Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 154. Bərabərlik hüququnu pozma



Yüklə 0,72 Mb.
səhifə137/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   133   134   135   136   137   138   139   140   ...   352
Cinayət Məc

Maddə 154. Bərabərlik hüququnu pozma

    154.1. İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olaraq şəxsin hüquq və qanuni mənafelərinə zərər vurmaqla şəxsin bərabərlik hüququnu pozma—

    154.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə —

    • iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 128)

Maddə 155. Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma

    Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma—

    • min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. (1, 45, 128)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin