Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi


Maddə 100. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin peşə təhsili və peşə hazırlığı



Yüklə 0,55 Mb.
səhifə80/136
tarix28.12.2021
ölçüsü0,55 Mb.
#17219
1   ...   76   77   78   79   80   81   82   83   ...   136
Maddə 100. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin peşə təhsili və peşə hazırlığı

100.1. Peşəsi və ya ixtisası olmayan məhkumlar üçün cəzaçəkmə müəssisələrində peşə təhsili və ya peşə hazırlığı həyata keçirilir.

100.2. Hamilə və ya cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları olan məhkum qadınlar, altmış yaşından yuxarı kişi və əlli beş yaşından yuxarı qadın məhkumlar, birinci və ikinci qrup əlilliyi, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu olan məhkumlar peşə təhsilinə və ya peşə hazırlığına öz arzularına görə cəlb edilirlər.

100.3. Tərbiyə müəssisələrində peşə təhsili və ya peşə hazırlığı məhkumların iş günü müddəti ərzində həyata keçirilir.

100.4. Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar peşə təhsili üzrə imtahan vermək üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş müddətə işdən azad edilirlər. Bu müddət üçün onlara əmək haqqı hesablanmır, lakin yemək pulsuz verilir.

100.5. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların peşə təhsili üzrə imtahan verməsi dövründə onların maddi təminatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qayda və şərtlərlə həyata keçirilir.

100.6. Məhkumların peşə təhsili və ya peşə hazırlığı həvəsləndirilir və onların islah edilməsi müəyyən edilərkən nəzərə alınır.

100.7. Peşə təhsili və ya peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

100.8. çıxarılıb


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin