Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi


Maddə 99. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin qazancından tutulmalar



Yüklə 0,55 Mb.
səhifə79/136
tarix28.12.2021
ölçüsü0,55 Mb.
#17219
1   ...   75   76   77   78   79   80   81   82   ...   136
Maddə 99. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin qazancından tutulmalar

99.1. Cəzaçəkmə müəssisələrində və həbsxanalarda məhkumların qazancından, pensiyalarından və digər gəlirlərindən tutulmalar aparılır.

99.2. Məhkumların əmək haqqından gəlir vergisi, Dövlət Sosial Müdafiə Fonduna ayırmalar və digər məcburi ödənişlər tutulur. İcra vərəqəsinə və başqa icra sənədlərinə görə tutulmalar qalan məbləğdən qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır. Yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment məhkumun qazancının bütün məbləğindən hesablanır.

99.3. Cəzaçəkmə müəssisələrində və həbsxanalarda məhkumların şəxsi hesabına, bütün tutulmalı məbləğlərdən asılı olmayaraq onlara hesablanmış aylıq əmək haqqının, pensiyanın və digər gəlirlərin ən azı əlli faizi, altmış yaşından yuxarı kişi, əlli beş yaşından yuxarı qadın məhkumların, birinci və ikinci qrup əlilliyi olan məhkumların, yetkinlik yaşına çatmayanların və ya hamilə, cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları olan məhkum qadınların şəxsi hesabına isə aylıq əmək haqqının, pensiyanın və digər gəlirlərin ən azı altmış faizi keçirilir.

99.4. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə, habelə bu Məcəlləyə uyğun olaraq cəzaçəkmə müəssisəsindən kənarda yaşamağa icazə verilmiş məhkum qadınlara tutulmalı bütün məbləğlərdən asılı olmayarq ümumi gəlirin ən azı altmış beş faizi verilir. (16)


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin