Azərbaycan Respublikasında
Psixi Sağlamlıq Sistemi
HAQQINDA
ÜST-PSSQV
HESABATI
M
INISTRY OF
H
EALTH
A
ZERBAIJAN
Ümumdünya
Səhiyyə
Təşkilatı
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
2
Azərbaycan Respublikasında
Psixi Sağlamlıq Sistemi
HAQQINDA
ÜST-PSSQV
HESABATI
Azərbaycan Respublikasında psixi sağlamlıq sisteminin
qiymətləndirilməsi haqqında hesabat Ümumdünya Səhiyyə Təşkilatı
tərəfindən tətbiq edilən Psixi Sağlamlıq Sistemlərinin Qiymətləndirilməsi
üçün Vasitədən (ÜST-PSSQV) istifadə olunmaqla hazırlanmışdır
(Bakı, Azərbaycan Respublikası)
2007
ÜST, Azərbaycan Respublikası
ÜST, Avropa
ÜST-nin Psixi Sağlamlıq və Narkotik Vasitələrdən Sui-istifadə Departamenti
Ümumdünya
Səhiyyə
Təşkilatı
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
3
Bu nəşr ÜST-nin Azərbaycan Respublikası Ofisi tərəfindən, ÜST-nin Avropa Bürosu
və Baş Qərargahı ilə əməkdaşlıq şəraitində hazırlanmışdır. ÜST-nin Baş
Qərargahında Psixi Sağlamlıq və Narkotik Vasitələrdən Sui-istifadə Departamentinin
Sübut və Tədqiqatlar Qrupu, həmçinin Qeyri-infeksion Xəstəliklər və Psixi Sağlamlıq
Bölümü bu işin yerinə yetirilməsinə dəstək vermişdir.
Daha ətraflı məlumat almaq və fikirlərinizi bildirmək üçün, zəhmət olmasa, əlaqə
saxlayın:
1) Ceyhun Məmmədov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə
və İslahatlar Mərkəzi, e-mail: jeyhun.mammadov@isim.az
2) Sevil Əsədova, ÜST-nin Azərbaycan Respublikası Ofisi, e-mail:
sevil_asadova@yahoo.com
3) Şexar Saksena, ÜST-nin Baş Qərargahı, e-mail: saxenas@who.int
(ISBN)
Ümumdünya Səhiyyə Təşkilatı, 2007
Təklif edilən istinad: Azərbaycan Respublikasında Psixi Sağlamlıq Sistemi haqqında
ÜST-PSSQV hesabatı, ÜST və Səhiyyə Nazirliyi, Bakı, Azərbaycan Respublikası, 2007.
Mətnin müəllif hüquqları ÜST-nin Azərbaycan Respublikası Ofisinin qaydalarına
əsaslanır
4
MİNNƏTDARLIQ.......................................................................................................5
İXTİSARLARIN
SİYAHISI .......................................................................................6
QISA
MƏZMUN ..........................................................................................................7
GİRİŞ ............................................................................................................................9
SİYASƏT
VƏ
QANUNVERİCİLİK
STRUKTURU ..............................................11
Siyasət, planlar və qanunvericilik ........................................................................11
Psixi sağlamlıq xidmətlərinin maliyyələşdirilməsi..............................................11
İnsan hüquqları siyasəti ........................................................................................13
PSİXİ
SAĞLAMLIQ
XİDMƏTLƏRİ......................................................................13
Psixi sağlamlıq xidmətlərinin təşkili.....................................................................13
Ambulator psixiatriya müəssisələri......................................................................13
Gündüz stasionarı müəssisələri ............................................................................14
Ümumi təyinatlı xəstəxanaların psixiatriya şöbələri ..........................................14
Yaşayış tipli ictimai müalicə müəssisələri............................................................15
Psixiatriya xəstəxanaları .......................................................................................15
Məhkəmə psixiatriyası və digər yaşayış tipli müalicə müəssisələri ...................16
İnsan hüquqları və ədalət......................................................................................16
Yekun qrafiklər......................................................................................................18
İLKİN
SƏHİYYƏ
SİSTEMİNDƏ
PSİXİ
SAĞLAMLIQ
XİDMƏTLƏRİ ...........22
İlkin səhiyyə işçilərinə psixiatriyanın tədrisi.......................................................22
İlkin səhiyyə sistemində psixiatriya......................................................................22
İlkin səhiyyədə dərmanların təyini.......................................................................23
KADR
RESURSLARI ...............................................................................................23
Psixi sağlamlıq xidmətlərində mövcud kadr resurslarının sayı ........................23
İstehlakçı və ailə assosiasiyaları............................................................................27
ƏHALİNİN
MAARİFLƏNDİRİLMƏSİ
VƏ
DİGƏR
SEKTORLARLA
ƏLAQƏLƏR.................................................................27
Əhalinin maarifləndirilməsi və psixi sağlamlıq sahəsində məlumatlandırma
kampaniyaları ........................................................................................................27
Psixi pozğunluqları olan şəxslər üçün qanunvericilik və maliyyə şərtləri........28
Digər sektorlarla əlaqələr......................................................................................28
MONİTORİNQ
VƏ
TƏDQİQATLAR ....................................................................29
AZƏRBAYCANDA PSİXİ SAĞLAMLIQ SİSTEMİNİN
GÜCLÜ VƏ ZƏİF CƏHƏTLƏRİ ............................................................................31
PSİXİ
SAĞLAMLIQ
SİSTEMİNİN
GÜCLƏNDİRİLMƏSİNDƏ
NÖVBƏTİ
ADDIMLAR...........................................33
ƏLAVƏ
A...................................................................................................................34
5
MİNNƏTDARLIQ
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tətbiq edilən Psixi Sağlamlıq Sistemlərinin
Qiymətləndirilməsi üçün Vasitə (ÜST-PSSQV) Azərbaycan Respublikasında psixi sağlamlıq
sistemi haqqında məlumatların toplanmasında istifadə olunmuşdur.
Azərbaycan Respublikasında layihə Şirin Kazımov, Fuad İsmayılov, Murad Sultanov, Səbuhi
Abdullayev tərəfindən yerinə yetirilmişdir.
Layihə ÜST ölkə ofisi heyətinin üzvü Sevil Əsədova və Azərbaycan Respublikası Səhiyyə
Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov tərəfindən
koordinasiya edilmişdir.
Əsas iştirakçı qurumlar olan Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kimi təşkilatlarla əməkdaşlıq edilmədən bu
tədqiqatın yerinə yetirilməsi mümkün olmazdı. Azərbaycan Psixiatriya Assosiasiyası (AzPA),
Beynəlxalq Tibb Korpusunun Azərbaycan nümayəndəliyi və Psixiatriya üzrə Qlobal
Təşəbbüsün rolu yüksək qiymətləndirilməlidir. Psixi sağlamlıq üzrə Milli koordinator Gəray
Gəraybəyli və AzPA-nın layihələr üzrə katibi Fidan Məmmədovaya xüsusi təşəkkürlərimizi
bildiririk. Hesabatın nəzərdən keçirilməsində fəal iştiraklarına və faydalı düzəlişlər etdiklərinə
görə Bakı səhəri Ruhi-Əsəb Xəstəlikləri Dispanserinin baş həkimi t.e.d. Nadir Əliyevə,
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Psixiatriya kafedrasının müdiri
professor Teymur Qafarova, AzPA-nın prezidenti professor Nadir İsmayılova və Azərbaycan
Respublikasının Baş Məhkəmə Psixiatrı professor Bilal Əsədova dərin minnətdarlığımızı
bildiririk.
Ümumdünya Səhiyyə Təşkilatının Psixi Sağlamlıq Sistemlərinin Qiymətləndirilməsi üçün
Vasitəsi (ÜST-PSSQV), ÜST Cenevrə ofisinin Psixi Sağlamlıq və Narkotik Vasitələrdən Sui-
istifadə Departamentinin Sübut və Tədqiqatlar Qrupu tərəfindən, ÜST-də və digər
təşkilatlarda çalışan həmkarları ilə əməkdaşlıq şəraitində konseptual cəhətdən hazırlanmış və
tərtib edilmişdir.
ÜST-PSSQV-in tərtib edilməsi haqqında tam məlumat əldə etmək üçün aşağıda göstərilən
saytda yerləşdirilmiş ÜST-PSSQV (ÜST, 2005) sənədinə müraciət edin.
http://www.who.int/mental_health/evidence/WHO-AIMS/en/index.html
Layihə, Amerika Birləşmiş Ştatlarının Milli Psixi Sağlamlıq İnstitutu (Milli Sağlamlıq
İnstitutları nəzdində) və Psixi Sağlamlıq Xidmətləri Mərkəzi (Narkotik Vasitələrdən Sui-
istifadə və Psixi Sağlamlıq Xidmətləri Administrasiyası [SAMHSA] nəzdində); İtaliyanın
Lombardiya vilayətinin Səhiyyə İdarəsi; Belçikanın İctimai Səhiyyə Nazirliyi; Kanadanın
Sağlamlıq Tədqiqatları İnstitutları – Nevrologiya, Psixi Sağlamlıq və Narkomaniya İnstitutu
tərəfindən maliyyə yardımı və/ və ya kadr dəstəyi almışdır.
ÜST Baş Qərargahında ÜST-PSSQV qrupuna Benedetto Saraseno, Şexar Saksena, Tom
Barret, Antonio Lora, Mark van Ommeren, Codi Morris, Anna Mariya Berrino və Qrazia
Motturi daxildir.
ÜST-PSSQV layihəsi Şexar Saksena tərəfindən koordinasiya edilmişdir.
6
İXTİSARLARIN
SİYAHISI
AzPA Azərbaycan Psixiatriya Assosiasiyası
DB Dünya
Bankı
İS
İctimai səhiyyə
İSX
İlkin səhiyyə xidməti
KTM Klinik
Tibbi
Mərkəz, Bakı
MK Məcburi köçkünlər
MPEM Məhkəmə-Psixiatriya Ekspertizası Mərkəzi
MPSŞ
Məhkəmə psixiatriyası stasionar şöbəsi (Məcburi müalicə üçün
nəzərdə tutulan stasionar şöbələri)
PND Psixonevroloji
dispanser
PS Psixi
sağlamlıq
PSS Psixi
sağlamlıq sistemi
PSSQV Psixi
Sağlamlıq Sistemlərinin Qiymətləndirilməsi üçün Vasitə
PX Psixiatriya
xəstəxanası
PSŞ Psixosomatik
şöbə
SƏT Sübutlara
əsaslanan təbabət
SN Səhiyyə Nazirliyi
Soİ Sovet
İttifaqı
Sİ Sosial
işçi
ÜST Ümumdünya
Səhiyyə Təşkilatı
7
QISA
MƏZMUN
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tətbiq edilən Psixi Sağlamlıq Sistemlərinin
Qiymətləndirilməsi üçün Vasitə (ÜST-PSSQV) Azərbaycan Respublikasında 2006-cı
ilə mövcud olan psixi sağlamlıq sistemi haqqında məlumatların toplanmasında istifadə
olunmuşdur. Bu məlumatların toplanmasında məqsəd psixi sağlamlıq sistemini
təkmilləşdirmək və dəyişikliklərə nəzarəti təmin etmək üçün əsas hazırlamaqdır.
Nəticədə, Azərbaycan Respublikasında psixi sağlamlıqla bağlı dəqiq məlumatlara
əsaslanmış, aydın baza informasiyaya və hədəflərə malik planlar tərtib etməyə imkan
yaranacaqdır. Bu, həmçinin islahatlar siyasətinin həyata keçirilməsində, icma
yönümlü xidmətlərin verilməsində, psixi sağlamlıq sahəsində maarifləndirmə,
profilaktika, müalicə və reabilitasiya məsələlərinə pasiyentlərin, ailələrin və digər
iştirakçıların cəlb edilməsində baş verən irəliləyişləri müşahidə etmək üçün faydalı
olacaqdır.
Hal-hazırda Azərbaycanda psixi sağlamlıqla bağlı siyasət həyata keçirilmir. Həmçinin
psixi sağlamlıq sahəsində strateji plan və fövqəladə hallar/ fəlakətlər üçün psixi
sağlamlıqla bağlı hazırlıq planı mövcud deyildir. Sosial sığorta sistemi formalaşma
dövründə olduğuna görə psixi sağlamlıqla bağlı xidmətlər sığorta ilə tam təmin
olunmur. Ölkədə insan hüquqlarına riayət edilməsinə rəy verən qurumun olmasına
baxmayaraq, həmin orqan psixi xəstə şəxslərin hüquqlarının qorunması ilə bağlı
məsələləri sistemli şəkildə həyata keçirmir.
Ölkədə psixi sağlamlıq məsələləri ilə məşğul olan rəsmi qurum yoxdur. On bir
ambulator psixiatriya müəssisəsinə hər 100 000 nəfər ümumi əhalidən 1092 nəfər
müraciət edir. Gündüz stasionarları kifayət qədər istifadə olunmur və onlarda hər 100
000 nəfər ümumi əhali üçün 24,9 pasiyent müalicə olunur. Ümumi tipli
xəstəxanalardan yalnız ikisində stasionar psixiatriya şöbəsi mövcuddur və onların
çarpayı sayı hər 100 000 nəfər əhali üçün 0,71-ə bərabərdir. Bu stasionar psixiatriya
şöbələrində uşaqlar və yeniyetmələr üçün çarpayılar nəzərdə tutulmamışdır. Ölkədə
ümumi çarpayı sayı hər 100 000 nəfər əhali üçün 48,9-a bərabər olan doqquz
psixiatriya xəstəxanası (PX) vardır. Psixiatriya xəstəxanalarına ilk növbədə
şizofreniyadan əziyyət çəkən, şizofreniyaya bənzər əlamətlərlə və sayıqlama ilə
müşayiət edilən xəstəlikləri olan pasiyentlər (36%) qəbul edilir. İnsan hüquqlarının
pozulması halları bəzi stasionar psixiatriya müəssisələrində müşahidə edilir. Kultural
xüsusiyyətlərlə əlaqədar olaraq, Azərbaycan Respublikasında qadınlar tibbi yardım
üçün psixiatriya müəssisələrinə kişilərdən daha az müraciət edirlər. Belə ki,
Azərbaycan Respublikasında qadınların ailə çərçivəsində qayğısına qərb ölkələri ilə
müqayisədə daha çox diqqət yetirilir. Psixiatriya müəssisələrinə müraciət edənlərə
psixososial sahədə hər hansı köməklik göstərilmir. Psixiatriya müəssisələrinin
hamısında (100%) müəssisədə tətbiqi mümkün olan hər dərman qrupu üzrə heç
olmasa bir pulsuz psixotrop preparatla təmin olunmuşdur.
İlkin səhiyyə xidməti işçiləri psixi sağlamlıqla bağlı hər hansı təlimlər keçmirlər və
nadir hallarda psixiatriya müəssisələri ilə qarşılıqlı əlaqələr yaradırlar.
Hər 100 000 nəfər əhaliyə psixi sağlamlıq sahəsində çalışan 22 işçi düşür. Sosial
işçilər və klinik psixoloqlar üçün bu göstəricilər xüsusilə aşağı səviyyədədir. Peşə
xəstəlikləri üzrə mütəxəssislər arasında psixi sağlamlıq məsələləri ilə məşğul olanlar
yoxdur. Psixi sağlamlıq sahəsində çalışan işçilər, əsasən psixiatriya xəstəxanaları və
8
paytaxt şəhəri olmaqla, qeyri-bərabər şəkildə paylanmışdır. Psixi sağlamlıq (PS)
məsələləri ilə əlaqədar istehlakçılar və ya ailələr tərəfindən yaradılmış hər hansı
assosiasiya yoxdur.
PS sahəsində nəşr olunan materiallara və aparılan məlumatlandırma kampaniyalarına
nəzarət edən heç bir əlaqələndirici qurum mövcud deyil. İşlə və yaşayış yeri ilə
təminat, həmçinin işdə və yaşayış yerində ayrı-seçkilik hallarının qarşısının alınması
qanunvericilikdə nəzərdə tutulmuşdur, ancaq praktikada tətbiq edilmir. PS xidməti ilə
İİV/QİÇS, reproduktiv sağlamlıq, narkotik vasitələrdən sui-istifadə məsələləri ilə
məşğul olan idarə/təşkilatlar, hərbi və kriminal ədliyyə orqanları arasında rəsmi
əlaqələr mövcuddur.
Məlumatlar müxtəlif səviyyəli müəssisələr tərəfindən verilmiş hesabatlar əsasında
toplanmış və tərtib edilmişdir. Qeyd etmək lazımdır ki, həmin hesabatlar hər hansı bir
dövlət qurumu tərəfindən nəşr edilib yayılmamışdır. Ölkədə aparılmış tədqiqatlar,
əsasən, psixi pozğunluqların klinik cəhətdən qiymətləndirilməsi, psixiatriya
xidmətlərinin tədqiq olunması, psixososial, psixoterapevtik və farmakoloji
müdaxilələr üzərinə yönəlmişdir.
9
GİRİŞ
Azərbaycan Respublikası 86 600 kvadrat kilometr əraziyə malikdir. Azərbaycan
hökumətinə və BMT qətnamələrinə
1
əsaslanan informasiyaya görə, Azərbaycan
Respublikasının ərazisinin təqribən 20%-ini təşkil edən və Dağlıq Qarabağ bölgəsinin
daxilində və ətrafında olan torpaqlar erməni silahlı qüvvələri tərəfindən işğal
edilmişdir. Ölkə əhalisi 8 436 400 nəfərdir və onların 10%-dən çoxunu qaçqın və
məcburi köçkünlər təşkil edir. Bu, dünya miqyasında adambaşına düşən qaçqın
sayına görə ən yüksək göstəricilərdən biridir. Ölkədə istifadə olunan əsas dillər
Azərbaycan və rus dilləridir. Ən böyük dini qrup müsəlmanlardır (96%), digər dini
qrupları isə Rus Pravoslav və Erməni Apostol kilsələrinə və Yəhudi Sinaqoquna aid
şəxslər təşkil edir. Ən böyük etnik qrup azərbaycanlılardır – 90,6%, dağıstanlılar –
2,2%, ruslar – 1,8%, ermənilər – 1,5% (erməni əhalisinin əksəriyyəti erməni silahlı
qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaşayır, 30 mindən artıq
erməni isə Azərbaycanın digər ərazilərində qalmaqdadır); digər etnik qruplara talışlar,
tatarlar, mesheti türklər, ukraynalılar, kürdlər, gürcülər, tatlar, yəhudilər və udinlər
daxildir. Dünya Bankının 2006-cı il meyarlarına görə, Azərbaycan gəliri aşağı orta
səviyyədə olan ölkələr sırasına daxildir.
Ümumi əhali içərisində 15 yaşdan kiçik olanların payı 25,4%, 60 yaşdan böyük
insanların payı isə 7% təşkil edir. Kənd əhalisi 49%-dir. Ümumi əhali üçün gözlənilən
orta ömür müddəti 65,9 ildir (kişilər üçün 61,8 il, qadınlar üçün 70,6 il). Gözlənilən
sağlam həyat müddəti haqqında informasiya mövcud deyil. Ümumi savadlılıq
səviyyəsi 98,8%-dir: kişilər arasında 99,5%, qadınlar arasında isə 98,2%.
Dövlət səhiyyə büdcəsi Ümumi Daxili Məhsulun (ÜDM) 0,6%-ni təşkil edir. Dünya
Bankına (DB) görə ümumi səhiyyə xərclərinin yalnız 20%-i ictimai xərclərdən
ibarətdir, 78%-ni isə, əsasən nağd yolla ödənilən, qeyri-rəsmi xüsusi xərclər təşkil edir.
Psixi sağlamlıq sahəsində adambaşına düşən illik dövlət xərcləri 0,34 $ təşkil edir.
Ölkənin səhiyyə sistemi Sovet İttifaqı (Soİ) dövründə formalaşmış və Soİ
dağıldıqdan sonra keçid dövrünü yaşamaqdadır. O, siyasi və iqtisadi dəyişikliklərin
ortaya qoyduğu tələblərə tam cavab vermək iqtidarında deyil.
“Psixi Sağlamlıq sahəsində Siyasət və Xidmətlər” Beynəlxalq Konsorsiumu
Azərbaycan Respublikasında 2000-2002-ci illərdə tədqiqat aparmışdır. Tədqiqata
əsasən Azərbaycan Respublikasının mədəniyyətində psixi sağlamlığın əhəmiyyəti
əksərən ailə dəyərləri, maddi rifah və adət-ənənələrə əməl olunması çərçivəsində
qəbul edilir. Qeyd-şərtsiz psixi sağlamlıq daxili müvazinəti, gündəlik işləri yerinə
yetirmək qabiliyyətini və şəxsi problemlərin həlli zamanı düzgün qərarlar verilməsini,
həmçinin ümumi qəbul olunmuş davranış normalarına əməl edilməsini nəzərdə tutur.
Zəif və orta dərəcəli depressiya və ya həyəcan kimi bəzi psixiatrik pozğunluqlar ciddi
emosional problem kimi qəbul olunmur, odur ki, "psixi xəstəlik" anlayışı ağır
psixiatrik pozğunluqlara şamil edilir. Psixi xəstə damğası almaqdan ehtiyat edən
pasiyentlər və onların ailələri psixi problemləri gizlətməyə cəhd edir və rəsmi
psixiatriya xidmətlərinə müraciət etməkdən çəkinirlər. PSS-in strukturu son onilliklər
ərzində dəyişməmişdir. PSS çərçivəsində göstərilən xidmətlər hələ də
institusionallaşdırılmış tərzdə həyata keçirilir və həmin xidmətlərin çeşidi məhdud
1
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ üzrə 1993-cü il 822, 853, 874, 884 saylı Qətnamələri
10
olaraq qalır. Psixiatriya müəssisələrinin kifayət sayda olmaması ilə yanaşı, onların
şəraiti və texniki təchizatı tibbi xidmətlərin müasir standartlarına cavab vermir. Bu
müəssisələrin əksəriyyəti çox köhnə və sınıq-salxaq, yetərli su və istilik təchizatı
olmayan binalarda yerləşir.
Hər 100 000 nəfər əhali üçün xəstəxanaların ümumi çarpayı sayı 829-a bərabərdir,
onların təqribən 2%-i özəl sektordadır. Ölkədə 6041 ümumi praktika həkimi –
terapevt vardır. İlkin səhiyyə xidmətlərinə gəldikdə isə, ölkədə həkim ştatları ilə təmin
olunmuş 1595 ilkin səhiyyə klinikası mövcuddur.
ÜST-PSSQV aləti
Ümumdünya Səhiyyə Təşkilatının Psixi Sağlamlıq Sistemlərinin Qiymətləndirilməsi
üçün Vasitəsi (ÜST-PSSQV) ölkə və ya regionun psixi sağlamlıq sistemi haqqında
zəruri informasiyanın toplanması üçün ÜST tərəfindən tətbiq edilən yeni alətdir (ÜST,
2005; Saksena və b.). Bu informasiyanın toplanmasında məqsəd psixi sağlamlıq
sistemlərinin təkmilləşdirilməsi və dəyişikliklərə nəzarət üçün əsas yaradılmasıdır.
ÜST-PSSQV ilk növbədə aşağı və orta gəlirli ölkələrin psixi sağlamlıq sistemlərinin
qiymətləndirilməsi üçün nəzərdə tutulmuşdur, ancaq o yüksək maddi resurslara malik
ölkələr üçün də dəyərli qiymətləndirmə alətidir. ÜST-PSSQV-nin məqsədlərinə uyğun
olaraq, başlıca məramı psixi sağlamlığın qorunması, bərpası və saxlanması olan bütün
fəaliyyətlərin cəmi psixi sağlamlıq sistemi kimi müəyyən olunur. Psixi sağlamlığın
yaxşılaşdırılmasına yönəlmiş tədbirlər həyata keçirən bütün təşkilatlar və resurslar
psixi sağlamlıq sisteminə daxildir. ÜST-PSSQV 2.1 psixi sağlamlıq sistemlərinin əsas
cəhətlərini əhatə edən 6 sahədən, 28 aspektdən və 155 bənddən ibarətdir. Bundan
başqa, məlumatların daxil edilməsi proqramı və ölkə hesabatı hazırlamaq üçün şablon
kimi resurslar da bura daxildir. Həmin resurslar məlumatları effektiv şəkildə
toplamağa və sonra sürətlə bu informasiyanı planlaşdırmaya yardım edə biləcək
biliklərə çevirməyə imkan verəcəkdir.
ÜST-PSSQV-nin tətbiqi vasitəsilə güclü və zəif tərəflər haqqında informasiya əldə
etmək olar, bu isə psixiatriya xidmətlərinin yaxşılaşdırılmasına kömək edir. ÜST-
PSSQV ayrı-ayrı ölkələrə psixi sağlamlıqla bağlı dəqiq məlumatlara əsaslanmış, aydın
baza informasiyaya və hədəflərə malik planlar tərtib etməyə imkan yaradır. Bu,
həmçinin islahatlar siyasətinin həyata keçirilməsində, icma yönümlü xidmətlərin
verilməsində, psixi sağlamlıqla bağlı maarifləndirmə, profilaktika, müalicə və
reabilitasiya məsələlərinə pasiyentlərin, ailələrin və digər iştirakçıların cəlb
edilməsində baş verən irəliləyişləri müşahidə etmək üçün faydalı olacaqdır.
Hesabat üçün məlumatlar 2007-ci ildə toplanmışdır və 2006-cı ilin informasiyasına
əsaslanır.
Dostları ilə paylaş: |