Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi



Yüklə 0,73 Mb.
səhifə43/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   ...   39   40   41   42   43   44   45   46   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

Milli Məclisin Aparatı komitənin tapşırığı ilə qanun layihələrinin məcburi hüquqi və linqvistik ekspertizalarını keçirir, habelə qanun layihəsinin qəbul edilməsi ilə əlaqədar hazırlanmalı, dəyişdirilməli və ya ləğv edilməli normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısını tərtib edir. Hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı olmadan qanun layihələrinin hazır­lan­masına yalnız bunun üçün 1 ildən artıq müddət tələb edildikdə yol verilir. Bu halda aparıcı komitə tərəfindən müvafiq siyahının təqdim edilməsi müddətini müəyyən edən tapşırıq hazırlanır.
Milli Məclisin deputatlarının və başqa qanunvericilik təşəbbüsü hüququ subyektlərinin qanun layihələrinə aid qeyd və təkliflərinə aparıcı komitənin iclaslarında baxılır.
Milli Məclisin komitələri arasında baxılan layihələrə dair fikir ayrılığı əmələ gələrsə, aparıcı komitənin qərarı əsas götürülür. Bu qərarla razı olmayan komitənin rəyi Milli Məclisin bu məsələyə aid iclasında deputatlara yazılı şəkildə çatdırılır.
Hazırlanmış və ya baxılmış layihə Milli Məclisin iclasının gündəliyinə daxil edilmək üçün iclasa dəvət olunmalı şəxslərin siyahısı ilə birlikdə Milli Məclisin sədrinə təqdim edilir.
Qanunvericilik təşəbbüsü hüququnun subyekti və ya onun səlahiyyətli nümayəndəsi Milli Məclisdə layihə üzərində aparılan işdə iştirak etmək hüququna malikdir.
Azərbaycan Respublikasının Milli Məclisində birinci, ikinci və üçüncü oxunuşlarda baxılması üçün tam hazırlanmış qanun layihəsi müvafiq oxunuşda baxılmasına azı 5 gün qalmış qanunvericilik təşəbbüsü hüqu­qu­nun subyektinə təqdim edilir.
Milli Məclisin iclaslarında baxılacaq qanun layihələri Milli Məclisin iclasına azı 3 gün qalmış deputatlara paylanılır.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilmiş qanun layihəsi bütün maraqlı dövlət orqanları ilə razılaşdırılmış hesab olunur.
Milli Məclisdə bir oxunuşda baxılan qanun layihələrinə aşağıdakılar aiddir:

  • dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi barədə qanun layihələri;

  • uyğunlaşdırma məqsədi ilə hazırlanmış, həmçinin ad və digər texniki xarakter daşıyan dəyişiklikləri (müddət, məbləğ, yaş senzi ilə bağlı, həmçinin subyektlərin hüquqi vəziyyətinə təsir edən, hüquq məsuliyyətini yaradan və ya aradan qaldıran, yüngülləşdirən və ya ağırlaşdıran dəyişikliklər istisna olmaqla) nəzərdə tutan qanun layihələri;




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin