Azərbaycan Respublikasında ixrac idxal əməliyyatları üzrə gömrük rüsumlarının



Yüklə 63.41 Kb.
Pdf просмотр
tarix03.02.2017
ölçüsü63.41 Kb.

 

 

Azərbaycan Respublikasında ixrac

-

idxal əməliyyatları

  

üzrə gömrük rüsumlarının 

dərəcələri haqqında

 

  



AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

  

Azərbaycan Respublikasının "Gömrük Məcəlləsi"nə və "Gömrük tarifi  haqqında" Qanununa 



uyğun  olaraq  gömrük  tarifləri  mexanizminin  daha  da  təkmilləşdirilməsi  yolu  ilə  xarici  iqtisadi 

əlaqələrin səmərəliliyinin artırılması, sahibkarlıq fəaliyyətinin, ölkədə rəqabətədavamlı məhsulların 

istehsalının  inkişafı  üçün  lazımi  şəraitin  yaradılması  və  daxili  bazarın  qorunması  məqsədi  ilə 

Azərbaycan Respublikasının Nazirlər Kabineti

 

qərara alır:

 

1. Çıxarılıb.



[1]

 

2  Azərbaycan  Respublikasının  xarici  iqtisadi  fəaliyyətinin  əmtəə  nomenklaturası  malların 



beynəlxalq təcrübədə qəbul olunmuş təsnifat sisteminə uyğun olaraq aparılsın.

 

3. Çıxarılıb.



[2]

 

4. Müəyyən



 

edilsin ki, Azərbaycan Respublikasının "Gömrük tarifi haqqında" Qanununun 33

-

cü maddəsinə uyğun olaraq aşağıdakılar gömrük idxal rüsumuna cəlb olunmur:



 

4.1. Çıxarılıb;

[3]

 

4.2. 



Çıxarılıb;

[4]

 

4.3.  Beynəlxalq  təşkilatların,  xarici  dövlətlərin  hökumətlərinin,  habelə  dövlətlərarası  və 



hökumətlərarası  sazişlərə  əsasən  xarici  hüquqi  və  fiziki  şəxslərin  ayırdıqları  əvəzsiz

 

maliyyə  və 



texniki yardımları, qrantlar

hesabına idxal olunan mallar;



[5]

 

4.4.  təmənnasız  paylanılması  üçün  humanitar  yardım  kimi  fiziki  şəxslər  tərəfindən  gətirilən 



mallar.

[6]

 

4.5.  fövqəladə  halların  qarşısının  alınması  və  bu  halların  nəticələrinin  aradan  qaldırılması 



məqsədilə  maddi

-

texniki  təchizat  sisteminin



  

yaradılması,  seysmik

-

müşahidə  məntəqələrinin  və 



qəza

-

xilasetmə dəstələrinin yerləşdiriləcəyi bazaların təşkili və onların fəaliyyəti üçün Azərbaycan 



Respublikasının Fövqəladə Hallar Üzrə Dövlət Komissiyasının təsdiqedici sənədi əsasında idxal 

olunan xüsusi texniki vasitələr, avadanlıqlar, cihazlar, alətlər, komplektləşdirici məmulatlar, ehtiyat 

hissələri, ləvazimatlar və materiallar.

[7]

 

4.6.  Neft-



qaz  ehtiyatlarının  kəşfiyyatı,  işlənməsi  və  hasilatın  pay  bölgüsü,  ixrac  boru 

kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq Azərbaycan Respublikasına 

verilməsi  nəzərdə  tutulan  əsas  fondların,  daşınar  əmlakın  və  digər  aktivlərin  Azərbaycan 

Respublikasının  Dövlət  Neft  Fonduna  və  ya  hasilatın  pay  bölgüsü  haqqında  sazişlərdə 

Azərbaycan Respublikasını təmsil edən hüquqi şəxslərə hər hansı şəkildə təqdim edilməsi üzrə 

əməliyyatlar.



[8]

 

[9]

4.7. Azərbaycan Respublikası vətəndaşlarının pasportları və şəxsiyyət vəsiqələri blankları, 

onların  fərdiləşdirilməsi,  “Giriş

-

çıxış  və  qeydiyyat”  idarələrarası  avtomatlaşdırılmış  məlumat



axtarış  sisteminin  yaradılması  və  tətbiqi,  əl

-

barmaq  izlərinin,



 

güllə  və  gilizlər  üzərindəki 

izlərinmüəyyən 

edilməsi 

üçün 

gətirilən 



avadanlıqlar, 

məmulatlar, 

ləvazimatlar

 

və 



materiallar, 

polisə  telefon  zənglərinin  qəbulu  üzrə  xüsusi

 

"102"  xidmətinə 



Zəng  Mərkəzi 



Sisteminə  (ZMS)  daxil  olan  avadanlıqlar,

 

məmulatlar,  ləvazimatlar  və  materiallar,



 

dəniz 


səviyyəsindən  1300  metrdən  hündürlükdə  yerləşən  dağlıq  ərazilərdə  turizm  sahəsində  olan 

investisiya  layihələrinin  həyata  keçirilməsi  üçün,  ehtiyaclarını  yerli  xammal  və  materiallar 

hesabına ödəmək mümkün olmadıqda, layihə çərçivəsində idxal edilən mallar.

[10]

  

4.8. lizinq müqaviləsinin obyekti olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas 



vəsaitə aid, idxal gömrük rüsumlarından azad olunan daşınar əşyaların xarici iqtisadi fəaliyyətin 

əmtəə nomenklaturası üzrə siyahısı təsdiq edilsin (əlavə olunur).

 

[11]

 

4.11.  ixrac  məqsədli  neft



-

qaz  fəaliyyəti  ilə  əlaqədar  avadanlıq  və  materiallar  (Azərbaycan 

Respublikasının Dövlət Neft Şirkəti tərəfindən ixrac məqsədli neft

-

qaz fəaliyyəti üzrə Azərbaycan 



Respublikasına  idxal  olunan  avadanlıq  və  materialların  təsdiq  olunmuş  siyahısı  gömrük 

orqanlarına təqdim edildiyi təqdirdə).



[12]

 

4.13.  Azərbaycan  Respublikasının  Müdafiə  Sənayesi  Nazirliyi  və  onun  tabeliyində  olan 



müəssisələr  tərəfindən  müdafiə  təyinatlı  məmulatların  yaradılması  və  istehsalı  məqsədilə  idxal 

edilən texnologiyalar, avadanlıqlar və dəstləşdirici hissələr.



[13]

 

4.14. 



Xüsusi iqtisadi zonaya idxal edilən mallar (aksizli mallar istisna olmaqla).

[14]


 

4.15. milli yığma komandaların hazırlığı ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada 

ölkəyə gətirilən idman avadanlığı, texnikası və malları.

[15]

 

4.15. Azərbaycan Respublikasının Dövlət Taxıl Fonduna tədarük edilməsi məqsədi ilə idxal 



olunan taxıl və taxıl emalı məhsulları.

[16]

 

4.16.  "Azərbaycan  Milli  Elmlər  Akademiyasının  təsdiqedici  sənədi  əsasında  idxal  gömrük 



rüsumundan  azad  olunan  elmi  cihazların  və  avadanlıqların  xarici  iqtisadi  fəaliyyətin  mal 

nomenklaturası (XİF MN) üzrə Siyahısı" təsdiq edilsin (əlavə olunur).



[17]

 

4.17.  "Qeyri-



neft  sektorunda  istehsalın  təşviqi  məqsədi  ilə  idxal  gömrük  rüsumundan  azad 

olunan 


malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturu (XİF MN) üzrə Siyahısı" təsdiq edilsin 

(əlavə olunur).



[18]

 

4.18.  Beynəlxalq  standartlara  cavab  verən  su  nəqliyyat  vasitələrini  istehsal  edən  strateji 



əhəmiyyətli  sənaye  müəssisələrinin  tikintisi  üçün  layihə  çərçivəsində  Azərbaycan  Respublikası 

Dövlət Neft Şirkətinin təsdiqedici sənədləri əsasında idxal olunan mal və avadanlıqlar.



[19]

 

4.18.  Azərbaycan  Respublikası  Daxili  İşlər  Nazirliyinin  Baş  Dövlət  Yol  Polisi  İdarəsi 



tərəfindən  alınan  qeydiyyat  şəhadətnamələri,  sürücülük  vəsiqələri,  qeydiyyat  nişanları,  xidmətlə 

bağlı


 

digər blanklar və büdcə vəsaiti hesabına idxal olunan avadanlıqlar.



[20]

 

4.20.  İstehsal  gücü  gündə  5000  (beş  min)  ton  klinker  və  ya  ildə  2  (iki)  milyon  ton  semen



təşkil  edən  və  APİ  (American  Petroleum  İnstitute)  standartlarına  cavab  verən  quyu

-tamponaj 

sementi istehsal edən sement zavodlarının tikintisi üçün layihə çərçivəsində idxal olunan mallar, 

materiallar və avadanlıqlar.

[21]

 

4.21. Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərində yerləşdirilməsi üçün idxal 



olunan qızıl.

[22]

 

4.22.  “Azərbaycan  Respublikası  Alternativ  və  Bərpa  Olunan  Enerji  Mənbələri  üzrə  Dövlət 



Agentliyinin  təsdiqedici  sənədləri  əsasında,  alternativ  və  bərpa  olunan  enerji  mənbələri  üzrə 

fəaliyyətinə xüsusi icazə verilmiş şəxslər tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal 

edilən,  alternativ  və  bərpa  olunan  enerji  və  ondan  səmərəli  istifadə  edilməsi  sahəsində  tətbiq 

olunan  qurğuların,  onların  istehsalı  üçün  avadanlıqların  hissə  və  ləvazimatlarının  xarici  iqtisadi 

fəaliyyətin mal nomenklaturası

 

(XİFMN) üzrə Siyahısı” təsdiq edilsin (əlavə olunur).



[23]

 

4.23.  “Azərbaycan  Respublikası  Rabitə  və  Yüksək  Texnologiyalar  Nazirliyinin  təsdiqedici 



sənədinə  əsasən,  Mingəçevir  Yüksək  Texnologiyalar  Parkının  rezidenti  olan  hüquqi  şəxs  və 

hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyətini  həyata  keçirən  fiziki  şəxs  tərəfindən  gömrük 

rüsumlarından  azad  olunmaqla  idxal  edilən  qurğuların,  hissə  və  ləvazimatların  xarici  iqt

isadi 


fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilsin (əlavə olunur).

[24]

 


4.24.  Azərbaycan  Respublikasının  2016

-

cı  il  üzrə  yanacaq



-enerji  ba

lansına  uyğun  olaraq 

Azərbaycan Respublikası Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında "Azərenerji" Açıq 

Səhmdar Cəmiyyətinə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut.



[25]

 

5. Çıxarılıb.



[26]

 

6.  Müəyyən  edilsin  ki,  dövlətlərin,  hökumətlərin  və  beynəlxalq  təşkilatların,  hüquqi  və  fiziki 



şəxslərin xətti ilə təmənnasız paylanılması üçün humanitar yardım kimi gətirilən malların gömrük 

rəsmiləşdirilməsində,  həmin  malları  gətirən  humanitar  təşkilatlar  Azərbaycan  Respublikası 

ərazisində mövcud qaydada qeydiyyatdan keçməsi barədə sənədi, digər hüquqi və fiziki şəxslər 

isə Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının razılığını gömrük orqanlarına 

təqdim etməlidirlər.

[27]

 

7. Çıxarılıb.



[28]

 

8. 



Çıxarılıb.

[29]

 

9. 



Çıxarılıb.

[30]

 

10. 



Çıxarılıb.

[31]

 

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997



-

ci il 16 iyun tarixli 62 nömrəli qərarı, 

həmin qərarın 9

-

cu bəndi istisna olmaqla və 1997



-

ci il 15 iyul tarixli 79 nömrəli qərarı,

 

Azərbaycan 



Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" 1998

-

ci  il  5  avqust  tarixli  167  nömrəli  qərarının  1



-ci 

bəndinin  5

-

ci  və  6



-

cı  abzasları  və  "Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" 1998

-

ci  il  30  oktyabr  tarixli  218  nömrəli  qərarının  1



-

ci  bəndinin  Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin 1998-

ci il 22 aprel tarixli 91 nömrəli qərarına aid olan hissələri

 

qüvvəsini itirmiş hesab 



edilsin.

[32]

 

12. Bu qərar imzalandığı gündən qüvvəyə minir.



[33]

 

  



Azərbaycan

 

Respublikasının Baş naziri

 

  

A.RASİZADƏ

 

Bakı şəhəri, 22 aprel 1998



-ci il 

№ 91

 

  

  



  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin



 

1998-


ci il 22 aprel tarixli 91 nömrəli qərarı ilə

 

TƏSDİQ EDİLMİŞDİR



[34]

 

  



  

GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİNƏ GÖRƏ ALINAN GÖMRÜK YIĞIMLARININ 

MİQDARI

 

  



Çıxarılıb

 

  



 

 

 



Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına 

1 NÖMRƏLİ ƏLAVƏ

[35]

 

 



 

AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNƏ GƏTİRİLƏN VƏ GÖMRÜK İDXAL RÜSUMUNA 

CƏLB OLUNMAYAN MALLARIN SİYAHISI 

Çıxarılıb

 

 

 



 

 

 



Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 

1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına



 

2 NÖMRƏLİ ƏLAVƏ



[36]

 

 



 

AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİSİNƏ GƏTİRİLƏN VƏ GÖMRÜK DƏYƏRİNİN 5 FAİZİ 

HƏCMİNDƏ GÖMRÜK İDXAL RÜSUMUNA CƏLB OLUNAN

 

MALLARIN SİYAHISI

 

Çıxarılıb



 

 

 



 

 

 



 

 

 



Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 

1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına



 

ƏLAVƏ


 

(Azərbaycan Respublikasının Nazirlər  Kabinetinin

 

1999-cu il 27 fevral tarixli  25 nömrəli qərarının mətnində)



 [37]

 

  



AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİSİNƏ GƏTİRİLƏN MALLAR ÜZRƏ GÖMRÜK İDXAL 

RÜSUMLARININ DƏRƏCƏLƏRİ 

Çıxarılıb

 

 

 

 



 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə