Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi


Maddə 13. Məhkumların vicdan və dini etiqad azadlığının təmin edilməsi



Yüklə 0,55 Mb.
səhifə11/136
tarix28.12.2021
ölçüsü0,55 Mb.
#17219
1   ...   7   8   9   10   11   12   13   14   ...   136
Maddə 13. Məhkumların vicdan və dini etiqad azadlığının təmin edilməsi

13.1. Məhkumların vicdan və dini etiqad azadlığına təminat verilir. Onlar istədikləri dinə etiqad etmək və ya etməmək hüququna malikdirlər.

13.2. Məntəqə tipli cəzaçəkmə müəssisələri və xüsusi müəssisələrdə məhkumların xahişi ilə onlara cəzanın icra edildiyi inzibati ərazi vahidi hüdudları daxilində ibadət yerlərinə getməyə icazə verilə bilər.

13.3. Müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış dini birliklərin din xadimləri məhkumların xahişi ilə cəzaçəkmə müəssisələrinə dəvət olunurlar. Məhkumlara cəzaçəkmə müəssisələrində dini ayinləri yerinə yetirməyə, dini ləvazimat və ədəbiyyatdan istifadə etməyə icazə verilir. Bu məqsəd üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti müvafiq yer ayırır.

13.4. Din xadimlərinin şəxsi təhlükəsizliyi təmin olunmaqla, onlar xüsusi rejimli cəzaçəkmə müəssisələrinin birnəfərlik kameralarında, intizam və cərimə təcridxanalarında, kamera tipli otaqlarda saxlanılan məhkumların yanına buraxıla bilərlər.

13.5. Ağır xəstəliyi ilə əlaqədar həyatı üçün təhlükə yaranan məhkumların xahişi ilə din xadimləri zəruri dini ayinləri yerinə yetirmək üçün cəzaçəkmə müəssisələrinə dəvət oluna bilərlər. (3)




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin