Maddə 6. Cəzaların icrasının əsasları
Cəzaların icrasının və məhkumlara cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqinin əsaslarını məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, yaxud məhkəmənin bu hökmü dəyişən qərarları, habelə amnistiya və ya əfvetmə aktları təşkil edir.
Maddə 7. Cəzaların icrası qanunvericiliyinin prinsipləri
Cəzaların icrası qanunvericiliyi qanunçuluq, humanizm, demokratizm, məhkumların qanun qarşısında bərabərliyi, cəzaların icrasının fərdiləşdirilməsi, məcburetmə tədbirlərindən və məhkumların islah edilmə vasitələrindən məqsədəuyğun istifadə edilməsi, onlarda qanuna itaətin həvəsləndirilməsi və cəzanın islahedici təsirinin artırılması prinsiplərinə əsaslanır.
Dostları ilə paylaş: |