Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə7/95
tarix16.12.2022
ölçüsü0,91 Mb.
#75433
1   2   3   4   5   6   7   8   9   10   ...   95
Azərbaycan Respublikasının Ailə Məcəlləsi

Nikahın etibarsızlı
ğı
Madd
ə 25. Nikahın etibarsız sayılması
25.1. Bu m
əcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də
t
ərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.
[13]
25.2. Nikah m
əhkəmə qaydasında etibarsız sayılır.
25.3. M
əhkəmə nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş qətnamədən çıxarışı 3 gün müddətində
nikahın ba
ğlandığı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur.
25.4. Etibarsız hesab edilmi
ş nikah onun bağlandığı gündən etibarsız sayılır.
Madd
ə 26. Nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslər
26.1. A
şağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər:
26.1.1. nikah ya
şına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin 10.2-ci
madd
əsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun
valideynl
əri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı;
26.1.2. nikah bu M
əcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər
(arvad) yetkinlik ya
şına çatarsa — yalnız həmin 18 yaşlı ər (arvad);
26.1.3. nikah t
ərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya
nikaha daxil olan 
şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları
idar
ə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad);
26.1.4. nikahın ba
ğlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət
qabiliyy
əti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu;
26.1.5. pozulmamı
ş əvvəlki nikah üzrə ər (arvad);
26.1.6. bu M
əcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci
madd
əsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra
hakimiyy
əti orqanı;
26.1.7. saxta nikah ba
ğlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad);
26.1.8. bu M
əcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad).
26.2. Nikah ya
şına çatmayan, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərlə
ba
ğlanan nikahın etibarsız sayılması barədə işə baxılarkən müvafiq icra hakimiyyəti orqanı işdə iştirak etməyə cəlb
olunmalıdır.
Madd
ə 27. Nikahın etibarsız sayılmasını aradan qaldıran hallar
27.1. Nikahın etibarsız sayılması bar
ədə işə baxılanadək nikahın bağlanmasına qanuna görə mane olan hallar aradan
qalxdıqda, m
əhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər.
27.2. Yetkinlik ya
şına çatmayan ərin (arvadın) mənafeyi tələb etdikdə, eləcə də nikahın etibarsız sayılması barədə
onun razılı
ğı olmadıqda, nikah yaşına çatmayan şəxslə bağlanmış nikahın etibarsız sayılması barədə iddianı məhkəmə
r
ədd edə bilər.
27.3. Saxta nikaha daxil olmu
ş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı
saxta hesab ed
ə bilməz.
27.4. 
Ər-arvad arasında nikah bağlanması üçün qanunla qadağan olunmuş qohumluq halları və ya nikah
ba
ğlanarkən onlardan birinin başqa şəxslə pozulmamış nikahda olduğu hallar istisna olmaqla, əvvəllər pozulmuş nikah
sonradan etibarsız sayıla bilm
əz.
Madd
ə 28. Nikahın etibarsız sayılmasının nəticələri
28.1. Bu M
əcəllənin 28.5-ci, 28.6-cı və 28.7-ci maddələri ilə müəyyən olunmuş hallar istisna olmaqla etibarsız hesab
edilmi
ş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır.
28.2. Nikahı etibarsız sayılmı
ş şəxslərin birgə əldə etdikləri əmlaka Azərbaycan Respublikası Mülki Məcəlləsinin
ümumi paylı mülkiyy
ət haqqında müddəaları tətbiq edilir.
28.3. Bu M
əcəllənin 38 və 39-cu maddələrinə əsasən ər və arvad arasında bağlanmış nikah müqaviləsi etibarsız
sayılır.
28.4. Nikahın etibarsız sayılması bu nikahdan do
ğulan və ya nikahın etibarsız sayılması günündən sonra 300 gün
ərzində doğulan uşaqların hüquqlarına təsir etmir.
28.5. Nikah etibarsız hesab edil
ərkən məhkəmə, belə nikahın bağlanması nəticəsində hüquqları pozulmuş ərin
(arvadın) saxlanması üçün dig
ər tərəfdən bu Məcəllənin 85—86-cı maddələrinə uyğun olaraq vəsait tuta bilər, habelə
nikah etibarsız hesab edil
ən vaxtadək həmin şəxslərin birlikdə əldə etdikləri əmlakın bölgüsü zamanı bu Məcəllənin 32-ci,
36—37-ci madd
ələrində müəyyən edilmiş normaları tətbiq edə, həmçinin nikah müqaviləsini tamamilə və ya qismən
etibarlı hesab ed
ə bilər.
28.6. 
Ər (arvadın) ona vurulmuş maddi və ya mənəvi ziyanın mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalar üzrə
öd
ənilməsini tələb edə bilər.


28.7. Nikah etibarsız hesab edildikd
ə, ər (arvad) nikah qeydə alınan zaman keçdiyi soyadı saxlaya bilər.

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin