Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi


Maddə 119. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın icrası şərtləri



Yüklə 0,55 Mb.
səhifə96/136
tarix28.12.2021
ölçüsü0,55 Mb.
#17219
1   ...   92   93   94   95   96   97   98   99   ...   136
Maddə 119. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın icrası şərtləri

119.1. Məntəqə tipli cəzaçəkmə müəssisələrində məhkumlar:

119.1.1. mühafizəsiz, lakin nəzarət altında saxlanılırlar;

119.1.2. yuxudan durmaq vaxtından yatmaq vaxtınadək müəssisənin yerləşdiyi ərazidə sərbəst hərəkət edə bilərlər;

119.1.3. müəyyən edilmiş nümunədə şəxsiyyəti təsdiq edən sənəd daşıyırlar;

119.1.4. gördükləri işin xarakterinə uyğun olaraq və ya təlimlə əlaqədar zərurət olarsa, cəzaçəkmə müəssisəsinin müdiriyyətinin icazəsi ilə müəssisənin yerləşdiyi ərazidən kənarda, lakin Azərbaycan Respublikasının ərazisi hüdudlarında nəzarətsiz hərəkət edə bilərlər;

119.1.5. məişətdə istifadə edilən ümumi paltar geyinə, pul və qiymətli şeylər gəzdirə, puldan qeyri-məhdud istifadə edə bilərlər;

119.1.6. məhdudiyyət qoyulmadan qohumları ilə və başqa şəxslərlə yazışa və görüşə bilər, bağlama, sovqat və ya banderol ala bilərlər;

119.1.7. mənzil şəraiti olduqda, cəzaçəkmə müəssisəsinin müdiriyyətinin icazəsi ilə müəssisəyə yaxın ərazidə öz ailələri ilə birlikdə yaşaya bilər, yaşayış yeri əldə edə bilər və şəxsi təsərrüfat yarada bilərlər. Belə məhkumların hər ay bir dəfədən dörd dəfəyə qədər məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyatdan keçməsi həmin müəssisənin müdiriyyətinin qərarı ilə müəyyən edilir.

119.2. Məhkumlara məntəqə tipli cəzaçəkmə müəssisələrinin yerləşdiyi ərazidə ali, orta ixtisas və peşə təhsili müəssisələrində qiyabi təhsil almağa icazə verilir. (16)




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin