Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi


III fəsil. Cəzanı icra edən müəssisə və orqanlar, onların fəaliyyətinə nəzarət



Yüklə 0,55 Mb.
səhifə13/136
tarix28.12.2021
ölçüsü0,55 Mb.
#17219
1   ...   9   10   11   12   13   14   15   16   ...   136
III fəsil. Cəzanı icra edən müəssisə və orqanlar, onların fəaliyyətinə nəzarət

Maddə 15. Cəzanı icra edən müəssisə və orqanlar

15.1. İctimai işlər növündə cəza məhkumun yaşadığı, cərimə və əmlak müsadirəsi növündə cəzalar isə hökmü çıxaran məhkəmənin, həmçinin məhkumun işlədiyi və ya onun əmlakının olduğu yerin icra məmuru tərəfindən icra edilir.

15.2. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.

15.3. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza məhkumun yaşayış yeri üzrə icra məmuru və ya cəzaçəkmə müəssisələrinin müdiriyyəti tərəfindən icra edilir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza barəsində hökmün tələbləri məhkumun iş yeri üzrə, həmçinin qanuna uyğun olaraq fəaliyyətin müvafiq növü ilə məşğul olmağa icazəni ləğv etmək səlahiyyəti olan orqanlar həyata keçirir.

15.4. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzanı nəqliyyat vasitəsini idarəetmə hüququnu verən orqan icra edir.

15.5. İslah işləri növündə cəzanı icra məmuru icra edir.

15.6. Azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların icrasını müvafiq olaraq penitensiar müəssisələr (xüsusi müəssisələr və cəzaçəkmə müəssisələri) həyata keçirirlər.

15.7. Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə növündə cəza hökmü çıxaran məhkəmə tərəfindən icra edilir. Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə barəsində hökmün tələbləri həmin rütbəni, fəxri adı və ya dövlət təltifini verən orqan tərəfindən həyata keçirilir.

15.8. Hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza hərbi qulluqçuların xidmət yeri üzrə hərbi hissə komandiri, intizam xarakterli hərbi hissədə saxlama növündə cəza isə bu məqsədlər üçün yaradılmış hərbi hissənin komandiri tərəfindən icra edilir.

15.9. Şərti məhkum edilmiş məhkumlara nəzarəti icra məmurları həyata keçirir.

15.10. Azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslərin cəzalarının icrası və çəkilməsi qaydalarının həyata keçirilməsi mexanizmi, bu cəza növlərinin xüsusiyyətlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş Daxili İntizam Qaydaları ilə müəyyən edilir.

15.11. Cəzaları icra edən müəssisələr və ya orqanlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılır və ya ləğv edilir.




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin