Məhkəmənin adı



Yüklə 33 Kb.
tarix31.01.2017
ölçüsü33 Kb.
#6797
nümunə
_____________________________________________

məhkəmənin adı


İddiaçı_________________________________________________

MPM-nin 149.2.2-ci mad. iddiaçı barədə göstərilən məlumatlar


Cavabdeh_____________________________________________

MPM-nin 149.2.2-ci mad. cavabdeh barədə göstərilən məlumatlar


İddianın qiyməti____________________________________________

(məbləğ manatla,əgər iddia qiymətləndirilməlidirsə)


İşçinin təqsiri üzündən işgötürənə dəymiş maddi zərərin

əvəzinin ödənilməsi haqqında

İDDİA ƏRİZƏSİ

“___”_______20_ci il tarixdən cavabdeh ____________(işəgötürənin adı)______vəzifəsində (peşəsində) işləyir(di) və _________ (əmək funksiyasını,görülən işin xarakterini göstərmək) işini görür(dü).

Xidməti vəzifələrini yerinə yetirən vaxt cavabdeh tərəfindən_____(işəgötürənin adı) _____manat miqdarında maddi ziyan dəymişdir (hesabat əlavə olunur),hansı ki,Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən əvəzi tam həcmdə ödənilməlidir.

_______(işəgötürənin adı) __________(hədisəni şərh etmək,hesabatları təqdim etmək,sübutlara istinad etmək, müqavilələr,məhkəmə və normativ hüququ aktlar,nəzərə almaq lazımdır ki,işəgötürən qarşısında işçi tam maddi məsuliyyəti aşağıdakı hallarda daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə;c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda;ç) əmlakı və ya digər maddi sərvətləri qəsddən korladıqda, məhv etdikdə, habelə işəgötürənə digər üsulla qəsddən ziyan vurduqda;d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurduqda;e) işəgötürənin kommersiya sirrini yaydıqda;ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurduqda) səbəbdən ziyan vurulmuşdur.

Qeyd olunan məbləğdə________(işəgötürənin adı) maddi ziyanın vurulmasında cavabdehin təqsiri,həmçinin ziyanın vurulması ilə cavabdehin hərəkətləri (hərəkətsizliyi) arasında səbəbli əlaqənin mövcud olması________(sübutları təqdim etmək) sübutlarla təsdiq olunur.

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191 və 199-cu maddələrinə əsasən,
xahiş edirəm:
1.____manat məbləğində maddi ziyan_________(cavabdehin S.A.A.) ________ (işəgötürənin adı) xeyrinə tutulsun.
2.İddianın təmin olunması üçün cavabdehin əmlakı üzərinə həbs qoyulsun.

Qoşma:

1. Cavabdehin işə qəbul olunması haqqında əmrin surəti (əmirdən çıxarış) _____ vərəqə;

2. Ziyanın vurulmasını təsdiq edən sübutlar _____ vərəqə;

3.Ziyanın hesabatı ___vərəqə;

4. Ziyanın vurulması ilə cavabdehin hərəkətləri (hərəkətsizliyi) arasında səbəbli əlaqənin mövcud olmasını təsdiq edən sübutlar___vərəqə;

5.Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənətlər____vərəqə;



İddia ərizəsinin surəti.
Ərizənin verilmə tarixi: “____”_________20__ci il
İddiaçının imzası
Yüklə 33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin