Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi


Maddə 85. Məhkumların gəzintisi



Yüklə 0,55 Mb.
səhifə66/136
tarix28.12.2021
ölçüsü0,55 Mb.
#17219
1   ...   62   63   64   65   66   67   68   69   ...   136
Maddə 85. Məhkumların gəzintisi

85.1. Açıq havada işləməyən, bağlı otaq və ya kamerada saxlanılan məhkumlar bir saatdan az olmayan müddətə hər gün gəzinti hüququna malikdirlər.

85.2. Məhkumların gəzintisi gündüz vaxtı, cəzaçəkmə müəssisəsi ərazisinin xüsusi təchiz olunmuş hissəsində hər bağlı otaq və ya kamera üçün ayrılıqda keçirilir. Gəzinti zamanı müvafiq qaydalar məhkum tərəfindən pozulduqda gəzinti vaxtından əvvəl dayandırıla bilər.

Maddə 86. Məhkumların ədəbiyyat və yazı ləvazimatı əldə etməsi və saxlaması

86.1. Məhkumlara bağlama, sovqat və ya banderol ilə, habelə şəxsi hesablarında olan vəsait hesabına məhdudiyyət qoyulmadan yazı ləvazimatı, ədəbiyyat almağa, qəzet və jurnallara abunə yazılmağa icazə verilir.

86.2. Əldə olunmuş ədəbiyyat bu Məcəllə ilə müəyyən edilmiş bağlama və banderolların sayına daxil edilmir. Məhkumlara on cildədək kitab (jurnal) saxlamağa icazə verilir.

86.3. Məhkumların müharibəni, zorakılığı, ekstremizmi, terroru və qəddarlığı təbliğ edən, milli, dini və irqi ədavəti qızışdıran, habelə pornoqrafiya xarakterli nəşrləri əldə etməsi, saxlaması, onlara abunə yazılması və onları yayması qadağandır. (16)




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin