SİYASƏT
VƏ
QANUNVERİCİLİK
STRUKTURU
Siyasət, planlar və qanunvericilik
Psixi sağlamlıq xidmətlərinin gələcək inkişaf istiqamətlərinin aydın şəkildə
göstərildiyi ayrıca bir sənədin mövcud olmaması ölkədə psixi sağlamlıq siyasətinin
olmadığına dəlalət edir. Ölkədə həm psixi sağlamlıq planı, həm də fövqəladə hallar/
fəlakətlər üçün psixi sağlamlıqla bağlı hazırlıq planı mövcud deyildir.
Psixi sağlamlıqla bağlı qanunvericilik sənədlərinin ilk hissəsi 2001-ci ildə qüvvəyə
minmişdir və hal-hazırda bu, psixiatriya xidmətlərinin təmin edilməsi şərtlərini
nizamlayan yeganə hüquqi aktdır. Bu qanun əsasən aşağıdakı komponentlərə
yönəlmişdir:
1.
Psixiatriya xidmətlərindən, o cümlədən ən az məhdudiyyətlərlə müşayiət
olunan xidmətlərdən istifadə imkanı;
2.
Psixiatriya xidmətləri istehlakçıları, onların ailə üzvləri və digər xidmət
istifadəçilərinin hüquqları;
3.
Psixi xəstəliyi olan şəxslər üçün səlahiyyət, fəaliyyət qabiliyyəti, qəyyumluqla
bağlı məsələlər;
4.
Könüllü, könüllü olmayan və məcburi müalicə;
5.
Mütəxəssislərin və xidmət müəssisələrinin akkreditasiyası;
6.
Psixi xəstəliyi olan şəxslər üçün qanunların tətbiqi və məhkəmə sistemi ilə
bağlı digər məsələlər;
7.
Müalicəyə məcburi cəlb edilmə və müalicə praktikalarına nəzarət
mexanizmləri.
Psixi sağlamlıqla əlaqədar məsələlər, həmçinin cinayət və mülki qanunvericilik
sənədləri ilə tənzimlənir. Bundan başqa, psixi sağlamlıqla bağlı qanunların bəzi
aspektlərinin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin
verdiyi bir sıra qərarlar vardır. Lakin qeyd etmək lazımdır ki, həmin qərarlar bu
sahədə qəbul edilmiş qanunların əksər hissəsini əhatə etmir. Psixi sağlamlıqla
əlaqədar qanunvericiliyin əksər komponentlərinin tətbiqi üçün standartlaşdırılmış
sənədləşmə və proseduralar yoxdur. Psixiatrlar, hüquqşünaslar və istehlakçılar psixi
sağlamlıqla bağlı qanunvericiliyin mövcud normaları ilə kifayət qədər tanış deyil.
Əsas dərman maddələrinin siyahısı mövcuddur və 2005-ci ildə yenilənmişdir. Bu
dərmanlara neyroleptik, trankvilizator, antidepressant və antiepileptik preparatlar
daxildir. Litium əsas dərman maddələri siyahısına daxil edilməmişdir. Karbamazepin
və valproatlar əhval-ruhiyyənin sabitləşdirilməsi üçün istifadə olunur.
Psixi sağlamlıq xidmətlərinin maliyyələşdirilməsi
Səhiyyə Nazirliyi tərəfindən səhiyyə xərclərinin 3%-i psixi sağlamlıq xidmətlərinə
sərf edilir. Psixi sağlamlığa ayrılan bütün vəsaitlərin 85%-i psixiatriya
xəstəxanalarının payına düşür. Psixi sağlamlıqla bağlı xərclərin ən böyük hissəsini
istehlakçıların xidmət təminatçılarına nağd yolla ödənişləri təşkil edir. Bu təcrübə
qeyri-rəsmi olduğu üçün, hesablanmır və qeydiyyata alınmır.
12
Şizofreniya və epilepsiya xəstəliklərinə düçar olan şəxslər və psixi xəstəliyə görə 1-ci
və 2-ci qrup əlillər ambulator psixiatriya müəssisələrində qeydiyyata götürüldükdə
əsas psixotrop preparatları pulsuz almaq imkanına malikdirlər. Qiymətləndirmə dövrü
ərzində, ölkə əhalisinin 1%-dən az hissəsinin həmin pulsuz dərmanlardan istifadə
etmək hüququ var idi. Qeydiyyata götürülmüş pasiyentlər hər kateqoriya üzrə azı bir
pulsuz psixotrop dərman ala bilirlər. Psixiatriya yardımı üçün müraciət edən
pasiyentlərin əksəriyyəti "psixi xəstə" damğası almaqdan ehtiyat etdikləri üçün
psixiatriya müəssisələrində qeydiyyata durmaqdan çəkinirlər, ona görə də pulsuz
psixotrop preparatlardan istifadə hüququndan məhrumdurlar və dərmanları öz
vəsaitləri hesabına almaq məcburiyyətindədirlər. Dərmanları nağd pulla alanlar üçün,
ən aşağı qiymətli antipsixotik və antidepressant preparatların hər birinin gün ərzində
qəbulunun dəyəri minimal gündəlik əməkhaqqının 3%-ini təşkil edir (uyğun olaraq,
gündə 0,06 və 0,07 ABŞ dolları).
Sosial sığorta sxemlərində psixi sağlamlıqla bağlı xidmətlərin təmini nəzərdə
tutulmamışdır. Psixiatriya xəstəxanalarında müalicə (məsələn, bəzi dərmanlar,
laboratoriya müayinələri) və qulluqla (məsələn, bəzi ləvazimat və materiallar) bağlı
məsrəflər dövlət tərəfindən ödənilir.
PSİXİ_SAĞLAMLIĞA__AYRILAN_HİSSƏSİ__97%__3%__Bütün_digər_səhiyyə'>DİAQRAM 1.1. DÖVLƏT SƏHİYYƏ XƏRCLƏRİNİN PSİXİ SAĞLAMLIĞA
AYRILAN HİSSƏSİ
97%
3%
Bütün digər səhiyyə
xərcləri
Psixi sağlamlıqla bağlı
xərclər
DİAQRAM 1.2. PSİXİ SAĞLAMLIQLA BAĞLI DÖVL?T X?RCL?RİNİN
PSİXİATRİYA X?ST?XANALARINA AYRILAN HİSS?Sİ
85%
15%
Psixiatriya x?st?xanalarına
ayrılan x?rcl?r
Bütün dig?r s?hiyy?
x?rcl?ri
DİAQRAM 1.2. PSİXİ SAĞLAMLIQLA BAĞLI DÖVLƏT XƏRCLƏRİNİN
DİAQRAM 1.2. PSİXİ SAĞLAMLIQLA
BAĞLI DÖVL?T X?RCL?RİNİN
Psixiatriya
Psixiatriya xəstəxana-
larına ayrılan xərclər
Psixi sağlamlıqla bağlı
bütün digər xərclər
13
İnsan hüquqlarının müdafiəsi məsələləri
İnsan hüquqlarına riayət edilməsinə rəy verən qurumun olmasına baxmayaraq
(Ombudsman ofisi), həmin orqan psixi xəstə şəxslərin hüquqlarının qorunması ilə
bağlı məsələləri müntəzəm surətdə nəzərdən keçirmir. Belə ki, psixiatriya
xəstəxanaları və ümumi təyinatlı xəstəxanaların psixiatriya şöbələrinin heç birində,
pasiyentlərin insan hüquqlarının qorunması ilə bağlı ildə azı bir dəfə yerinə yetirilməli
olan kənar qurumların baxış keçirməsi və ya yoxlaması aparılmır. Psixiatriya
xəstəxanaları və ümumi təyinatlı xəstəxanaların psixiatriya şöbələri işçiləri
pasiyentlərin insan hüquqlarının qorunması mövzusunda heç olmasa bir günlük
treninq, yığıncaq və ya digər növ məşğələlərdə iştirak etməyiblər. Bununla əlaqədar,
son iki il ərzində qeyri-hökumət və peşə təşkilatları tərəfindən təxminən 40 nəfər
xəstəxana işçisinə pasiyentlərin insan hüquqlarının qorunması üzrə treninq keçilmişdir.
İşgəncələrin, Qeyri-insani və ya Təhqiredici Müalicə və ya Cəzanın Qarşısının
Alınması üzrə Avropa Komissiyasının ekspert rəyinə görə, müəyyən psixiatriya
müəssisələrində insan hüquqlarının pozulması halları vardır.
PSİXİ
SAĞLAMLIQ
XİDMƏTLƏRİ
Psixi sağlamlıq xidmətlərinin təşkili
Ölkədə psixi sağlamlıq sahəsində səlahiyyətli qurum yoxdur. Səhiyyə Nazirliyinin
Baş psixiatrı vəzifəsi əsasən məsləhətverici funksiya daşıyır. Bu vəzifə üçün fəaliyyət
dairəsi Soİ-dan qalan normativ sənədlə müəyyən edilir (Soİ Səhiyyə Nazirliyinin
1985-ci il tarixli 225 saylı əmri).
Psixiatriya xidmətləri Səhiyyə Nazirliyi tərəfindən idarə olunur və ərazi/xidmət
sahələri prinsipi üzrə təşkil edilmişdir. 50 000-dən 150 000 nəfərə qədər əhaliyə
xidmət göstərən hər bir şəhər və ya rayon poliklinikasında psixiatr ştatı vardır. Bu
psixiatrlar, həm öz rayonlarının baş həkimləri (poliklinikaların baş həkimləri), həm də
xidmət dairəsi 300 000 - 600 000 nəfər əhalini əhatə edən bölgələrarası Psixonevroloji
dispanserlərin (PND) tabeliyində fəaliyyət göstərirlər (PND-lərə onlar hesabatlarını
təqdim edirlər).
Ambulator psixiatriya müəssisələri
Ölkədə 11 ambulator psixiatriya müəssisəsi (PND) mövcuddur, onlardan biri (9%)
yalnız uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuşdur. 11 ambulator psixiatriya
müəssisəsinin doqquzunda stasionar müalicəsi üçün çarpayılar vardır. Lakin
ambulator müəssisələrində olan çarpayılar haqqında məlumatlar "Psixiatriya
xəstəxanaları" bölməsində (səh. 15) verilmişdir. Bu müəssisələrdə ümumi əhalinin hər
100 000 nəfəri üçün 1092 pasiyent (1,1%) müalicə olunur.
Ambulator psixiatriya müəssisələrində müalicə alan bütün şəxslərin təqribən 25%-ini
qadınlar və təxminən 16%-ini uşaq və yeniyetmələr təşkil edir. Mədəni
xüsusiyyətlərlə əlaqədar olaraq, Azərbaycan Respublikasında qadınlar tibbi yardım
üçün psixiatriya müəssisələrinə kişilər qədər tez-tez müraciət etmirlər və onlar daha
çox öz ailələri və qohumları tərəfindən dəstək alırlar. Kişilərdən fərqli olaraq, gənc
14
yaşlı qadınlar sosial həyatda da – peşə fəaliyyəti və asudə vaxtın keçirilməsi ilə
əlaqədar tədbirlərdə – daha az iştirak edirlər. Qadınların kişilərə nisbətən SN
xidmətlərindən istifadə imkanlarının aşağı olmasının digər səbəbi, hərbi xidmətə
çağırışla əlaqədar, orduya yararlılığın müəyyən edilməsi məqsədilə kişilərin psixiatrik
müayinədən keçməsidir. Psixi xəstəlik damğası almaq qorxusu qadınlarda kişilərdə
olduğundan daha yüksəkdir və onların şikayətləri çox zaman ciddi qəbul olunmur.
Psixi və davranış pozğunluqları ilə əlaqədar ambulator psixiatriya müəssisələrində
müalicə alan şəxslərin ilkin diaqnozu nevrotik, stresslə bağlı olan, somatik formalı
xəstəliklər (25%) və şizofreniya, şizofreniyaya bənzər və sayıqlama ilə müşayiət
edilən xəstəliklər (19%) olur. Həyata keçirilmiş qiymətləndirmə əsasında belə fikir
söyləmək olar ki, Azərbaycan Respublikasında psixi xəstəliklərin statistik bölgüsü
Avropa ölkələrində olduğundan əhəmiyyətli dərəcədə fərqlənir, çünki psixiatrlar
tərəfindən zəif və orta ağır əhval-ruhiyyə pozğunluqları diaqnozu əksər hallarda
qoyulmur. Qiymətləndirmə aparılmış il ərzində hər pasiyentin psixiatriya müəssisələri
ilə kontaktlarının orta sayı 3,48-ə bərabər olmuşdur.
Ambulator müəssisələr tərəfindən həyata keçirilən icma daxilində sonrakı qayğı və
himayə əsasən bu müəssisələrin daxilində göstərilir. Qanunvericiliyə əsasən
pasiyentlərin evə yazılması üçün onlardan qabaqcadan razılıq alınması lazımdır.
PND-lərdə fəaliyyət göstərən işçilərin nəqliyyatla təmin edilməməsi səbəbindən
pasiyentlərin evlərinə gedişlər məhduddur. PND-lərdə mobil psixiatriya qrupları
yoxdur, çünki mobil psixiatriya qrupu Təcili tibbi yardım xidmətlərinin bir hissəsidir.
Pasiyentlər PND-lərdə hər hansı psixososial yardım almırlar, çünki xidmətlər yalnız
psixofarmakoterapiya ilə məhdudlaşır. Ambulator psixiatriya müəssisələrinin hamısı
(100%), hər dərman qrupu üzrə (neyroleptik, antidepressant, əhval-ruhiyyəni
tənzimləyən, trankvilizator və antiepileptik dərmanlar) heç olmasa bir psixotrop
preparatla təmin olunmuşdur və bu preparatları bütün il ərzində müəssisədə və ya
yaxınlıqda yerləşən aptekdə əldə etmək mümkündür.
Gündüz stasionarı müəssisələri
Ölkədə beş "gündüz müalicə şöbəsi" mövcuddur. Onlardan dördü paytaxtda
yerləşmişdir: ikisi psixiatriya xəstəxanalarının bir hissəsidir, digər ikisi isə ambulator
psixiatriya müəssisələrinin (yaşlılar və uşaqlar üçün PND-lər) tərkibinə daxildir.
Mövcud gündüz stasionarı müəssisələrinin biri (20%) uşaqlar və yeniyetmələr üçün
nəzərdə tutulmuşdur. Əlavə A-da göstərilmiş ölkə PSS-nin blok-sxeminə baxın.
Bu şöbələr tam gücü ilə istifadə edilmir və onlarda hər 100 000 nəfər ümumi əhali
üçün 24,9 pasiyent müalicə olunur. Gündüz stasionarı müəssisələrinin qadın
pasiyentləri haqqında məlumatlar toplanmamışdır. Gündüz stasionarı müəssisələrində
müalicə olunan bütün pasiyentlərin 17%-ini uşaq və yeniyetmələr təşkil edir.
Ümumi təyinatlı xəstəxanaların psixiatriya şöbələri
İctimai xəstəxanaların stasionar psixiatriya bölmələri ümumi profilli stasionarların
"psixosomatik şöbələri" adlanır. Ölkədə cəmi 60 çarpayı tutumu olan (hər 100 000
nəfər əhali üçün 0,71) iki belə şöbə vardır. Ümumi təyinatlı xəstəxanaların psixiatriya
şöbələrindəki bu çarpayıların heç biri uşaq və yeniyetmələr üçün nəzərdə
15
tutulmamışdır. Uşaq və yeniyetmələr ümumi təyinatlı xəstəxanaların psixiatriya
şöbələrinə qəbul edilmirlər. Ümumi təyinatlı xəstəxanaların psixiatriya şöbələrinə
qəbul edilmiş pasiyentlərin cinslər üzrə bölgüsü haqqında məlumat yoxdur.
Ümumi təyinatlı xəstəxanaların psixiatriya şöbələrinə qəbul zamanı qoyulan
diaqnozlar, əsasən göstərilən iki diaqnostik qrupa aid olur: şizofreniya, şizoid tipli və
sayıqlama ilə müşayiət olunan xəstəliklər (38%) və əhval-ruhiyyə pozğunluqları (7%).
Orta hesabla pasiyentlər çıxarışa qədər burada 30,8 gün qalırlar. PND-lərdə olduğu
kimi, ümumi təyinatlı xəstəxanaların psixiatriya şöbələrində də, aparılan müalicə
yalnız farmakoterapiya üzərində qurulmuşdur və psixososial müdaxilələr həyata
keçirilmir.
Ümumi təyinatlı xəstəxanaların psixiatriya şöbələrinin hamısı (100%), hər dərman
qrupu üzrə (neyroleptik, antidepressant, əhval-ruhiyyəni tənzimləyən, trankvilizator
və antiepileptik dərmanlar) müəssisədə əldə edilməsi mümkün olan heç olmasa bir
psixotrop preparatla təmin edilmişdir.
Ümumi təyinatlı xəstəxanalardakı psixiatriya şöbələrindən biri, həmin xəstəxananın
əsaslı təmiri ilə əlaqədar olaraq artıq bir ildən çoxdur ki, məhdud şəkildə fəaliyyət
göstərir. Odur ki, bu şöbə üçün toplanmış məlumatlar 2006-cı ilin birinci rübünün
statistik göstəricilərini əks etdirir.
İcma əsaslı yaşayış müəssisələri
Ölkədə psixi pozğunluqları olan şəxslər üçün icma əsaslı yaşayış müəssisələri mövcud
deyil.
Psixiatriya xəstəxanaları
Ölkədə ümumi çarpayı sayı 4125 olan (hər 100 000 nəfər əhali üçün 48,9 çarpayı)
doqquz psixiatriya (ruhi) xəstəxanası (PX) vardır. Bu çarpayı sayına, həmçinin
ambulator psixiatriya müəssisələrində (PND) olan çarpayı miqdarı daxil edilmişdir.
Ölkənin ən böyük xəstəxanasının strukturuna ambulator psixiatriya müəssisəsi
daxildir. Bundan başqa, yalnız həmin xəstəxanada 50 çarpayılıq uşaq şöbəsi və 50
çarpayılıq yeniyetmə şöbəsi vardır. Beləliklə, psixiatriya xəstəxanalarındakı
çarpayıların yalnız 2%-i uşaq və yeniyetmələr üçün ayrılmışdır. Psixiatriya
xəstəxanalarındakı çarpayı sayı son beş il ərzində 1% artmışdır (bu məlumat rəsmi
statistik göstəricilərə əsaslanır və təmirlə əlaqədar olaraq çarpayı fondunun bir
hissəsinin faktiki olaraq fəaliyyət göstərmədiyini nəzərdə tutmur).
Psixiatriya xəstəxanalarına pasiyentlər ilk növbədə şizofreniya, şizoid tipli və
sayıqlama ilə müşayiət olunan xəstəliklərlə (36%) əlaqədar qəbul olunurlar. Bundan
əlavə, psixiatrik müayinədən keçirilən insanlarda tez-tez şəxsiyyətin formalaşması və
davranışla bağlı pozğunluqlar (8%) aşkar edilir. Psixiatriya xəstəxanaları
pasientlərinin sayı hər 100
000 nəfər əhali üçün 107,4-ə bərabərdir.
Qiymətləndirilmənin aparıldığı il ərzində psixiatriya xəstəxanalarında hər pasiyent
üçün orta çarpayı-günlərin sayı 64,5 olmuşdur.
Mövcud stasionar müəssisələrinin çatışmazlıqlarından biri də psixiatriya
xəstəxanalarının qısa və uzunmüddətli müalicə müəssisələri şəklində bölgüsünün
16
aparılmamasıdır. Pasiyentlərin stasionarda qalma müddətinə görə bölünməsi haqqında
indiyədək informasiya yoxdur, çünki pasiyentlərin qeydiyyatının mövcud sisteminə
əsasən stasionarda qalma müddəti nəzərə alınmır. Xəstəliklərinin ağırlıq dərəcəsi və
gedişindən asılı olmayaraq, psixiatriya xəstəxanalarında pasiyentlər oxşar şəraitdə
saxlanılırlar. Psixiatriya xəstəxanalarında aparılan müalicə yalnız farmakoterapiya
üzərində qurulmuşdur. Ayrı-ayrı psixiatriya xəstəxanalarında məhdud psixososial
reabilitasiya təşəbbüslərinin mövcud olmasına baxmayaraq, ümumilikdə psixososial
tədbirlər xəstəxanalarda aparılan müdaxilələrə daxil deyil. Psixiatriya xəstəxanalarının
hamısı, hər dərman qrupu üzrə (neyroleptik, antidepressant, əhval-ruhiyyəni
tənzimləyən, trankvilizator və antiepileptik dərmanlar) müəssisədə əldə edilməsi
mümkün olan heç olmasa bir psixotrop preparatla təmin edilmişdir. Dərmanlarla
təchizat qeyri-müntəzəm həyata keçirilir, preparatların çeşidi və miqdarı məhduddur.
Müalicə Sübutlu Təbabət (ST) prinsiplərinə əsaslanan qəbul edilmiş rəhbərliklər və ya
protokollar üzrə aparılmır.
Məhkəmə psixiatriyası və digər yaşayış tipli müalicə müəssisələri
Psixiatriya müəssisələrindəki çarpayılardan əlavə, psixi pozğunluqları olan şəxslər
üçün məhkəmə psixiatriyası stasionar şöbələrində 370 çarpayı və digər yaşayış tipli
müəssisələrdə (əqli inkişafdan geri qalanlar üçün internat-evləri, qocalar evləri, əlillər
evləri və s.) 1617 çarpayı vardır. Bunlar qapalı tipli müəssisələr olub, orada saxlanılan
şəxslərin insan və sosial hüquqlarına riayət edilməsi və buna nəzarət kifayət dərəcədə
deyil. Məhkəmə psixiatriyası və digər müəssisələrdə uzun zaman qalan pasiyentlərin
saxlanma müddətinə görə bölgüsü haqqında informasiya əldə etmək mümkün
olmamışdır.
İnsan hüquqları və ədalət
Ümumi təyinatlı xəstəxanaların psixiatriya şöbələrinə, həmçinin psixiatriya
xəstəxanalarına məcburi yerləşdirilmə barədə informasiya əldə etmək mümkün deyil,
çünki məcburi yerləşdirmə haqqında qanunvericiliyin tətbiqini təmin edən
proseduralar yoxdur və bu cür yerləşdirmələri qeydə almaq üçün statistik formalar
mövcud deyil. Bundan başqa, son bir il ərzində ümumi təyinatlı xəstəxanaların
psixiatriya şöbələrində və psixiatriya xəstəxanalarında heç olmasa bir dəfə məcburi
saxlanmış və ya təcrid edilmiş pasiyentlər haqqında məlumatların qeydiyyatı
aparılmamışdır. Lakin stasionar psixiatriya müəssisələrində belə hallara rast gəlinir.
Belə ki, qeyri-qanuni yerləşdirmə və azadlıqdan məhrum etmə, stasionar
müəssisələrdə vəzifədən sui-istifadə, müalicənin tamamlanmasından sonra qohumlar
tərəfindən pasiyentlərin evə aparılmasından imtina edilməsi kimi məsələlər hələ də
mövcuddur.
Ən böyük şəhərdə və ya onun ətraf bölgələrində olan psixiatriya müalicəsi
çarpayılarının sıxlığı bütün ölkə üzrə olduğundan 2,75 dəfə artıqdır. Çarpayıların bu
cür paylanması kənd sakinləri üçün istifadə imkanlarını məhdudlaşdırır. Digər
azlıqların (məsələn, linqvistik, etnik, dini azlıqlar) nümayəndələri üçün psixi
sağlamlıq xidmətlərindən istifadə imkanlarında ədalətsizliyə yol verilməsi ilə bağlı
ölkədə hər hansı problem mövcud deyil.
Ölkədəki psixiatriya xəstəxanaları pis vəziyyətdədir və avadanlıqla çox zəif təchiz
olunmuşdur, ona görə də insanlar arasında burada müalicə olunmaqdan çəkinmə
17
meyli müşahidə edilir, yalnız ağır və kəskin pozğunluq hallarında bu müəssisələrə
müraciət etməyə məcbur olurlar.
18
Yekun qrafiklər
DİAQRAM 2.1. PSİXİATRİYA MÜƏSSİSƏLƏRİ VƏ YAŞAYIŞ TİPLİ DİGƏR
MÜƏSSİSƏLƏRDƏ ÇARPAYILARIN SAYI
PSİXİATRİYA
XƏSTƏXANALARI
67%
MƏHKƏMƏ
PSİXİATRİYASI
ŞÖBƏLƏRİ
6%
YAŞAYIŞ TİPLİ DİGƏR
MÜƏSSİSƏLƏR
26%
ÜMUMİ TƏYİNATLI
XƏSTƏXANALARIN
PSİXİATRİYA
ŞÖBƏLƏRİ
1%
Ölkədə psixiatriya müalicəsi çarpayılarının əksəriyyəti psixiatriya xəstəxanaları
tərəfindən təmin olunur, onun ardınca psixi sağlamlıq sisteminin daxilində və
xaricində olan digər yaşayış tipli müəssisələr gəlir.
Qeyd: Bu diaqramda, stasionar müəssisələrinə qəbul olunanların sayına əsaslanaraq, həmin
müəssisələrdə müalicə olunanların sayı göstərilmişdir. Pasiyentlərin əksəriyyəti ambulator
müəssisələrdə və psixiatriya xəstəxanalarında müalicə olunmuşdur, eyni zamanda ümumi
təyinatlı xəstəxanaların psixiatriya şöbələrində və gündüz stasionarlarında müalicə
olunanların səviyyəsi əhəmiyyətli dərəcədə aşağıdır.
DİAQRAM 2.2. PSİXİATRİYA MÜ?SSİS?L?RİND? MÜALİC?
OLUNAN PASİYENTL?RİN SAYI
(h?r 100 000 n?f?r ?hali üçün)
1092
24,9
2,9
107
0
200
400
600
800
1000 1200
OUTPATIENT FAC.
DAY TREATMENT FAC.
INPATIENT UNITS
MENTAL HOSPITALS
DİAQRAM 2.2. PSİXİATRİYA MÜƏSSİSƏLƏRİNDƏ MÜALİCƏ
OLUNAN PASİYENTLƏRİN SAYI
(hər 100 000 nəfər əhali üçün)
PSİXİATRİYA
XƏSTƏXANALARI
STASİONAR
ŞÖBƏLƏRİ
GÜNDÜZ
STASİONARLARI
AMBULATOR
MÜƏSSİSƏLƏRİ
19
GRAPH 2.3 - PERCENTAGE OF CHILDREN AND
ADOLESCENTS TREATED IN MENTAL HEALTH FACILITIES
AMONG ALL USERS
16%
17%
Dostları ilə paylaş: |