Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi


AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI



Yüklə 0,73 Mb.
səhifə39/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   ...   35   36   37   38   39   40   41   42   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilsin.
2. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi dərc edilsin (əlavə olunur).
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 iyul 2016-cı il
№ 2212




Azərbaycan Respublikası adından
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə rəy verilməsinə dair
AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARI
(Çıxarış)
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi - hakim) ibarət tərkibdə,
Fəraid Əliyev və Elməddin Hüseynovun katibliyi ilə,
xüsusi konstitusiya icraatında maraqlı subyektin Qanuni nümayəndəsi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VIII hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında xüsusi konstitusiya icraatı qaydasında Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinə uyğun olaraq, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilməsinə dair 2016-cı il 18 iyul tarixli 2212 saylı sərəncamı ilə bağlı konstitusiya işinə baxdı.
İş üzrə hakimlər R.Qvaladze və K.Şəfiyevin məruzələrini, maraqlı subyektin qanuni nümayəndəsi Ş.Əliyevin çıxışını dinləyib müzakirə edərək Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin