Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə1/95
tarix16.12.2022
ölçüsü0,91 Mb.
#75433
  1   2   3   4   5   6   7   8   9   ...   95
Azərbaycan Respublikasının Ailə Məcəlləsi



AZ
ƏRBAYCAN RESPUBLİKASININ AİLƏ MƏCƏLLƏSİ
[1]
Bu m
əcəllə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və
azadlıqlarına uy
ğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin
prinsipl
ərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini,
habel
ə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları müəyyən edir.
Birinci bölm
ə
 
Ümumi müdd
əalar
 
1-ci f
əsil
Ail
ə qanunvericiliyi
Madd
ə 1. Azərbaycan Respublikasının ailə qanunvericiliyi və onun əsasları
 
1.1. Az
ərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən,
bu M
əcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının
t
ərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
1.2. Az
ərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir.
1.3. Ail
ə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və
hörm
ət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə
qar
şısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin
olunmasından v
ə bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.
1.4. Az
ərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən
h
əyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.
1.5. Dini k
əbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Bu müddəa müvafiq icra hakimiyyəti orqanının
yaradılmasınad
ək bağlanmış dini nikahlara və onların təsdiqinə dair sənədlərə, doğum, nikahın bağlanması, nikahın
pozulması v
ə ölüm haqqında sənədlərə aid deyildir.
Madd
ə 2. Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənən münasibətlər
2.1. Az
ərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra — bu Məcəllə) nikahın bağlanması, nikaha xitam
verilm
əsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar),
el
əcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan
əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə
götürülm
əsi qaydalarını müəyyən edir.
2.2. Ail
ə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi,
ail
ədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və
inki
şafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin
müdafi
əsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir.
2.3. Nikah ki
şi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü
ittifaqıdır.
2.4. Nikaha daxil olark
ən və ailə münasibətlərində sosial, irqi, milli, dini və dil mənsubiyyətinə görə vətəndaşların
hüquqlarının h
ər hansı formada məhdudlaşdırılması qadağandır.
2.5. Ail
ənin başqa üzvlərinin və digər vətəndaşların mənəviyyatının, sağlamlığının, hüquqlarının və qanuni
m
ənafelərinin müdafiəsi məqsədi ilə vətəndaşların ailədəki hüquqları yalnız qanun əsasında məhdudlaşdırıla bilər.
Madd
ə 3. Bu Məcəllənin vəzifələri
3.0. Bu M
əcəllənin vəzifələri aşağıdakılardır:
3.0.1. ail
ənin ümumbəşəri prinsiplər əsasında qurulması;
3.0.2. ail
ə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad
olan qar
şılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması;
3.0.3. ail
ədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə vətənə sədaqət ruhunda tərbiyə edilməsi;
3.0.4. ana v
ə uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi;
3.0.5. ail
ə münasibətlərində zərərli adətlərin aradan qaldırılması;
3.0.6. u
şaqlarda ailə və cəmiyyət qarşısında məsuliyyət hissinin tərbiyə edilməsi.
Madd
ə 4. Ailə münasibətlərinə mülki qanunvericiliyin tətbiqi
Bu M
əcəllənin 2-ci maddəsində göstərilən ailə üzvləri arasında ailə qanunvericiliyi ilə tənzimlənməyən əmlak və
şəxsi qeyri-əmlak münasibətlərinə mülki qanunvericiliyin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan normaları
t
ətbiq edilir.
Madd
ə 5. Ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ailə münasibətlərinə analogiya üzrə tətbiqi
Ail
ə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və


h
əmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd
olmayan v
ə oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda
is
ə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də
humanizm v
ə ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir.
2-ci f
əsil

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin