iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya (bax) üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
124.2. Ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə—
iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61, 131)
Maddə 125. Özünü öldürmə həddinə çatdırma
Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)