icra hakimiyy əti orqanına məlumat verilməsi Müvafiq icra hakimiyy
əti orqanı ərin (arvadın) yaşayış yeri məlum olduqda ona, habelə nikahın qeydə alındığı yerdə
müvafiq icra hakimiyy
əti orqanına nikahın pozulmasının qeydə alınması haqqında məlumat verməyə borcludur.
26-cı f əsil Atalı ğın müəyyən edilməsinin qeydə alınması Madd ə 186. Atalığın müəyyən edilməsinin dövlət qeydiyyatına alındığı yer [133] Ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərin seçdiyi, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə m əhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Madd
ə 187. Atalığın müəyyən edilməsinin qeydə alınması qaydası 187.1. Atalı
ğın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında, ana öldükdə,
f
əaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini
mü
əyyən etmək mümkün olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır.
187.1-1. Atalı ğın müəyyən edilməsi barədə məhkəmənin qətnaməsi qanuni q üvvəyə mindikdən sonra həmin q ətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron m əhkəmə” informasiya sistemi vasitəsilə m üvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemin ə ötürülür. [134] 187.2. Yetkinlik ya
şına çatanlar barəsində atalığın müəyyən edilməsinin qeydə alınmasına yalnız onların razılığı ilə
yol verilir.
Madd
ə 188. Uşağın doğulması haqqında qeydə ata barəsində məlumatın yazılması Atalı
ğın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır
v
ə doğum haqqında yeni şəhadətnamə verilir.
27-ci f əsil