Maddə 71. Məhkumların cəzaçəkmə müəssisələrinə qəbul edilməsi qaydası
71.1. Məhkumlar cəzaçəkmə müəssisələrinə cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarına uyğun müdiriyyət tərəfindən qəbul edilirlər.
71.2. Cəzaçəkmə müəssisələrinə yeni qəbul edilmiş məhkumlar iki həftəyədək müddətə başqa məhkumlardan ayrı saxlanılırlar.
71.3. Məhkumların ayrı saxlandığı müddətdə cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən onların ana dilində və ya bildikləri başqa dildə hüquq və vəzifələri, qanunla nəzərdə tutulmuş əmək və istirahət şəraiti izah olunmalı, cəzanın icrasını tənzimləyən qanunvericilik aktları və cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə tanış olmaları üçün şərait yaradılmalıdır. (16)
Dostları ilə paylaş: |