Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi



Yüklə 0,73 Mb.
səhifə40/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   ...   36   37   38   39   40   41   42   43   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinə uyğun olaraq, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsini rəy verilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VIII hissəsini və 153-cü maddəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 61-63-cü, 65-67-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında təkliflərinə aşağıdakı rəy verilsin:
“Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsində təklif olunan dəyişikliklər Azərbaycan Respublikası Konstitusiyasının 155-ci maddəsinin tələblərinə uyğundur”.
2. Azərbaycan Respublikasının Referendum Aktının layihəsində təklif edilən 981-ci maddəyə aşağıdakı məzmunda II hissənin əlavə edilməsi məqsədəmüvafiq hesab edilsin:
“II. Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti 5 ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.”.
3. Qərar elan olunduğu andan qüvvəyə minir.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev
Bakı şəhəri, 25 iyul 2016-cı il.




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin