Kurs: II fakültə:İqtisadiyyat



Yüklə 70,76 Kb.
səhifə2/2
tarix23.03.2020
ölçüsü70,76 Kb.
#30710
1   2
biommm


BİTKİÇİLİK  – 1) Kənd təsərrüfatının  əsas sahələrindən biri; insanları qida məhsulları, heyvanları yem, sənayenin bir çox sahələrini (yeyinti, qarışıq yem, toxuculuq, əczaçılıq, ətriyyat və s.) bitki mənşəli xammalla təmin etmək üçün mədəni bitkiləri hərtərəfli öyrənməklə məşğul olur. B.-in tarlaçılıq (taxıl, texniki bitkilər, yem bitkiləri və s. bura aiddir), tərəvəzçilik, meyvəçilik, üzümçülük, çəmənçilik, meşəçilik, gül-çülük və s. kimi sahələri də var. 2) Az məsrəflə yüksək keyfiyyətli bol məhsul almaq üçün mədəni bitkilər və onların becərilmə üsulları haqqında elm. 

BİTKİNİN “AĞLAMASI”  – ekskresiya, bitkinin yaralı hissədən (kəsilən və ya zədələnən) köklərin təzyiqi ilə floem və ksilem şirəsinin axması. Floem şirəsi ksilem şirəsinə nisbətən üzvi maddələrlə  (şəkər, amin turşuları, zülallar) daha zəngindir. Ağac bitkilərində yaz şirəaxını zamanı, ot

bitkilərində isə bütün vegetasiya dövründə baş verir. Maksimum B.a. günorta çağı, minimum B.a. isə  səhərlər müşahidə olunur. Bir neçə gündən bir neçə aya kimi davam edir. Bitkini süni yolla «ağladaraq»” ondan şərab (palma, aqava), şəkər (şəkər ağcaqayını) və içməli şirə (tozağacı) alınır. 




BİTKİNİN “APOPLEKSİYASI”  – ziyanvericilər, xəstəliklər, daşqın suyunun basması nəticəsində ağacların qəflətən quruması. 

BİTKİNİN DONMASI – aşağı temperatur şəraitində hüceyrələrin protoplazmasında maddələr mübadiləsinin pozulması  və buz kristallarının əmələ gəlməsi nəticəsində bitkinin məhv olması. 
BİTKİNİN HƏCMİ  – bitki qruplaşmalarında üzvi kütlənin ehtiyatını  və ya artımını öyrənərkən təyin olunur. Meşə taksasiyasında model ağaclarının və meşənin həcmini təyin etmək üçün bir sıra düsturlar mövcuddur. Ot bitkisi qruplaşmalarında bitkinin həcmi çox nadir hallarda öyrənilir. 

BİTKİNİN QAZA DÖZÜMLÜYÜ – zərərli qazlarla çirklənmiş hava mühiti şəraitində bitkinin yaşama qabiliyyətini saxlaması (onlardan ən təhlükəlisi ftor, xloridlər, kükürdlü anhidrid, azot iki oksiddir)

 
BİTKİNİN SOLMASI – su balansının pozulması  nəticəsində bitkinin turqoru itirməsi (yarpaqlarda suyun transpirasiyası onun hüceyrələrə daxil olmasını keçir). Bu zaman yarpaq və budaqlar sallaq vəziyyət alır. Belə hal müvəqqəti və uzunmüddətli ola bilər. Müvəqqəti solma zamanı torpaqdan daxil olan su bitkinin istifadəsi ilə kompensasiya olunmağa macal tapır, transpirasiya zəiflədikdə isə su balansı və bitkinin normal vəziyyəti bərpa olunur. Uzun müddətli solma bitkinin istifadəsi mümkün olan suyun torpaqda olduqca azalması zamanı baş verir, bu zaman hətta gecə vaxtı su defisiti bərpa olunmur. Uzun müddətli solma nəticəsində böyümə dayanır, həyat üçün mühüm proseslər sayılan fotosintez, tənəffüs və s. pozulur, hüceyrələr ölür və bitki məhv olmağa başlayır. B.s.-nın qarşısını almaq üçün suvarma aparılır, bitkinin mineral qidalanması yaxşılaşdırılır, quraqlığa dözümlü sortlardan istifadə olunur. 



BİTKİNİN SORTU  – mədəni bitkinin bir növünün fərdlərinin məcmusu; konkret şəraitdə becərildikdə müəyyən davamlı morfoloji, fizioloji və  təsərrüfat  əlamətlərilə  səciyyələnir. Mədəni bitkilərin aşağı təsnifat vahidi. 

BİTKİNİN SOYUĞA DAVAMLILIĞI  – vegetasiya keçirən bitkinin aşağı müsbət temperaturun (1-5°C) təsirinə dözmək və əlverişli şəraitdə öz böyüməsini bərpa etmək qabiliyyəti. Soyuğa davamlı bitkilər, (arpa, vələmir, çöl noxudu, kətan, çuğundur) aşağı temperaturun təsiri ilə öz hüceyrələrinin quruluş  və funksiyasının təşkilini dəyişdirmək qabiliyyətinə malik olub, bununla da böyüməni ləngidir və zülalın, amin turşularının, xüsusilə  şəkərin miqdarının çoxalmasına imkan yaradır.  İstisevər bitkilərdə bu xüsusiyyət olmadığından aşağı temperaturda zədələnir və məhv olur. 

BİTKİNİN SÜKUTLUĞU  – fizioloji vəziyyət olub bitkinin həyat fəaliyyəti (əsasən metabolizm və böyümə) aşağı düşür, bunun nəticəsində tumurcuqların açması, toxumun, kökümsovun cücərməsi gecikir. B.s. mühüm adaptasiya prosesi olub əlverişsiz şəraitdə bitkinin məhv olmasının qarşısını alır. 

BİÇƏNƏK – quru ot, silos, yaşıl yem, ot unu hazırlığı üçün ayrılmış otla örtülü sahələr. Təbii və mədəni (səpilən) B.-lər ayrılır. 
BİÇƏNƏK DÖVRİYYƏSİ  – biçənəklərin səmərəli istifadə olunması sistemi: müəyyən plan üzrə sahələrdə ot biçini vaxtının dəyişdirilməsi. B.d. qiymətli yem bitkiləri olan yaxşı otlu biçənək sahələrində  tətbiq edilir. Müxtəlif tərkibli sahələrdə bir neçə B.d.-istifadə olunur, bu zaman oxşar tərkibli massivlər 4-5 sahəyə bölünür və ilbəil onların biçilmə növbələşməsi dəyişilir. Adətən 4 və ya 5 illik B.d.-dən istifadə edilir. B.d. bitki örtüyünün botaniki tərkibini yaxşılaşdırır, alaq otlarının məhv olmasına  şərait yaradır və yem sahələrinin uzun müddətli məhsuldarlığını təmin edir. 
BİÇƏNƏK TİPİ  – Ot örtüyünün tərkibi və keyfiyyəti eyni olan biçənəklərin birliyi. 


BİTLƏR  (Anoplura) – qansoran həşərat dəstəsi.  İnsan və  məməli heyvanlarda təsadüf edilir. İnsanda baş biti, paltar biti, pəncəli bit parazitlik edir. Təmizliyə və sanitariya qaydalarına riayət etmək ən yaxşı mübarizə vasitəsidir. 



BİTMƏ ŞƏRAİTİ  – fərd, populyasiya və ya növün məskunlaşdığı yer və həyat şəraiti. Mühitin abiotik amillər kompleksindən ibarət olub ekotopda (fitosenozun mühit rejimi – hava, su, mineral qida, temperatur-radiasiya), biotik amillərin kompleksində (fitosenoz üçün heyvan və mikroorqanizmlərin fəaliyyəti) birləşir.  İlkin və törəmə bitmə  şəraiti 

ayrılır. 
Yüklə 70,76 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin