Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yerlatı işlərin siyahısının təsdiq edilməsi haqqında



Yüklə 213,5 Kb.
səhifə6/53
tarix25.12.2016
ölçüsü213,5 Kb.
#2951
1   2   3   4   5   6   7   8   9   ...   53
Qurğuşunla işlər

qurğuşun məmulatların əridilməsi, tökülməsi, prokatı, dartıb nazikləşdirilməsi, ştamplanması, habelə kabellərin qurğuşunlaşdırılması və qurğuşun akkumulyatorların lehimlənməsi ilə məşğul olan fəhlələr.



II. TİKİNTİ, QURAŞDIRMA VƏ TƏMİR-TİKİNTİ İŞLƏRİ

əl ilə işləyən əyici dəzgahlarda və qayçılarda, həmçinin karkasların əldə qurulması işində məşğul olan armaturçu;

əl işi ilə məşğul olan asfaltbetonçu, asfaltbetonçu-bişirici;

monolit konstruksiyalara və qurğulara betonun əl ilə düzülməsi, betonun, torpağın və qırmadaş-çinqıl əsasların əl ilə, əl vibratorları və pnevmatik alətlərlə sıxlaşdırılması ilə məşğul olan betonçu;

bitum bişirən;

hidromontyor;

əl ilə asfalt-beton döşəmələrin təmiri ilə məşğul olan yol fəhləsi;

keçidlərin qazılması ilə məşğul olan yerqazan;

əhəngsöndürən;

termik üsulla izolə edən izoliyaçı;

modullu tam silikat kərpiçlərin düzülməsi üzrə bənna; kessonçu-aparatçı, kessonçu-keçidqazan, kessonçu-çilingər, kessonçu-elektrik quraşdırıcısı;

turşuya davamlı qatları çəkən yapışqançı;

polad dam üzrə taxtapuşçu;

avtoqudron döşəyicinin maşinisti, avtoçuxurqazanın maşinisti;

qreyder-elevator maşinisti;

gücü 150 a.q. və daha artıq olan daxiliyanma mühərrikli elektrik stansiyasında işləyən səyyar elektrik stansiyasının maşinisti;

qır əridən səyyar qurğuların maşinisti, beton soran qurğuların maşinisti;

birçalovlu ekskavatorun maşinisti, rotorlu ekskavatorun (kanal və xəndək qazan) maşinisti;

səyyar asfaltbeton qarışdırıcının maşinisti;

asfaltbeton düzücünün maşinisti;

asfaltbeton örtüyü termik üsulla qızdıran maşınlara xidmətlə məşğul olan maşinist;

avtoqreyder maşinisti;

buldozer maşinisti;

skreper maşinisti;

daxiliyanma mühərriki ilə işləyən səyyar elektrik qaynaq aqreqat maşinisti;

metallaşdırıcı;

hündürlükdə rabitə-antena işləri üzrə məşğul olan quraşdırıcı;

hündürlükdə və hündürlüyə çıxmaqla işlərdə məşğul olan polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı;

kanalisaziya sisteminin təmiri ilə məşğul olan sanitar-texniki sistemlərin və avadanlığın quraşdırıcısı;

sobaların və qazanların odluqlarının isti təmiri ilə məşğul olan odadavamcı;

istilik elektrik stansiyalarının (İES) və su elektrik stansiyalarının (SES) tikintisində qazan qurğularının daxilinin hörülməsi ilə məşğul olan odadavamçı;

qurğuşun lehimləyicisi;

qumvuran;

bütün dülgərlik işləri ilə məşğul olan dülgər;

əl və pnevmatik alətlərdən istifadə etməklə beton, dəmir-beton və daş (kərpiç) konstruksiyalarda deşiklərin (şırımların, oyuqların) açılması ilə məşğul olan fəhlələr;

plitələrin sındırılması işlərində, binaların və qurğuların sökülməsi ilə məşğul olan fəhlələr;

tikinti-quraşdırma pistoletlərdən istifadə etməklə konstruksiyaların və detalların bərkidilməsi ilə məşğul olan fəhlələr;

ağac kötüklərinin çıxarılması ilə məşğul olan fəhlələr; pnevmaalətlərdən istifadə etməklə əl ilə dəmir-beton dayaqların baş hissələrinin kəsilməsi, beton və dəmir-beton konstruksiyaların sındırılması, betonların yuxarı hissələrinin kəsilməsi ilə məşğul olan fəhlələr, sənaye müəssisələrində dəmir-beton borularının düzüçüsü:

sənaye müəssisələrində kərpic boruların düzüçüsü.


Yüklə 213,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin