Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi



Yüklə 0,73 Mb.
səhifə48/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   ...   44   45   46   47   48   49   50   51   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 sentyabr 2020-ci il
№ 1166




Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsdiq edilməsi barədə


AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 8-ci bəndinə və 111-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı təsdiq edilsin.
Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Bakı şəhəri, 27 sentyabr 2020-ci il
№ 165-VIQR



Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Konstitusiyasının 120-ci maddəsinin I hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikası Prezidentinin aktları əsasında və onların icrası məqsədi ilə Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikası Prezidentinin aktları ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qərarlar formasında normativ hüquqi aktlar qəbul edir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qə­bul edilən əsasnamələr, ni­zam­namələr, qaydalar və norma nə­zərdə tutan digər aktlar Azər­baycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti, habelə mərkəzi icra hakimiyyəti orqanları tərəfindən həll edilə bilməyən məsələlər üzrə normativ hüquqi aktlar qəbul edir.
Normativ hüquqi akt Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul olunduqda bu normativ hüquqi aktın istinad etdiyi Azərbaycan Respublikası Konstitusiyasının maddəsi və ya Azərbaycan Respublikası Prezidentinin aktı göstərilməli və həmin aktın icrası məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”yə əsasən Aparat Nazirlər Kabinetinin qərarlarının layihələrinə dair “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda nəzərdə tutulmuş məcburi ekspertizaların keçirilməsini və müvafiq rəylərin hazırlanmasını təmin edir, Nazirlər Kabinetinin normativ hüquqi aktlarını rəsmi şərh edir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin