Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə8/95
tarix16.12.2022
ölçüsü0,91 Mb.
#75433
1   ...   4   5   6   7   8   9   10   11   ...   95
Azərbaycan Respublikasının Ailə Məcəlləsi

Üçüncü bölm
ə
 
Ər-arvadın hüquq və vəzifələri
 
6-cı f
əsil
Ər-arvadın şəxsi hüquq və vəzifələri
Madd
ə 29. Ər və arvadın ailə münasibətlərində hüquq bərabərliyi
29.1. Az
ərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər
v
ə arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər.
29.2. Analıq, atalıq, u
şaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi
prinsipl
ərinə uyğun olaraq birgə həll edilir.
29.3. 
Ər (arvad) özünə məşğuliyyət, sənət və yaşayış yeri seçməkdə azaddır.
29.4. 
Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin
möhk
əmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və
onların sa
ğlamlığının qayğısına qalmalıdırlar.
Madd
ə 30. Ər-arvadın soyad seçmək hüququ
30.1. 
Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri
nikahdan 
əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər.
30.2. Nikaha daxil olanların biri v
ə ya hər ikisi qoşa soyada malik olduqda soyadların birləşdirilməsinə yol verilmir.
30.3. 
Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişdirməsinə səbəb olmur.
30.4. Nikah pozulduqda 
ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək
hüququna malikdir.
7-ci f
əsil
Ər-arvadın əmlakının qanuni rejimi
Madd
ə 31. Ər-arvadın əmlakının qanuni rejimi anlayışı
31.1. 
Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
31.2. Nikah müqavil
əsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
31.3. Ail
ə kəndli təsərrüfatı üzvlərinin birgə mülkiyyəti üzərində ər-arvadın istifadə, sahiblik və sərəncam hüquqları
Az
ərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müəyyən olunur.

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin