Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi
(2010-ci il iyulun 17-dək edilmiş əlavə və dəyişikliklərlə)
(Bu Məcəllə Azərbaycan Respublikasının 14 iyul 2000-ci il tarixli 908-IQ nömrəli Qanunu ilə təsdiq edilmişdir)
Ümumi hissə
I bölmə. Cəzaların icrası qanunvericiliyinin əsas müddəaları
I fəsil. Ümumi müddəalar
Maddə 1. Cəzaların icrası qanunvericiliyi
Məhkəmə tərəfindən təyin edilən cəzaların icrası və çəkilməsi qaydalarını və şərtlərini müəyyən edən cəzaların icrası qanunvericiliyi bu Məcəllədən, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Dostları ilə paylaş: |