Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi


Təcili elan olunan qanun layihəsi Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün qəbul edildiyi gündən 24 saat ərzində



Yüklə 0,73 Mb.
səhifə45/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   ...   41   42   43   44   45   46   47   48   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

Təcili elan olunan qanun layihəsi Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün qəbul edildiyi gündən 24 saat ərzində təqdim edilir.
Azərbaycan Respublikasının Prezidenti qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalayır. Qanun Azərbaycan Respublikası Prezidentinin etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət ərzində Azərbaycan Respublikasının Milli Məclisinə qaytara bilər. Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin qəbul etdiyi qanunu öz etirazları ilə qaytararsa, Milli Məclis həmin qanuna təkrar baxır.
Azərbaycan Respublikası Prezidentinin qaytardığı qanunu Milli Məclisin sədri müvafiq aparıcı komitənin və ya xüsusi yaradılmış komissiyanın rəyinə göndərir. Həmin komitə və ya komissiya məsələyə 10 gün müddətində baxıb Milli Məclisə aşağıdakı qərarlardan birinin qəbul olunmasını təklif edir:



  • qanun Azərbaycan Respublikası Prezidentinin təklif etdiyi dəyişikliklərlə qəbul edilsin;

  • Azərbaycan Respublikası Prezidentinin qanunun məqsədəuyğun olmaması barədə təklifi qəbul edilsin;

  • qanun qəbul edilmiş redaktədə saxlanılsın.

Milli Məclisin sədri bu rəyi aldıqdan sonra Azərbaycan Respublikası Prezidentinin qaytardığı qanunu təkrar baxılmaq üçün Milli Məclisin növbəti iclasının gündəliyinə salır və dərhal bu barədə Azərbaycan Respublikası Prezidentinə xəbər verir.


Qanuna təkrar baxılmasına Azərbaycan Respublikası Prezidentinin nümayəndəsinin çıxışından başlanılır. Bundan sonra Milli Məclisin komitə və ya komissiyasının rəyi oxunur.
Azərbaycan Respublikasının Prezidenti məsələni qanunun məqsədəuyğun olmaması kimi qoyursa, birinci bu təklif səsə qoyulur və Milli Məclisin deputatlarının azı 63 səs çoxluğu ilə qəbul edildikdə, qanun qəbul edilməmiş sayılır. Həmin təklif qəbul edilməzsə, qanunun təkrarən qəbul edilməsi haqqında təklif səsə qoyulur. Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsinin II hissəsinə uyğun olaraq Milli Məclis 83 səs çoxluğu il qəbul edilən qanunu 95 səs çoxluğu ilə, 63 səs çoxluğu ilə qəbul edilən qanun isə 83 səs çoxluğu ilə yenidən qəbul edərsə, qanun təkrarən qəbul edilmiş sayılır və dərc olunmaq üçün 7 gündən gec olmayaraq Azərbaycan Respublikasının Prezidentinə göndərilir.
Azərbaycan Respublikasının Prezidenti qanunda dəyişikliklər edilməsi təklifi ilə onu Milli Məclisə qaytararsa, bu təklif birinci səsə qoyulur. Təklif zəruri səs çoxluğu yığdıqda qanun Azərbaycan Respublikası Prezidentinin təklif etdiyi dəyişikliklərlə qəbul olunmuş sayılır.
Azərbaycan Respublikası Prezidentinin təklifi tələb olunan səs çoxluğu almazsa, qanunun Milli Məclis tərəfindən qəbul edilmiş redaktədə saxlanılması haqqında məsələ səsə qoyulur. Təkrarən qəbul olunmuş qanun dərc olunmaq üçün 7 gündən gec olmayaraq Azərbaycan Respublikasının Prezidentinə göndərilir.
Qanunun təkrarən qəbul edilməsi və qanunun Milli Məclis tərəfindən qəbul edilmiş redaktədə saxlanılması barədə qərarlar qəbul edilməzsə, Azərbaycan Respublikası Prezidentinin Milli Məclisə qaytardığı qanunlar qəbul edilməmiş sayılır.
Konstitusiya qanunları Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmazsa, qüvvəyə minmir. Azərbaycan Respublikasının Milli Məclisi 83 səs çoxluğu ilə qəbul edilən qanunları 95 səs çoxluğu ilə, 63 səs çoxluğu ilə qəbul edilən qanunları isə 83 səs çoxluğu ilə yenidən qəbul edirsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir.
Qanunun özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun dərc edildiyi gündən qüvvəyə minir.
Qanunlarda icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin