaxud 165 kq lif, yaxud 1500 metr ipək parça, ya da 60 kubmetr selofan, ya da 20 litr sirkə turşusu, ya da 70 litr adi spirt istehsalı üçün kifayət edir.

Lakin bitkilərin bundan daha böyük xidməti bütün canlıları boğulmaqdan qorumasıdır. Havanın bir kubmetrində 20 mq karbon qazı olarsa, insanın yaşaması təhlükəli sayılır. Onun ölümü baş verə bilər. Elm və texnikanın inkişafı, avtomobillərin sayının artması atmosferdə karbon qazını durmadan artırır. Bitkilər onu azaltmaqla canlıların ölüm təhlükəsinin qarşısını alır. Bir hektar bitki sahəsi saatda 8 kq karbon qazı mənimsəyir. Bu miqdar həmin müddətdə 200 nəfərin tənəffüsündən alınan karbon qazının miqdarına bərabərdir. Beləliklə, bitkilər havada olan oksigen qazının miqdarının daim normada qalmasına kömək edir, havanın oksigen qazı balansını daim tənzimləyir.

Havaya insan fəaliyyəti nəticəsində daim zərərli və zəhərli maddələr daxil olur. Onlarla mübarizədə də bitkilər, xüsusilə ağaclar insanların köməyinə gəlirlər. Özlərinin hazırladığı və havaya buraxdığı fitonsidləri ilə havanı zəhərli mikroorqanizmlərdən təmizləyirlər.

İnsanlar hazırda 23 minə qədər bitki növündən istifadə edirlər ki, onun 20 mini çiçəkli bitkilərdir. Becərilən, istifadə edilən 1500-ə yaxın mədəni bitkilərin demək olar əksəriyyəti çiçəkli bitkilərə aiddir.

Yer kürəsinin müəyyən sahəsində məskunlaşmış bitkilər yaşadıqları ekoloji şəraitə uyğunlaşmaqla öz xarici görünüşü və həyat proseslərində müəyyən əlamətlər qazandıqlarından, yaşayış formalarına, quruluşlarına görə bir-birindən fərqlənirlər. Onlar morfoloji quruluşlarına görə ağac, kol, yarımkol və ot formasına bölünürlər. Bitkilər ömürlərinə görə birillik, ikiillik və çoxillik olurlar. Onlar yaşama müddətinə görə bir neçə dəqiqədən, saatdan bir neçə ilə və ya min illərə qədər ola bilər. Bitkilər böyüklüklərinə görə də fərqlənirlər.

Bitkilər suya münasibətinə görə ekoloji qruplara bölünürlər:

1) Sulu mühit bitkiləri - hiqrofitlər;

2) Normal rütubətli mühit bitkiləri - mezofitlər;

3) Quraqlıq bitkiləri - kserofitlər;

4) Bataqlıq mühitdə yaşayanlar - oksilofitlər;

5) Soyuq torpaq və küləkli yerdə bitənlər - psixrofitlər;

6) Duzlu torpaqda yaşayanlar - hallofitlər;

7) Qumlu yerlərdə bitənlər - psammofitlər.

İşıq şəraitinə görə bitkilər işıqsevən və kölgəyədavamlı olmaqla iki yerə bölünürlər. Bitki orqanları müxtəlif olub, daşıdıqları funksiyaya görə vegetativ (kök, gövdə, yarpaq) və generativ (çiçək, meyvə və toxum) olurlar. Onların hər biri bitki hüceyrələrindən təşkil olunmuş toxumalardan ibarətdir.



Təbiət və cəmiyyətdə heyvanların əhəmiyyəti

Yer üzərində 2 milyondan çox heyvan növü mövcuddur. Onları tanımaq və öyrənmək üçün 2 böyük qrupa - İbtidailər və Ali heyvanlar qruplarına bölmüşlər. Bu şöbələr isə tiplərə ayrılır. Hazırda onurğasız heyvanların 23, onurğalıların isə bir tipi mövcuddur.

Heyvanlar Yer kürəsinin hər yerində - quruda, torpaqda, şirin sularda, dənizlərdə yayılmışlar. Onlara dəniz səviyyəsindən 8000 metr hündürlükdə və Dünya okeanının 11000 metrə çatan dərinliklərində rast gəlinir. Bir çox heyvanlar gizli həyat keçirdiklərindən onları insanlar görə bilmir. Bəzi heyvanlar çox kiçik olduğundan görünmürlər. Bir çox heyvanlara isə tez-tez rast gəlinir.

Heyvanların da bitkilər kimi, təbiətdə, insan həyatında böyük əhəmiyyəti vardır. Onların bəziləri bitkilərin tozlanmasında, toxumların yayılmasında, torpağın münbitləşməsində, gübrələnməsində iştirak edirlər. Bitkilərlə heyvanlar təbiətdə qarşılıqlı əlaqədə yaşayırlar.

Bir çox heyvanlar təbiətdə sanitar rolunu oynayırlar. Suda yaşayan heyvanların bəziləri suyu təmizləməklə çox böyük fayda verirlər.

Heyvanlar insanlar üçün də çox əhəmiyyətlidirlər. İnsanlar tarixən heyvanlarla qidalanmış, onlardan əmək fəaliyyətində, döyüşlərdə, idman yarışlarında istifadə etmiş, onların məhsullarından geyim və digər məişət əşyaları hazırlamışlar. İnsanlar eyni zamanda zərərli və zəhərli heyvanları tanımış, onlardan qorunmuşlar. İndiki ev heyvanlarını öz yaşayışlarını təmin etmək üçün əhliləşdirmişlər. İnsanlar heyvanları öyrənməklə onlardan daha çox istifadə etməyə başlamışlar. Heyvanların qeyri-qanuni ovlanması, istifadəsi və elmin, texnikanın inkişafı bəzi heyvanların azalmasına, digərlərinin növlərinin, nəslinin kəsilməsinə səbəb olmuşdur. Onların qorunması və artırılması zərurəti meydana çıxmışdır.



Bir çox heyvanlar insanların təsərrüfatlarına ziyan vurur, bitki, heyvan və insanlarda xəstəliklər törədir və ya onları yayırlar. Belə heyvanların öyrənilməsi və onlara qarşı mübarizə aparılması lazım gəlir. İnsanlar zərərverici heyvanlarla mübarizə aparır, faydalılara qulluq edir, nəsli kəsilmək qorxusu olanları artırır və ümumiyyətlə, bu barədə maarifləndirmə işləri aparırlar.

Heyvanlar və bitkilər canlı orqanizmlər olduğundan bir çox oxşar və fərqli cəhətlərə malikdirlər.

Heyvanlar aləmini hazırda iki yarımaləmə bölürlər: Birhüceyrəli heyvanlar, Çoxhüceyrəli heyvanlar. Birhüceyrəli heyvanlarda bütün həyat prosesləri: qidalanma, ifrazat, tənəffüs, qıcıqlanma, çoxalma, hərəkət, mühitə uyğunlaşma və s. bir hüceyrə daxilində gedir. Onlar qeyri-cinsi və cinsi yolla çoxalırlar. Əksəriyyəti sista əmələ gətirir. Əsasən suda, torpaqda, bitki, heyvan və insan orqanizmində yaşayırlar.

İbtidailərdən başqa bütün heyvanlar çoxhüceyrəlidirlər. Bədənləri çox müxtəlif quruluşlu və formalı hüceyrələrdən təşkil olunmuşdur. Belə hüceyrələr orqanizmdən kənarda yaşaya bilmirlər. Onların həyatı orqanizmi təşkil edən digər hüceyrələrlə sıx qarşılıqlı əlaqədədir. Bədən hüceyrələri müəyyən funksiyaların yerinə yetirilməsi üçün differensiasiya etmiş və toxumalarda birləşmişlər. Toxumalar isə orqanları əmələ gətirmişlər. Onların hamısı cinsi yolla çoxalırlar. Cinsi hüceyrələr meyoz bölünmə sayəsində əmələ gəlir. Qeyri-cinsi çoxalma və toxumaların inkişaf etməsi sadə quruluşlu çoxhüceyrəlilərdə saxlanmışdır. Heyvanlar aləmində ən ali sistematik vahid tip adlanır. Heyvanları hazırda 24 tipə ayırırlar.

Hər tip bir və ya bir neçə sinfə, siniflər dəstələrə, onlar fəsilələrə, cinslərə, onlar da növlərə ayrılır.



Heyvanlar ümumi canlılar ələminin təkamülündə bitkilərin çarpaz tozlanmasında, onların toxumlarının yayılmasında, torpaq əmələgəlmə prosesində, onun üzvi maddələrlə zənginləşməsində mühüm rol oynayır. Heyvanlar ölmüş heyvan cəmdəklərini, bitki qalıqlarını yeməklə, həmçinin bir çox su heyvanları (biofiltratorlar) suyu təmizləməklə təbiətdə sanitar fəaliyyəti göstərir.

Müasir təbabəti zooloji tədqiqatlarsız təsəvvür etmək olmaz, çünki bir çox xəstəliklərin törədiciləri (qoturluq gənəsi, malyariya paraziti, qaraciyər sorucusu, öküz soliteri, exinokok və s.) heyvanlardır. Əlbəttə, bu xəstəliklərə qarşı mübarizə aparmaq ücün onların törədiciləri və keçiricilərinin növ tərkibi, morfoloji, bioloji və ekoloji xüsusiyyətləri dərindən tədqiq edilməlidir. Digər tərəfdən, insan üçün xeyirli heyvanların qorunub saxlanması, onlardan təsərrüfatda səmərəli istifadə olunması və ümümiyyətlə, vəhşi heyvanların qorunub saxlanması çox mühüm məsələdir.
Yüklə 7,39 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin