Maddə 131. Ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma
131.1. Ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma—
yeddi yüz manatdan min iki yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
131.2. Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma—
min iki yüz manatdan iki min dörd yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 61, 128, 131)
Maddə 132. Döymə
Bu Məcəllənin 128-ci maddəsində göstərilən nəticələrə səbəb olmayan qəsdən döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmə—
iki yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 72)