Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi


Normativ hüquqi aktın qəbul olunması zərurətinin əsaslandırılmasına aşağıdakılar barədə məlumatlar daxil edilməlidir



Yüklə 0,73 Mb.
səhifə17/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   ...   13   14   15   16   17   18   19   20   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

Normativ hüquqi aktın qəbul olunması zərurətinin əsaslandırılmasına aşağıdakılar barədə məlumatlar daxil edilməlidir:



  • normativ hüquqi aktın layihəsinin hazırlanmasının məqsədləri, onun mövcud hüquqi tənzimləmədə dəyişikliklər edən struktur elementlərinin hüquqi tənzimləmə predmeti;

  • Azərbaycan Respublikası qanunvericiliyinin və onun tətbiqi təcrübəsinin, xarici dövlətlərin qanunvericiliyinin, kütləvi informasiya vasitələrində dərc olunmuş materialların, normativ hüquqi aktın layihəsinin hüquqi tənzimləmə predmetinə dair fiziki və hüquqi şəxslərin müraciətlərinin aparılmış təhlili;

  • normativ hüquqi aktın qəbul edilməsinin ehtimal olunan nəticələrinin proqnozlaşdırılması;

  • normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli, habelə hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı.

Normativ hüquqi akta dəyişiklik edilməsi üçün qərarın qəbul edilməsi prosesinin sənədlərlə təsviri



“Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2011-ci il 12 iyul tarixli 112 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsinin qəbul olunması zərurətinə dair
Ə S A S L A N D I R M A
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda pul kompensasiyası ödənilir. Göründüyü kimi, qanunda pul kompensasiyasının yalnız prokurorluq işçilərinə verilməsi qeyd olunmuş, lakin onun ailə üzvlərinə belə kompensasiyanın verilməsi nəzərdə tutulmamışdır. Buna baxmayaraq qanunvericilikdə daxili işlər, miqrasiya orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan əməkdaşlara, o cümlədən onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı üçün yaşayış məntəqəsindən asılı olaraq pul kompensasiyasının verilməsi müəyyən edilmişdir.
Bu məqsədlə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanmışdır.
Qanun layihəsinin qəbulu ilə əlaqədar qanunvericiliyin uyğunlaşdırılması məqsədilə “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2011-ci il 12 iyul tarixli 112 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar layihəsi də hazırlanmışdır.
Qeyd olunan qərar layihəsinin qəbulu prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və sosial rifahının daha da yaxşılaşdırılmasına xidmət edəcəkdir.
Bu hüquqi aktların qəbul edilməsi ilə əlaqədar təqdim edilmiş hüquqi aktlardan başqa ləğv və ya dəyişiklik edilməli olan digər hüquqi aktlar (onların struktur elementləri) yoxdur.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin