Ərtibçilər: Sevgiyə Əsədova Gülbahar Misirova Buraxılışa məsul və ixtisas redaktoru



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix02.12.2016
ölçüsü2,89 Kb.
#675
  1   2   3   4   5   6   7   8   9

1
AŞIQ ƏLƏSGƏR – 190
BİBLİOQRAFİYA
BAKI – 2011

2
Tərtibçilər:
Sevgiyə Əsədova
Gülbahar Misirova
Buraxılışa məsul və
ixtisas redaktoru:
Kərim Tahirov,
fəlsəfə doktoru,
Əməkdar mədəniyyət işçisi
Redaktor:
Mədinə Vəliyeva
Aşıq
Ələsgər

190:  biblioqrafiya
/tərt.  ed.:
S.Əsədova, G.Misirova; ixt. red. və burax. məsul K.Tahirov;
red.  M.Vəliyeva; M.F.Axundov  adına  Azərbaycan  Milli
Kitabxanası.- Bakı, 2011.- 149 s.

3
© M.F.Axundov adına Milli Kitabxana
,
2011TƏRTİBÇİDƏN
Milli-mənəvi  dəyərlərimizin  dövlət  səviyyəsində qorun-
ması  və onların  YUNESKO-nun  "Bəşəriyyətin  qeyri-maddi
mədəni irsinin reprezentativ siyahısı"na salınması Heydər Əli-
yev  Fondunun,  eləcə də Azərbaycan  Mədəniyyət  və Turizm
Nazirliyinin  bu  istiqamətdə həyata  keçirdiyi  beynəlxalq əhə-
miyyətli tədbirlərin nəticəsidir. Aşıq sənəti də YUNESKO-nun
qeyri-maddi  mədəni  irsinin  reprezentativ siyahısına  salınmış
mənəvi sərvətlərdən biridir.
2011-ci ilin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi
və Azərbaycan Aşıqlar Birlyi tərəfindən “Aşıq Ələsgər ili” elan
edilməsi  ilə əlaqədar  M.F.Axundov  adına  Milli  Kitabxana
tərəfindən  “Aşıq Ələsgər -190”  biblioqrafik  göstərici  tərtib
edilib.
Bu  Azərbaycan  aşıq  sənətinin  görkəmli  nümayəndəsi
Aşıq Ələsgər (Ələsgər  Alməmməd  oğlu) haqqında  tərtib
edilmiş ilk vəsaitdir.
Biblioqrafiyada aşıq sənətinin ən uca zirvəsində dayanan
Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında olan materiallar
öz əksini tapmışdır. Ədəbiyyat 1927-cı ildən 2011-ci ilə qədər
olan bir dövrü əhatə edir.
Aşıq Ələsgər irsini  geniş  oxucu  kütləsinə çatdırmaq
məqsədilə tərtib  edilmiş  bu  biblioqrafik  göstərici  üç  hissədən
ibarətdir. Birinci hissədə Aşıq Ələsgərin əsərləri, ikinci hissədə
onun  həyat  və yaradıcılığı  haqqında  çap  olunmuş ədəbiyyat,
üçüncü hissədə rus dilində olan ədəbiyyat öz əksini tapmışdır.
Göstəricidə ədəbiyyat xronologiya üzrə, daxildə isə əlifba
sırası ilə qruplaşdırılmışdır.
Biblioqrafik vəsaitdən istifadəni asanlaşdırmaq  məqsədi-
lə sonda  “Aşıq Ələsgərin əsərlərinin əlifba  göstəricisi”  və
“Aşıq Ələsgər  haqqında  yazmış  müəlliflərin əlifba  göstə-
ricisi”ndən ibarət köməkçi aparat verilmişdir.

4
Nəşrlə bağlı  arzu  və rəylərini  bildirəcək  hər  bir
mütəxəssisə

oxucuya
əvvəlcədən 
minnətdarlığımızı
bildiririk.
Ünvan: AZ-1000, Bakı şəhəri, Xaqani küçəsi 29
E-mail:
contact@anl.az
URL: www.anl.az

5
MƏNİ SEVİNDİRƏN KİTAB
Aşıq  poeziyasının,  ümumən ədəbiyyatımızın ən  uca
zirvəsi sayılan böyük ustadımız Aşıq Ələsgərin adı, şəxsiyyəti,
yaradıcılığı  hamımız  üçün əziz  və doğmadır.  Bu əzizliyin  və
doğmalığın  səbəbi  ondan  ibarətdir  ki,  Aşıq Ələsgər  bir  böyük
istedad  sahibi  kimi  xalqımızın əxlaqi  sərvətlərini,  mənəvi
dəyərlərini,  adət-ənənəsini,  toyunu-yasını,  sevincini-kədərini,
ictimai  dərdlərini  çox  böyük  ustalıqla,  uca  sənətkarlıqla  öz
əsərlərində əks  etdirmiş,  açıb  göstərmişdir.  Onun əsərlərində
Azərbaycan  təbiəti,  onun  dağları,  düzləri,  çayları,  gölləri,
bulaqları, göy  yaylaqları bütün ətri, təravəti və gözəlliyi ilə öz
əksini  tapmışdır.  Elə bu  səbəbdən  də onun  bizə gəlib  çatan
zəngin yaradıcılığı  özündən sonra gələn istedad sahiblərinin –
şairlərin,  aşıqların,  bəstəkarların,  xanəndələrin,  müğənnilərin,
rəssamların  diqqətini  çəkmiş,  hər  kəs  öz  imkanı  daxilində bu
böyük sənətkara öz töhfəsini vermişdir.
Aşıq Ələsgər  irsinin  toplanıb  üzə çıxarılmasında,  ustada
layiq şəkildə xalqa çatdırılmasında görkəmli alim və şairlərimi-
zin – Hümbət Əlizadənin, Əhliman Axundovun, İslam Ələsgər-
linin, Həmid Araslının, Mürsəl Həkimovun, Səttar Axundovun,
Osman  Sarıvəllinin,  Hüseyn  Arifin,  Məmməd  Aslanın,  İlyas
Tapdığın, Vaqif Vəliyevin və b. böyük və danılmaz xidmətləri
olmuşdur.
Xüsusən,  Aşıq Ələsgər  irsinin  geniş  şəkildə araşdırılma-
sında, öyrənilməsində, tədqiqində Hümbət Əlizadənin daha çox
xidməti olmuşdur.
Aşıq Ələsgərin  sağlığında  kitabı  nəşr  edilməmişdir.  İlk
nəşri  1937-ci  ildə Hümbət Əlizadənin  tərtib  etdiyi  “Aşıq
Ələsgər”  adlı  kitabı  olmuşdur.  Bundan  sonra  müxtəlif  illərdə
ustadın  kitabları  dolğunlaşa-dolğunlaşa,  təkmilləşə-təkmilləşə
nəşrdən  nəşrə daha  mükəmməl  şəkildə çap  olunmağa  başla-
mışdır.  İldən-ilə onun yaradıcılığına maraq daha da güclənmiş,

6
xalqımızın görkəmli alimləri onun  yaradıcılığını bütün  yönlər-
dən, müxtəlif istiqamətlərdən təhlil və tədqiq etmişlər.
1972-ci ildə ustadın anadan olmasınınm 150 illiyi, 1988-
ci  ildə 175  illiyi  çox  böyük  təntənə ilə qeyd  edilmiş, əsərləri
Azərbaycan  Elmlər  Akademiyası  tərəfindən  iki  cilddə çap
edilmişdir.
Bəstəkarlarımızdan Bayram Hüseynli, Qəmbər Hüseynli,
Səid  Rüstəmov,  Hacı  Xanməmmədov  və başqaları  Aşıq
Ələsgərin əsərlərinə dillər əzbəri  olan  musiqilər  bəstələmişlər.
Ümumiyyətlə,  elə bir  bəstəkar,  xanəndə,  müğənni,  aşıq
təsəvvür  etmək  olmaz  ki,  o,  Aşıq Ələsgər  yaradıcılığına
müraciət etməmiş olsun.
Bu  gün  məni  sevindirən  bir  yeniliklə qarşılaşıram.  İlk
dəfə olaraq  Aşıq Ələsgərlə bağlı  “Biblioqrafik  göstərici”  nəşr
olunur.  Aşıq Ələsgərin  anadan  olmasının  190  illiyinə həsr
olunan  bu  göstərici  M.F.Axundov  adına  Milli  Kitabxananın
əməkdaşları  Sevgiyə Əsədova  və Gülbahar  Misirovanın
tərtibçiliyi,  Milli  Kitabxananın  direktoru  Kərim  Tahirovun
ixtisas redaktorluğu ilə işıq üzü görür. Baxmayaraq ki, bu vaxta
qədər  Aşıq Ələsgər  yaradıcılığı  ilə bağlı  çox  iş  görülüb,  bu
biblioqrafik  göstərici  ilk  dəfə nəşr  olunur  və böyük  tarixi-
ictimai əhəmiyyəti  var.  Tarixi əhəmiyyəti  ondan  ibarətdir  ki,
böyük  sənətkarın  həyatı,  yaradıcılığı,  ayrı-ayrı  şeirləri,
kitabları,  haqqında  yazılan  elmi  məqalələr,  müxtəlif  illərdə və
müxtəlif  dillərdə nəşr  olunan əsərləri  xronoloji  ardıcıllıqla
oxuculara təqdim olunur. Bu işdə tərtibçilərin zəhmətini xüsusi
qiymətləndirirəm,  ona  görə ki,  ilk  təşəbbüs  həmişə daha
məsuliyyətli,  daha  çətin  olur.  Onlar  bu  çətinliyin  öhdəsindən
uğurla gələ bilib, bu kitabla ustad sənətkarımıza yeni bir ədəbi
abidə qoyublar.  Biblioqrafik  göstəricinin  bir  gözəlliyi  də
ondadır  ki,  böyük  sənətkarın  yaradıcılığı,  həyatı, əsərləri  rus
dilində də oxucuya  təqdim  olunur.  Bu  isə Aşıq Ələsgər
yaradıcılığından  istifadə edən  rusdilli  oxucular  üçün  də geniş
imkanlar açır.

7
Azərbaycan  Mədəniyyət  və Turizm  Nazirliyinin  və
Azərbaycan  Aşıqlar  Birliyinin  “Aşıq Ələsgər”  ili  elan  etdiyi
2011-ci  ildə belə bir  kitabın  nəşrini  mən  ustadın  ruhuna
bağışlanan ən  qiymətli  hədiyyə hesab  edir,  bu  kitabın  araya-
ərsəyə gəlməsində zəhməti  keçən  hər  bir əməkdaşa  ürəkdən
təşəkkür edirəm.
Zəlimxan Yaqub,
Xalq şairi,
Azərbaycan Aşıqlar Birliyinin sədri

8
Aşıq Ələsgərin həyat və yaradıcılığı
Azərbaycan
aşıq  şeirinin ən  böyük  nümayəndələrindən
biri Aşıq Ələsgər - Ələsgər Alməmməd oğlu  1821-ci ildə İrə-
van  xanlığının  Göyçə  mahalının  Ağkilsə  kəndində  anadan  ol-
muşdur.
Ailəsi  böyük  olduğundan  Alməmməd  kişi Ələsgəri  14
yaşında  Kərbəlayi  Qurban  adlı  bir  varlıya  nökər  vermiş,
Ələsgər onun həyətində 4 il nökərçilik etmişdir.
Aşıq Ələsgər xüsusi təhsil ala bilməmiş, sənətin sirlərini
el  sənətkarlarının  və  ağsaqqalların  yanında öyrənmişdi.  İlk
şeirini  də  yeniyetməlik  çağlarında  aşıqların,  xalq  sənətkarları-
nın  təsiri ilə söyləmişdir.
Aşıq  qoşmalar,  təcnislər,  gəraylılar,  dodaqdəyməzlər
yazıb,  onları  şövqlə  sazda  ifa  etmiş,  dastanlar  söyləyən  aşıq
olmuşdur. O, aşıq sənətini müəllimi - böyük ustad Aşıq Alıdan
öyrənmişdi.
Aşıq  Alının  yanında  şəyirdlik  edən  Ələsgər  aşıqlıq
sənətinin  sirləri  ilə  bərabər ondan ədəb  və  mərifət  qaydalarını
da  öyrənmişdir.  Aşıq  Alı  toy  məclislərinin  birində  Ələsgərlə
deyişmiş  və şəyirdinin  söhrətini  qaldırmaq,  onu  el  içində
ucaltmaq  məqsədilə  qəsdən ona məğlub olaraq sazını  qalib
tərəfə - Ələsgərə    təslim  etmək  istəmişdir. Ələsgər  isə  böyük
təvazökarlıq  hissi  ilə  ustadının  qarşısında  baş əyib,  ona  öz
ehtiramını bu sözlərlə ifadə etmişdir:
Bir şəyird ki, ustadına kəm baxa,
Onun gözlərinə qan damar, damar.
Şəyirdlik  dövrünü  başa  vurduqdan  sonra Ələsgər  Göyçə
ilə  yanaşı  İrəvanda,  Naxçıvanda,  Qazaxda,  Qarabağda,
Gəncədə  də  məşhurlaşmış,  Göyçə aşıq  məktəbinə rəhbərlik
etmişdir.

9
Ömrünün çoxunu xalqın içərisində, toy, şadlıq məclislə-
rində  keçirən  Aşıq
Ələsgər  təkcə  Azərbaycanda  yox,
Türkiyədə, İranda  və  Dağıstanda  da  ustad  sənətkar  kimi
tanınmışdır.
1918-1919-cu  illərdə  daşnakların  türklərə  qarşı  törətdiyi
qırğın nəticəsində Göyçə mahalının var-yoxu talanmış, əhali öz
dədə-baba  yurdunu  tərk  edib  başqa  yerlərə  köçməyə  məcbur
olmuşdur.  İki  ilə  qədər  Yanşaqda  yaşayan  Aşıq Ələsgər  sonra
Tərtərə köçmüş, bir neçə ay da orada qalmışdır. Bu yerlərin hər
birində aşığı hörmətlə qarşılasalar da, onun ürəyi-gözü Göyçə-
də  idi.  O  gözünü  açıb  gördüyü  doğma  yerlər:  Srınər,  Murov,
Muşoy dağları, Xaçbulaq yaylaqları üçün çox darıxırdı.
Nəhayət,  1921-ci  ildə  o,  Ağkilsəyə  qayıtmış,  ömrünün
son illərini doğma kəndində yaşamışdır. Ancaq onun çal-çağırlı
günləri  arxada  qalmışdı.  Ömrünü  toylarda,  şadlıqlarda  keçirən
aşıq evdə oturmaqdan darıxır, qocalıqdan, xəstəlikdən şikayət-
lənirdi.  O,  tez-tez  keçmiş  günləri  xatırlayır,  dünya,  həyat
barədə düşünüb kədərlənirdi:
Səksəni, doxsanı keçibdir yaşım,
Əzrayıl həmdəmim, məzar yoldaşım.
Gor deyə tərpənir bəlalı başım,
Daha köç təbilin çal, qoca baxtım.
Aşıq Ələsgər  1926-cı  il  mart  ayının  7-də  doğulduğu
Ağkilsə  kəndində  vəfat  etmiş  və burada  da  dəfn  edilmişdir.
Lakin Dağlıq  Qarabağ  münaqişəsi  ilə  əlaqədar  olaraq  90-cı
illərin  əvvəllərində  Azərbaycanın  böyük  aşıq-şairinin  qəbri
ermənilər tərəfindən vəhşicəsinə yerlə yeksan edilmişdir.
Aşıq Ələsgərin  ilk  mətbu əsərləri -
“Dağlar”,  “Bizim
dağlar” şeirləri 1927-ci ildə “Yeni kənd” jurnalında (№3) çap
olunmuşdur.
Hümmət Əlizadə
nin onun haqqında ilk dəfə tərtib
etdiyi  “Aşıq Ələsgər”  adlı  kitabı  isə 1934-cü  ildə nəşr
olunmuşdur.

10
Aşıq Ələsgərin  sözlərinə  yüzlərlə  mahnı  və  romanslar
bəstələnmişdir. O, xalq tərəfindən bu gün də sevə-sevə dinləni-
lir.
1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illiyi,
1998-ci  ildə  isə  175  illiyi  Azərbaycanın  hər  yerində  böyük
təntənə  ilə  qeyd  olunmuş,  bu  münasibətlə  Azərbaycan  Elmlər
Akademiyası  tərəfindən  onun  əsərlərinin  iki cildlik  elmi  nəşri
hazırlanmış və çap edilmişdir.
Aşıq Ələsgərin xatirəsi  dövlətimiz tərəfindən əbədiləşdi-
rilib.  Onun  adına  küçə,  mədəniyyət  sarayı,  respublika  Xalq
Yaradıcılığı  evi fəaliyyət  göstərir,  Bakıda isə Hüseyn  Hacı
Qulu oğlu tərəfindən “Aşıq Ələsgər muzeyi” yaradılmışdır.

11
ƏSƏRLƏRİ
Kitablar
1929
1. Azərbaycan aşıqları [Mətn] /toplayanı  Hümmət
Əlizadə.-Bakı:  Azərnəşr,  1929.- C.I: El ədəbiyyatı  nümunələ-
ri.- 293 s.
Kitabın içindəkindən: Əsərlərindən nümunələr: Deyişmə:
[Aşıq Ələsgərlə Aşıq Söyünün]; Təcnis; Dağlar:  [şeir]; Dodaq
dəyməzdən və ya  zərxətaji təcnis; Gözəlləmə; Deyişmə: [Aşıq
Ələsgərlə Həcər xanım].- [S.11-30].
1930
2. Azərbaycan  aşıqları [Mətn]  /toplayanı  Hümmət
Əlizadə.- Bakı: Azərnəşr, 1930.- C.II: El ədəbiyyatı nümunələ-
ri.- 273 s.
Kitabın içindəkindən: Aşıq Ələsgər:  Çərşənbə günündə,
çeşmə başında;  Ay  ariflər  gəlin  sizə söyləyim;  Can  deməkdən
candan can əksik olmaz;  Arif olan gəlin sizə söyləyim; Tovuz
kimi  qalxıb  çeşmə
başından;  Gedin  deyin  o  gəlinə;
Qabiliyyətdə, mərifətdə, camalda; Durum  dolanım başına; Can
qurban  eyləsən  layiqdi,  layiq;  Bir  bölük  pərilər,  pərizadələr;
Eşq  oduna  yanan  aşkara  yanmaz;  Gözəl  səndə nə qaydadı;
Göz-gözə baxanda məhəbbətnən; Güləbətin qıyı tər sinən üstə
[S.22 -28].
1934
3. Aşıq Ələsgər [Mətn]: [şeirlər]  /Aşıq Ələsgər; topl.
Hümmət Əlizadə.- Bakı: Azərnəşr.- 1934.- 183 s.

12
Kitabın içindəkilərdən: Əlizadə H. Aşıq Ələsgər haqqın-
da; Əlizadə H.  Aşıq Ələsgərin  tərcümeyi-halı.  Lirik  şeirlər:
İncimərəm; Şirin-şirin; Güllü; Gəlibdir; Nə damaq var; Gülən-
dam;  Köynəginə;  Dönübdür;  Öldürür;  Ürəyimdə; Əvəzdir;
Düşdü;  Getmə amandır;  Xoş  gəldin; Eyləmişəm;  Dağılsın;
Sənə qurban;  Bir  ləzzəti  var;  Zülflərin;    Şirindir;  Qaşların;
Gördüm; Xurşud; Olacaqdır; Qanan olsa; Gözəl; Şəkər xanım;
Can  dərman;    Aşqım  Murad; Nişanəsi;  Müşqünaz;  Olmaz-
olmaz; Nə dedi; Mənim; Düşərmi; Olmaz; Yetmədi; Gözəllər;
Ola;  Kimi;  Düşdü;  Salamatdır;  Telli;  Kəsibdi;  Sarı  köynək;
Dolanıb;  Dilbər; Gəraylılar:  Gözəl  sənin  nə vədəndir;  Gözəl
sənə nə qalıbdı; Gözəl  sənə məlum  olsun;  Pəncərədən  o  gün
baxdım;  Durum  dolanım  başına;  Gözəllər  seyrəngahısan;  Ala
gözlü  telli ceyran; Gözəl səndə nə qaydadır. Tərifləmələr: Bir
gözəl  gördüm  bu  gün;  Həcər;  Gözəllər. Təcnislər  və dodaq
dəyməzlər:  Könül  sən  ki,  düşdün  eşqin  bəhrinə;  O  sərxoş
yerişin,  bu  sallanırsan; Hicran    tüccarıyam,  qəm  şikəstəsi;
Səndən  ötrü  ömrüm  barın  becərdim;  Bilirsə könlümün  nədir
davası; Əlifdən dərs aldım, əbcəd oxudum; Yenə axdı çeşmim
yaşı  sel  oldu;  Ay  nazənin  dərdin  mənim  canımı;  Sağ əlində
qızıl  şanə sevdiyim;  İbtida  ustaddan  dərsim  alanda;  Xudam
onnan  səni  yoldan  yaradıb;  Gəldi  yaz  ayları  həsrət  çəkər  xak;
Xudam  səni  nə xoş  gündə yaradıb;  Var  olsun  Qarabağ əcəb
səfadır;  Mükənnəd,  sək  rəqib  xayini-xəbis;  Dağlar  sinəsində
lala seyr edər; Sabah dost zülfünə şanə çəkəndə; Elə qafil atdın
qaçın  müjganın;  Gözəllər  sultanı,  mələklər  şahı;  İsmin  üç
hərfdir  ay  çeşmi  xumar;  Qarlı  dağlar  gəldi  düşdü  araya;  Arif
olan diqqət ilə fəhm elə; Cığalı təcnislər: Ay bimürvət həsrətini
çəkəndə;  İsmin  üç  hərfi  ilə eylərəm  bəyan; Ay əziz  yar  can,
min  dərdə
dərman.  Dodaqdəyməz  təcnislər:  Hər  kəsin
qəsdindən  aşiqlik  keçər;  El  yeridi  yalnız  qaldıq  səhrada;
Sarsaqla  seyrə çıxsan  səhraya;  Qeyz  eylər  səndən çəkilər
dağlara.
Müxtəlif  şeirlər:  Dağlara;  Bahar  fəsli,  yaz  ayları
gələndə;  Şah  dağ;  Bağlama;  Nəsihət;  Xədəngi  söz;  Düşərsən;

13
Aşiq  necə olmalıdır;  Şikayət;  Görmədim;  Fələk;  Olmaz;
Nəsihət;  Yaxşıdır;  Məməm;  Çəkməyə;  Qocalıq; Həcvlər:
Qarışdırma Şəmsəddini, Qazaxı; Bir adamsan bir adama namə
yaz;
Həcər  xanıma;  Arif  olan  insanlıqdan  keçməsin;
Gəlmədin; Elçilərə;  Arvadına;  Pustalçıya;  Pişik; Birə;  Tufəng;
Nəmər. Deyişmələr:  Aşıq Ələsgər  və Şair  Vəli;  Aşıq Ələsgər
və Aşıq  Söyün;  Aşıq Ələsgər  və Həcər. Aşıq Ələsgərə
bənzətmələr: Şair Vəli; Aşıq Musa; Aşıq Nəcəf; Abdulla; Aşıq
Hüseyn; Sarı köynək; Gözələ.
1935
4. Aşıq Ələsgər. Əsərləri [Mətn] /Aşıq Ələsgər;  topl.
Hümmət Əlizadə;  bədii  tərt. Əmir Hacızadə;  red.  S.Hüseyn.-
Bakı: Azərnəş, 1935.- 233 s.
Kitabın  içindəkilər:  T.Əli.  Aşıq Ələsgər  haqqında. Lirik
şeirlər: İstər asdır, istər yara qul elə; Məcnun təkin bu dağları
gəzirdim;  Tovuz  kimi  qalxdı  çeşmə başından;  Arif  olan  gəlin
sizə söyləyim;  Göz-gözə baxanda  məhəbbətilə;  Güləbətin  qıyı
tər  sinən üstə;  Səni  gördüm, əl  götürdüm  dünyadan;  Ala
gözlüm,  səndən  ayrı  düşəli;  Fələyin  qəhrindən,  el  tənəsindən;
Dərdim  çoxdur  dindirməyin  həzarat;  Ay  bimürvət,  biinsafın
balası;  Gözəllər  sultanı  ay  Cəlbi  xanım;  Çərşənbə günündə,
çeşmə başında;  Gözəllər  sultanı, mələklər  şahı;  Tərlan
tamaşalı,  maral  baxışlı;  Ala  gözlüm  səndən  ayrı  düşəli;  O
cəllad  qaşların  qəhri  zəhməti;  Bir  sözüm  var  sənə ruhən
deməli;  Qadir  mövlan  yazar  yazanda;  Ay  nazənin,  xatirinə
dəyməsin;  Bir  gözəl  görmüşəm  “Çalqılınc”da;  Ay  nazənin,  ay
qabağın  altından;  Gedirdim  güzarım  düşdü  bulağa;  Camalın
şöləsi nuri-təcəlla; Dedin könül içmə eşqin camını; Can qurban
eləsən,  layiqdir,  layiq;  Görürsənmi  oğrun  baxan  gözəli;  Gəl
getmə buradan, ey Şəkər-xanım; Dürdanəni səngi-siyah içində;
Kamil  ovçu  ölməyincə usanmaz;  Ay  ariflər  gəlin  sizə
söyləyim;  Səhər  çağı  mah  camalın  görəndə;  Eşq  oduna  yanan

14
yanmaz  aşkara;  Aman  qasid  mənim ərzi-halımı;  Bilmirəm  ki,
nə bəlalı  qul  oldum;  Həcər  xanım,  qaşın  gözün  təhrində;
Qabiliyyətdə,  mərifətdə,  kamalda;  Səhər  vaxtı  mənim  müşkül
çağımda;  Adı  Tərlan,  özü  tərlan  balası;  Sevdiciyim  hanı,
gözəllər  xanı;  Pasibanı  oldum  mən  dost  rahinin;  Şahmar
zülflərini  görəndən  bəri; Əsdi  sər-sər  yeli  yenə üzümə;
Cilvələnib  nə durubsan  qarşımda;  Gərdanına  neçə şahmar
dolanıb;  Sallana-sallana  gedən  salatın;  Könlümün  şüşəsi  sağın
ki  sınar;  Yayda  yaylağındır,  qışda  oylağın;  Orğun-orğun
daldalardan baxanda; Səhər-səhər bağda gəzən nazənin; İltimaz
eylərəm  gedən  canlara;  Dodağın  qönçədir,  dəhanın  sədəf.
Gəraylılar:  Gözəl  sənə nə qaydadır;  Gözəl sənə məlum  olsun;
Pəncərədən  o  gün  baxdım;  Durum  başına  dolanım;  Gözəllər
seyrangahısan; Ala gözlü telli Ceyran; Durum dolanım başına;
Küsmə ay bimürvət gözəl; Səhər çağı çeşmə üstə; Deyin deyin
o  gəlinə;  Həsrətini  çəkə-çəkə. Tərifləmələr.  Təcnislər  və
dodaq  dəyməzlər: Könül  sən  ki,  düşdün  eşqin  bəhrinə;  O
sərxoş yerişin, bu sallanışın; Hicran  tüccarıyam, qəm şikəstəsi;
Səndən  ötrü  ömrüm  barın  becərdim;  Bilirsə könlümün  nədir
davası; Əlifdən dərs aldım, əbcəd oxudum; Yenə axdı çeşmim
yaşı  sel  oldu;  Ay  nazənin  dərdin  mənim  canımı;  Sağ əlində
qızıl  şanə sevdiyim;  İbtida  ustaddan  dərsim  alanda;  Xudam
onnan məni yoxdan yaradıb; Gəldi yaz ayları həsrət çəkər xak;
Xudam  səni  nə xoş  gündə yaradıb;  Var  olsun  Qarabağ əcəb
səfadır;  Mükənnəd,  sək  rəqib  xayini-xəbis;  Dağlar  sinəsində
lala seyr edər; Sabah dost zülfünə şanə çəkəndə; Elə qafil atdın
qaşın  müjganın;  Gözəllər  sultanı,  mələklər  şahı;  İsmin  üç
hərfdir  ay  çeşmi  xumar;  Qarlı  dağlar  gəldi  düşdü  araya;  Arif
olan  diqqət  ilə fəhm  elə; Əlif  hökmü  ilə,  cim  fərmanilə;
Götürüb  sazımı  girrəm  meydana;  Ay  çimürvət  həsrətini
çəkməkdən;  Ay əziz  yaxşı  can,  min  dərdə dərman;  Arif  olan,
bu  dərd  alıb  canımı;  Mərifət  bəhrinə qavvasam  deyən;  Hər
kəsin qəsdindən aşıqlıq keçər; El yeridi yalınız qaldıq səhrada;
Sarsağıla  seyrə cıxsan  səhraya;  Ğeyz  eləyər  çən  çəkilər

15
dağlara;  Bir  gözəl  gördüm  bu  gün;  Mən  səni  bənzətmişəm;
Yetişib  bahar  fəsli;  Qafıl  pəncərədən  baxdım;  Canımı  qurban
eylərəm;  Yaraşdırıb əndamına;  Bu  gün  bir  gözəl  görmüşəm;
Cilvələndi  tovuz kimi; Naqafil çıxdı qarşına; Məşədi gəhm elə
gör;  Bir  bivəfa  dost  yolunda. Müxtəlif  şeirlər: Bir  ay
növbahardan  keçəndə;  Bahar  fəsli  yaz  ayları  gələndə;  Süsənli,
sünbüllü,  tər  bənövşəli;  Yaradan  yaradıb  külli  aləmi;  Aləmdə
dastan  olub;  Məğrurluq  eyləyib  ustadam  deyən;  Sərraf  yüz
bəzəsə səngi  siyahi;  Məğrurluq  eyləyib  ustadam  demə;  Aşıq
olub  diyar-diyar  gəzənin;  Yazır  aşıq  vermə ömrünü  zaya;
Bivəfanın,  müxənnəsin,  nakəsin;  Dad  sənin əlindən  a  qanlı
fələk;  Müxənnəd  zamanı  bimürvət  fələk;  Arif  məclisində bir
söz  söylərəm;  Can  deməklə candan  can əksis  olmaz;  Bu
dünyanı  mən  təcrübə eylədim;  Arif  olan  gəlin  sizə söyləyim;
Əqildən kəm, hüşdan çaşqın, dildən küt; İnsan payız ölə, yazda
dirilə; Nə sevda tapıbsan, nəyə talıbsan; Ay həzərat, gəlin sizə
söyləyim!;  İki  bədən  gördüm  altmış  baş  var; Mərifətlə nəfs
girdi  cahada;  Bu  gün  bir əcayib  gördüm;  Mərd  igidin
məclisindən;  Gün  kimi  aləmi  tutubdur  adın;  Dəli  Alı  bir  sədd
açıb;  Dəli  Alının  tərifini. Həcvlər: “Qarışdırma  Şəmsəddini,
Qazağı;  Bir  adamsan  bir  adama  namə yaz;  Söyütdür  zatınız
billəm  mollalar;  Yüz  igidin  birin  bəyən  boyun əy;  Arif  olan
insafından  keçməsin;  Qərib,  qürbət  eldə qız  sevən  oğlan;  Ala
gözlü  nazlı  dilbər!;  Danışdıq,  barışdıq  mərhəmətlə;  Aman
siçanın əlindən;  “Qanlı”da  qonaq  qalanda. Deyişmələr: Aşıq
Ələsgər  və Şair  Vəli;  Aşıq Ələsgər  və Aşıq  Söyün;  Aşıq
Ələsgər və Həcər. Aşıq Ələsgərə bənzətmələr: Şair Vəli; Aşıq
Musa; Aşıq Nəcəf; Abdulla; Aşıq Hüseyn; Şair Vəli.
1937
5. Aşıq Ələsgər [Mətn]: [şeirlər] III çapı /Aşıq Ələsgər;
topl. Hümmət Əlizadə.- Bakı: Azərnəşr, 1937.- 264 s.

16
Kitabın 
içindəkilər: 
Aşıq
Ələsgərin 
bioqrafiyası.
Qoşmalar: Çərşənbə günündə, çeşmə başında; İstər asdır, istər
yara  qul  elə;  Tovuz  kimi  qalxdı  çeşmə başından;  Görürsənmi
oğrun  baxan  gözəli;  Gözəllər  sultanı,  mələklər  şahı;  Ala
gözlüm,  səndən  ayrı  düşəli; Dərdim  çoxdur  dindirməyin
həzarat;  Ay  bimürvət,  biinsafın  balası;  Gözəllər  sultanı  ay
Cəlbi  xanım;  İki  sevgi  bir  araya  gələndə; Səni  gördüm, əl
götürdüm  dünyadan;  Tərlan  tamaşalı,  maral  baxışlı; O  cəllad
qaşların  qəhri  zəhməti;    Kamil  ovçu  ölməyincə usanmaz;  Bir
sözüm  var  sənə pünhan  deməli; Qadir  mövlan  yazar  yazanda;
Ay  nazənin,  xətirinə
dəyməsin;  Bir  gözəl  görmüşəm
“Çalqılınc”da;  Ay  nazənin,  ay  qabağın  altından;  Gedirdim,
güzarım  düşdü  bulağa; Camalın  şöləsi  nuri-təcəlla;  Dedim,
könül,  içmə eşqin  camını; Can  qurban  eyləsən  layıqdır,  layıq;
Göz-gözə baxanda məhəbbət ilə; Gəl getmə buradan, ey Şəkər-
xanım; Dürdanəni  səngi-siyah  içində; Könlümün  şüşəsi,  saqın
ki, sanar; Fələyin qəhrindən, el tənəsindən; Yayda yaylağımdır,
qışda  oylağım; Orğun-orğun  daldalardan  baxanda; Güləbətin
qıyı  tər  sinən  üstə; İltimas  eylərəm  gedən  canlardan;  Dodağın
qönçədir,  dəhanın  sədəf; Arif  olan,  gəlin  sizə söyləyim;
Bilirsən könlümün nədir davası; Bir dili qurumuş kaf, lam, sat,
dedi; Ay ariflər, gəlin sizə söyləyim; Dad sənin əlindən, a qanlı
fələk;  Çərxin  gərdişindən  bimürvət  fələk;  Adil  padşahsan,
ədalətin var; Yazıq aşıq, vermə ömrünü zaya; Arif məclisindən
bir  söz  söylərəm;  Can  deməklə candan əksik  olmaz;  Bu
dünyanı  mən  təcrübə eylədim;  Arif  olan,  gəlin  sizə söyləyim;
İnsan payız  ölə,  yazda  dirilə;  Bu  dünyada  üç  şey  başa  bəladı;
Həcərxanım, qaşın, gözün təhrində; Səhər vaxtı mənim müşkül
çağımda;  Adı  tərlan,  tərlan  balası;  Sevdiciyim,  hanı  gözəllər
xanı?;  Pasibani  oldum  mən  dost  rahının;  Şahmar  zülflərini
görəndən  bəri; Əsdi sər-sər  yeli  yenə üzümə;  Cilvələnib  nə
durubsan  qarşımda;  Gərdəninə neçə şahmar  dolanıb;  Sallana-
sallana  gedən  salatın;  Arif  olan  insafından  keçməsin;
Məərifətlə nəfs  girdi  cahada;  Gün  kimi  aləmi  tutubdur  adın;

17
Ala  gözlüm,  səndən  ayrı  düşəli;  Səhər  çağı  mah  camalın
görəndə; Eşq oduna yanan yanmaz aşkara; Aman qasid, mənim
ərzi-halımı;  Bilmirəm  ki,  nə bəlalı  qul  oldum;  Qabliyətdə,
mərifətdə,  kamalda;  Ömrüm  ah-vaynan  keçdi  dünyada;
Müddətdir,  gəzirdim  mən  təbib  deyə;  Hər  yetən  gözələ gözəl
demərəm; 
Aşıq 
olub
diyar-diyar 
gəzənin; 
Bivəfanın,
müxənnəsin,  nakəsin;  Yüz  igidin  birini  bəyən,  boyun əy;
Məğrurluq  eyləyib  ustadam  demə;  Yaradan  yaradıb  külli-
aləmi;  Nə sevda  tapmısan,  nə yatalmısan;  Bahar  fəsli,  yaz
ayları  gələndə;  Bir  ay  yarım  nobahardan  keçəndə. Təcnislər:
Könül,  sən  ki,  düşdün  eşqin  bəhrinə;  Hicran  düşkünüyəm,
gözəl  müştaqı; Əlifdən  dərs  aldım, əbcəd  oxudum;  O  sərxoş
yerişin,  bu  sallanışın;  Səndən  ötrü  ömrüm  barın  becərdim;
Şahmar zülfün bədnəzərdən daldala; Ay nazənin, dərdin mənim
canımı; Sağ əlində qızıl şana sevdiyim; İbtida ustaddan dərsim
alanda;  Xudam  onnan  məni  yoxdan  yaradıb;  Xudam  səni  nə
xoş gündə yaradıb; Var olsun Qarabağ, əcəb səfadır; Müxənnəs
seyrağıb,  xaini-xəbis;  Sabah  dost  zülfünə şana  çəkəndə;  Elə
qafil  atdın  gözün  müjganın;  Gözəllər sultanı  mələklər  şahı;
İsmin  üç  hərfdir  ay  çeşmi  xumar;  Qarlı  dağlar  gəldi  düşdü
araya;  Arif  olan  diqqət  ilə fəhm  elə; Əlif  hökmü  ilə,  cim
fərmanilə.  Dodaqdəyməz  təcnislər:  Gəldi  yaz  ayları  həsrət
çəkər xak; El yeridi yalnız qaldıq səhrada; Hər kəsin qəsdindən
aşığlıq  keçər;  Sarsağla  seyrə çıxan  səhraya;  Ğeyz  eyləyər  çən
çəkilər  dağlara;  Dağlar  sinəsində lalə seyr  edər.  Cığalı
təcnislər: A bimürvət, həsrətin çəkməkdən; Arif  olan, bir dərd
alıb  canımı;  Arif  olan,  bir  od  düşüb  canıma; Mərifət  bəhrində
qəvvasam  deyən;  İsmin  üç  hərfi  ilə eylərəm  bəyan; Götürüb
sazımı  girrəm  meydana. Gəraylılar: Səhər-səhər  sağal  verir;

baxırsan  pəncərədən;  Bir  gözəl  keçdi  yanımdan.

Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin