Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ


[18] Madd ə 34. Ər-arvadın hər birinin mülkiyyəti



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə10/95
tarix16.12.2022
ölçüsü0,91 Mb.
#75433
1   ...   6   7   8   9   10   11   12   13   ...   95
Azərbaycan Respublikasının Ailə Məcəlləsi

[18]
Madd
ə 34. Ər-arvadın hər birinin mülkiyyəti
34.1. Nikaha daxil olanad
ək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik
qaydasında, dig
ər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər
birinin 
əmlakıdır).
34.2. Ziyn
ət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi
v
əsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
Madd
ə 35. Ər-arvadın hər birinin əmlakının onların birgə mülkiyyəti sayılması
Nikahda olduqları dövrd
ə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi
hesabına 
ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma,
avadanlı
ğı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
Madd
ə 36. Ər-arvadın ümumi əmlakının bölünməsi 
KMQ3
36.1. 
Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah
pozulduqdan sonra, habel
ə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün
ümumi 
əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
36.2. 
Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat
qaydasında t
əsdiq edilə bilər.
36.3. Mübahis
ə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının

əyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
36.4. M
əhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-
arvaddan birin
ə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul
v
ə ya başqa kompensasiya verilə bilər.
36.5. M
əhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı
onların h
ər birinin mülkiyyəti hesab edə bilər.
36.6. Yetkinlik ya
şına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı,
m
əktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə
ya
şayan valideynə verilir.
36.7. 
Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər
h
əmin uşaqlara məxsus hesaba edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır.
36.8. 
Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah
dövründ
ə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir.
36.9. Nikah pozulduqda 
ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti
t
ətbiq olunur.

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin